Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-567/2025 28.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 60000 manat və xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 54000 manat, ümumilikdə 114000 manat pulun və həmin pulu vaxtında qaytarmamağa görə vurduğu zərərin əvəzində, qətnamə qüvvəsini alan vaxtda münasibətdə 5% zərərin və ödənilmiş 404 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 31 iyul 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı2 ilə Cavabdeh arasında bağlanılmışdır. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı1 ilə Cavabdeh arasında bağlanılmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçılar birgə iddiaçı qismində Cavabdeh qarşı pul tələbi irəli sürsə də, mübahisənin mahiyyəti ilə bağlı olan borc müqavilələri bir-bir ilə əlaqədar olmayan müstəqil şəkildə ayrı-ayrı şəxslər arasında bağlanılmış müqavilələrdir. Belə olan halda hər bir iddiaçı tərəf olduğu müqavilə üzrə müstəqil şəkildə cavabdehə qarşı iddia tələbi irəli sürə bilərdi. Lakin iddiaçılar cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iki tələbi birləşdirərək məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə tərəfindən iddiaçıların diqqətinə çatdırılır ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə hər biri müstəqil şəkildə iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən müstəqil şəkildə iddia qaldırıldıqda hər iddiaya mütənasib olan dövlət rüsumu Gəncə Kommersiya Məhkəməsinin hesabına ödənilməlidir. Birgə iddiaçılar tərəfindən Gəncə Şəhər Məhkəməsinin hesabına ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə iddiaçılara Gəncə Şəhər Məhkəməsinə müraciət edilməsi tövsiyə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 152, 263-264, 268 və 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-567/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-567/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver