Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-568/2023 11.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 5703 manat 98 qəpik cərimə borcu olmaqla, cəmi 39915 manat 72 qəpik məbləğində borcun; DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 78145 manat 04 qəpik əsas borc, 12758 manat faiz borcu, 2073 manat 60 qəpik cərimə borcu olmaqla, cəmi 92976 manat 64 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 23 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00920LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X5 çərçivəsində İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixli DC00188223-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 178266 (bir yüz yetmiş səkkiz min iki yüz altmış altı) manat məbləğində əsas vəsait alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; xx.xx.2021-ci il tarixli DC00188223-04 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (bir yüz min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DG**********67 saylı zaminlik müqaviləsi, DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********72 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 247 gün, DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 266 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 5703 manat 98 qəpik cərimə borcu olmaqla, cəmi 39915 manat 72 qəpik; - DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 78145 manat 04 qəpik faiz borcu, 2073 manat 60 qəpik cərimə borcu olmaqla, cəmi 92976 manat 64 qəpik təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Goranboy 1saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00188223-01 saylı kredit müqaviləsinə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 9673 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 43884 manat 88 qəpik məbləğində borcun;- DC00188223-04 saylı kredit müqaviləsinə əsasən 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 5199 manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 101648 manat 41 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 36 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunduqdan sonra borcdan heç bir ödəniş olunmammışdır. 1-ci müqavilə üzrə müddət xx.xx.2022-ci il tarixində bitmiş, digər müqavilə üzrə müddət xx.xx.2023-cü ildə bitəcəkdir. Ona görə də, faizin hesablanması həmin müqaviləyə münasibətdə davam edir. Odur ki, məhkəmədən iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, "xxxx" MMC pandemiya dövründə işləyə bilmədiyinə görə ödənişləri edə bilməmişdir. "xxxx" ASC-yə bu barədə müraciət olunmuşdur. Bundan əlavə faiz və cərimə borcunun çox hesablandığını düşünürlər. "xxxx" MMC yük daşınması ilə məşğuldur. Borclarını ödəmək fikirləri var. Əsas borcu qəbul edirlər, lakin faiz borcunu qəbul etmirlər. Hesab edirlər ki, faiz borcu və cərimə borcu çox hesablanıbdır. Müqaviləyə əsasən məhkəməyə müraciət olunandan sonra faizdə artım olmamalı idi. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Cavabdeh1 MMC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli OnGTC-00920LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli DC00188223-01 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 178266 manat məbləğində əsas vəsait alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DC00188223-04 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin DC00188223-01 saylı kredit müqaviləsinə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 9673 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 43884 manat 88 qəpik məbləğində borcu;- DC00188223-04 saylı kredit müqaviləsinə əsasən 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 5199 manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 101648 manat 41 qəpik məbləğində borcu vardır. Gecikmə günü 405 gün təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh "xxxx" MMC iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DG**********67 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********72 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminliklə təmin olunan öhdəliyin yerinə yetirilməsi haqqında bildirişdən görünür ki, zaminə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" ASC, Cavabdeh1 MMC-nin nümayəndələri və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh2 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. "xxxx" ASC ikin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsində həmin hissədə azad edildiyinə görə və 36 manat məbləğində dövlət rüsumu ödədiyini nəzərə alaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 390 manat 21 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı kredit razılaşması üzrə 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 1643 manat 50 qəpik cərimə borcu, cəmi 35855 manat 24 qəpik məbləğində borc və xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 3907 manat 25 qəpik cərimə borcu, cəmi 100355 manat 69 qəpik məbləğində borc olmaqla, ümumilikdə 136210 manat 93 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 36 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 390 manat 21 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borcun 5 faizi məbləğində, yəni xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı kredit razılaşması üzrə 1643 manat 50 qəpik məbləğində, xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə isə 3907 manat 25 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı kredit razılaşması üzrə 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 1643 manat 50 qəpik cərimə borcu, cəmi 35855 manat 24 qəpik məbləğində borc və xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 3907 manat 25 qəpik cərimə borcu, cəmi 100355 manat 69 qəpik məbləğində borc olmaqla, ümumilikdə 136210 manat 93 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 36 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 390 manat 21 qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-568/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-568/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver