Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-576/2024 18.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş "xxxx" MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə X4 Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 12 dekabr 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Belə olan halda bankın mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsi zərurəti yaranmışdır. İddiaçı ASC vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın boşaldılması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı ASC və "xxxx" MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)- 1479/2024 nömrəli iş ilə birləşdirilməsi və baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə cavabdehlər İddiaçı ASC və "xxxx" MMC-nə qarşı Bakı Kommersiya Məhkəməsində hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış, iş məhkəmənin icraatına daxil olmuş və hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxir edilmişdir. Göründüyü kimi "xxxx" MMC İddiaçı ASC-nin hazırki iddiasından əvvəl Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Ona görə də hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan işlə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş bir-biri ilə əlaqəli işlərdir. Hətta ehtimal var ki, Bakı Kommersiya Məhkəməsindəki iş baxılıb yekun qərar qəbul edilənə qədər bu məhkəmənin icraatında olan işin icaatının dayandırılması ilə bağlı qarşı tərəfdən vəsatət verilmiş olsun. Bu vəziyyət əsasız olaraq və qərəzli şəkildə məhkəmədə işə baxılmasının yubanmasına gətirib çıxaracaqdır. Cavabdeh "xxxx" MMC vəsatətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1479/2024 saylı iş mahiyyəti üzrə baxılana qədər Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)- 576/2024 saylı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında sözügedən əmlak kompleksi barədə "xxxx" MMC-nin cavabdehlər İddiaçı ASC və "xxxx" MMC-nə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi, ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinə dair iş vardır və həmin iş üzrə məhkəmə hazırlıq iclası 26 fevral 2024-cü il tarixə təyin edilmişdir. Həmin iş üzrə iddianın təmin ediləcəyi təqdirdə əmlak kompleksinin boşaldılmasına dair iddia hüquqi əhəmiyyət kəsb etməyəcək və bu baxımdan Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)-1479/2024 saylı işə mahiyyəti üzrə baxılana qədər hazırki işin icraatı dayandırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi. Həmiçinin cavabdeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə verilmiş vəsatətə etiraz edərək bildirdi ki, 2015-ci ildən bəri qarşı tərəf borcunu etiraf edərək ödəyəcəyini bildirsə də ödənişləri etməmişdir. Həmiçinin işin uzadılması üçün bir neçə dəfə başqa məhkəmələrdə mübahisə qaldırmışdır. Ona görə də hesab edir ki, cavabdehin vəsatəti işin uzadılması məqsədini daşıdığı üçün həmin vəsatət təmin edilməməlidir. Bundan başqa iddiaçı tərəfindən işlərin bir icraatda birləşdirilməsi məqsədilə verilmiş vəsatəti müdafiə edərək bildirdi ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan işlə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş bir-biri ilə əlaqədar işlər olduğundan həmin işlərin bir icraatda birləşdirilərək Bakı Kommersiya Məhkəməsində baxılmasını daha operativdir. Odur ki, iddiaçının vəsatətinin təmin edilməsini, cavabdehin vəsatətinin isə təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş vəsatəti, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(115)-576/2024 saylı işlə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-1479/2024 saylı iş biri-biri ilə əlaqədardır Belə ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlakın boşaldılması və banka təhvil verilməsi ilə bağlıdır və kommersiya mübahisəsi hazırlıq iclası mərhələsindədir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı ASC və "xxxx" MMC-nə qarşı hərracın protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair kommersiya mübahisəsi hazırlıq mərhələsindədir. Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi üzrə iddiaçının boşaldılması və banka təhvil verilməsini tələb etdiyi əmlaka dair hərracın protokolu və dövlət reyestrindəki qeyd Bakı Kommersiya Məhkəməsində mübahisələndirilmişdir. Hər iki iş hazırlıq mərhələsindədir, bir biri ilə əlaqəli işlərdir, eyni tərəflər arasındadır və ilkin olaraq iddia ərizəsini Bakı Kommersiya Məhkəməsi icraata götürmüşdür. Məhkəmə hesab edir ki, qeyd edilən işlərə birlikdə baxılması daha məqsədəmüvafiqdir. Odur ki, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair işlə birləşdirilib bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2- 2(115)-576/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1479/2024 saylı işə birləşdirilərək bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-576/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-576/2024
18.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver