Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-59/2023 07.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh1nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20092 manat 82 qəpik) hesablanmış əlavə qaz sərfiyyatının əsassız hesab edilərək silinməsi və cavabdehlər tərəfindən "xxxx" MMC-yə qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra Cəmiyyət) əsas fəaliyyəti – istixanada pomidor və sair məhsulların yetişdirilməsi və satışıdır. Cari ilin əvvəlində Cəmiyyət ötən ilə müqayisədə 2,5 ha əkin əvəzinə 1.5 əkin etdiyimizdən qaz sərfiyyatı azalmışdır. Bununla bağlı cavabdehlər əraziyə gəlib yerində də baxış keçirmişlər. Lakin cavabdehlər Cəmiyyətin qaz sərfiyyatının azaldılmasını görərək bu hala şübhə ilə yanaşaraq xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və ististismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı Akt tətrib edərək Cəmiyyətə məxsus qaz sayğacı sökülüb aparılmışdır. Bundan sonra cavabdehlər Cəmiyyətə xx.xx.2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” AKT göndərmişlər və həmin aktda qeyd olunmuşdur ki: 1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi. İmpuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. 3. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m , korreksiya olunmamış qaz həcmi 111 m qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T =20 C. Bundan sonra Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədovun təsdiqi ilə “Təbii qazın uçotunun pozulması haqqında” xx.xx.2022-ci il tarixli akt tərtib olunmaqla onlara məlum olmayan əsaslara əsasən əlavə (xəta) 91.331 m həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. Qaz sərfiyyatını manatla çevirikdə 20092,82 manat borc hesablanmışdır. Cəmiyyət Cavabdeh1 İB-nə və X13 İstismarı idarəsinə əsassız hesablanmış qaz sərfiyatının silinməsi və qaz sağacının yerinə quraşdırılması barədə həm pretenziya, həm də mediasiya prosesinin tətbiqi barədə təklif göndəriblər. Lakin cavabdehlər onların müraciətlərinə cavab vermişlər, nə də ki, ilkin mediasiya sessiyasında iştirak etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlər tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20092 manat 82 qəpik) hesablanmış əlavə qaz sərfiyatının əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyəti istixanada pomidor və sair məhsulların yetişdirilməsi və satışıdır. Cari ilin əvvəlində Cəmiyyət ötən ilə müqayisədə 2.5 ha əkin əvəzinə 1.5 əkin etdiyindən qaz sərfiyyatı azalmışdır. Bununla bağlı cavabdehlər əraziyə gəlib yerində də baxış keçirmişlər. Lakin cavabdehlər Cəmiyyətin qaz sərfiyyatının azaldılmasını görərək bu hala şübhə ilə yanaşaraq xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və ististismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tətrib edərək cəmiyyətə məxsus qaz sayğacı sökülüb aparılmışdır. Bundan sonra cavabdehlər cəmiyyətə xx.xx.2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt göndərmişlər və həmin aktda qeyd olunmuşdur ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır, sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir, rotorlar ağır fırlanır, göstəricilər arasında rəfq var, hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. Bundan sonra Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədovun təsdiqi ilə “Təbii qazın uçotunun pozulması haqqında” xx.xx.2022-ci il tarixli akt tərtib olunmaqla onlara məlum olmayan əsaslarla əlavə 91.331 m həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. Qaz sərfiyyatını manatla çevirikdə 20092 manat 82 qəpik borc hesablanmışdır. Beləliklə, sayğacın daxili çirkli və yağlı olmasına görə istehlakçının heç bir təqsiri yoxdur. Eyni zamanda cavabdehlər tərəfindən sayğac çıxarılan zamanı sayğacın plombu sınmamışdır. Bu hal isə sayğacın kənardan və istehlakçı tərəfindən müdaxilə edilmədiyinə dəlalət edir. Sayğacın daxildən çirkli və yağlı olması qaz paylayıcısı tərəfindən keyfiyyətsiz qazın verilməsindən və yaxud qaz sayğacı quraşdıran xidmət tərəfindən keyfiyyətsiz sayğacın quraşdırılması səbəbindən baş verə bilər. Bu əsaslara görə hesab edirlər ki, cavabdehlər tərəfindən hesablanmış qaz sərfiyyatı əsassız olduğundan silinməlidir. Cavabdehlər tərəfindən "xxxx" MMC-ə hesablanmış 91.331 m3 həcmində 20092 manat 82 qəpik hesablanmış əlavə qaz sərfiyatının əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onların sayğaca heç bir müdaxiləsi olmamışdır. Qeyd etdikləri sayğacda olan yağ və çirk onların təqsirinə görə yaranmamışdır. Sözügedən sayğac obyektden 2 km uzaqda yerləşir. Sayğacı qaz idarəsinin işçiləri mühafizə edirlər. Laboratoriya yoxlanılmasının tarixi barədə onlara heç bir məlumat verilməmişdir. Onlar tərəfindən sayğaca müdaxilə olunmamışdır. Qazın alğısatqısıyla bağlı cavabdehlə müqaviləsi olmuşdur. Cavabdeh orqanın mütəxəsisləri hər gün sayğacdan göstərici götürür. Ona bildiriblər ki, yoxlama olduqda laborotoriya bu barədə məlumat verəcəkdir, ancaq ona heç bir məlumat verilməmişdir. Əgər sayğac xətayla işləyirdisə, bu halı əvvəlcədən müəyyən etməli idilər. O mütəxəsis olmadığı üçün xətanı görə bilməzdi. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində tərəflər arasında müqavilə bağlanmışdır. Daha sonra sayğacda qüsur yarandığı üçün sayğacı yoxlamaq məqsədilə sayğac götürülmüşdür. Yoxlanıldıqdan sonra bu barədə xx.xx.2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib olunmuşdur. Həmin aktda qaz sayğacının vəziyyəti, qüsurları haqqında məlumat qeyd olunmuşdur. Cavabdeh1 , “Qaz İxrac” İdarəsinə heç bir tabelik münasibəti yoxdur, buna görə də, sayğacın mühafizəsini onlar təmin etmirlər. Bundan əlavə iddiaçı hüquqi şəxs olduğu üçün sayğacın mühafizəsini təmin etməli, sayğacı qutuya yerləşdirməlidir. Bütün bu halları əsas götürərək hesab edirlər ki, iddia əsassızdır. İddiaçıya qarşı hesablanmış borc tələbnamə əsasında hesablanmışdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sayğacın işlək vəziyyətdə saxlanılması abonentin məsuliyyətindədir. Abonent yerində anlaya bilməzdi ki, sayğacda problem var, ancaq bu hal onda şübhə doğura bilərdi. Laborotoriyanın rəyi mötəbər sənəd hesab olunur. Laborotoriya keçirilməsi barədə bildirişdə qeyd edilib ki, 3 gün ərzində abonent iştirak edə bilər. Sadəcə iddiaçı tərəf həmin prosesdə iştirak etməkdə maraqlı olmamışdır. Sayğac 85 % xətayla işləyir, həmin xətanı da abonentin ödənişlərinin də olduğunu nəzərə alaraq 3 hissəyə bölərək 29,2 % xəta hesablamışlar. Dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə uçotu pozulmuş sayğaclarda olmur. Sayğac 29,8 faiz xətayla işləyir. Ziyan abonentin hərəkət və hərəkətsizliyindən asılı olmayaraq onlara dəymişdir. Təbii qazdan istifadə olunub, abonent uçotu 1 il ərzində səhv hesablayıb. Onlar 1 il hesablayıblar. İstehlakçı sayğacın saz vəziyyətdə saxlanılmasına məsuliyyət daşıyır. Sayğac quraşdırılanda yoxlamadan keçirilib və sayğac saz vəziyyətdə olubdur. Onlarda ilk dəfədir ki, laborotoriya rəyində qeyd edilir ki, sayğac çirkli və yağlıdır. Buna görə də bu hal təbii qazın keyfiyyətə uyğun olmadığını deməyə əsas vermir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş mütəxəssis X8 izahatında bildirmişdir ki, abonent qanunvericiliyə əsasən sayğacı işlək vəziyyətdə saxlamalıdır və bu da onlara aydındır ki, abonentin sayğacı laborotoriyaya gedən günədək işlək vəziyyətdə olmuşdur. Cavabdeh orqan sayğacı laborotoriya keçirmək üçün aparanda tərəfə hüquqi əsas təqdim etməli idi ki, nəyə görə sayğac vaxtından əvvəl yoxlanılır. Vətəndaşa laborotoriyadan bildiriş göndərilməli idi. Bundan əlavə, sayğacın içərisinin çirkli və yağlı olduğu qeyd olunub, bu da o deməkdir ki, abonentə verilmiş təbii qaz keyfiyyətlərə uyğun olmayıb. Hansı ki, buna da nəzarəti Azərbaycan Respublikası Energetika Nazirliyi həyata keçirir. Onların orqanı isə X5 Agentliyi Azərbaycan Respublikası Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərir. Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən bu məsələlər barədə ildə 1 dəfə ümumi prosedur qaydalar əsasında həyata keçirilir. Onların təşkilatı bu tip yoxlamalar üçün səlahiyyəti və şərati yoxdur. Sayğacın düzgün işləmədiyini, xətayla işlədiyini sayğaca yoxlama aparan təşkilat açıqlaması ilə birlikdə qeyd etməli idi. Ekspertizaya sayğacın göndərilməsi onların səlahiyyətində deyildir. Rəyin nəticəsi odur ki, hesabat düzgün aparılmamışdır. İstehlakçının laborotoriya keçirilməsində iştirakı təmin edilməli idi. Bundan əlavə dəymiş ziyanın hesablanması heç bir normativ aktla tənzimlənmir. Cavabdeh orqan ziyanı belə hesablayıb ki, 2022-ci ilin sərfiyyat göstəricisindən 2021-ci ilin hesabatını çıxıblar, alınan nəticəni 0,292-ə vurublar və alınan qiyməti dəyərə çeviriblər. Eyni zamanda cavabdeh sayğacın 85 % xətayla işlədiyini və bunun 3 hissəyə bölünərək 22%-lə hesablandığını bildirdi, ancaq nəyə əsasən xətanın 3 hissəyə bölündüyünü bildirmədilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, mütəxəssisin rəyini və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, keçən il payız ayları olarkən "xxxx" MMC-nin sayğacına baxış keçirmişdir. Obyektin əkin sahəsinin bir hissəsi əkili idi. Bundan əlavə ödənişləri hər zaman vaxtında edirdilər. Sayğaclarına rəy gəlib ki, sayğac xətayla işləyir. Sayğacın mexaniki hissəsi onu şübhələndirmiş, buna görə də istixananın qazanlarına baxmışdır. Sərfiyyatın azaldımasını anlamaq mümkün deyil, onlar yalnız sayğacdan göstərici götürürlər. Sayğaca baxışı laborotoriya həyata keçirir. Sayğacın göstəricisinə mütəmadi baxış keçirirlər. Sayğacda mexaniki hissənin zəif işlədiyini görmək üçün istixanaya şəxsən getmişdir. Qaz paylayıcı stansiya ilə "xxxx" MMC-nin obyekti arasında təxminən 2 km məsafə var. Sayğac qaz paylayıcı stansiyanın içində deyil, kənarındadır. Orada təxmini 4 ədəd sayğac var. Sayğacın nəzarəti istehlakçının məsuliyyətindədir. Sayğacın ixraca aidiyyatı yoxdur. Ərazinin bir qismi hasarlanıb. Vətəndaşa bildiriş verilir və orada bütün hüquqi əsaslar öz əksini tapır. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli AMX-3188/21 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı "xxxx" MMC-ni keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı çıxarılmış və dövlət yoxlamasına verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı qaz təminatı bərpa olunmayaraq çıxarılmışdır. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS 29/1640-01592-2 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m3, korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50- 4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T =20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq maksimal sərfiyyatda xəta normaya uyğun deyil, nominal və minimal sərfiyyatda hesablayıcı mexaniz keçən qazın həcmini qeyd etmir göstərilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-250 markalı 75161090 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, əlavə (xəta) 91.331 m həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. İş materiallarına əlavə olunmuş X13 İstismarı İdarəsinin İstehlakçılara X12 şöbəsinin rəisi Vüqar Ələkbərov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Goranboy XS üzrə qeyri-əhali sektorunda qeydiyyatda olan "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G-250 markalı 75161090 nömrəli qaz sayğacı xx.xx.2022ci il tarixdə sökülmüş, 01,08.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında SS N-29/1640-01592-1 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sayğac ortalama 29.2% xəta ilə işləmişdir. xx.xx.2022-ci ildə təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. Uçota alınmayan qaz həcminin hesablanması qaydası aşağıdakı kimidir: ******* m3 (son elektron göstərici) - ******* m3 (sayğacın 1 il əvvəlki elektron göstəricisi) = 312776 m3 (son 1 illik qaz sərfi), 312776 m3 * 29.2%=91331m3 (uçotu pozulmuş qaz sərfi). İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, hüquqi şəxs Aqro Kristal" MMC-nin 2022-ci ilə qalıq və aktlar üzrə borcu 20092 manat 82 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 26 yanvar 2023-cü il tarixli 3-15-2-2/2-31/2023 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblərin” 2.14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və həmin qaydanın 2.18-ci bəndinə görə ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. "xxxx" MMC -nin qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh1 İB-nin Gəncə RQİİ Goranboy XS tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanmasında əsas olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bu qaydaların 3-li əlavəsinə əsasən bağlanmış qazın alqısatqısı müqaviləsinin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini qanunvericiliyə uyğun olaraq İstehlakçıdan tələb etmək) tələbləri göstərilmişdir. Cavabdeh1 İB tərəfindən dəymiş ziyanın hesablanması zamanı “Qazdan istifadə Qaydaları”nın 5.2-cı bəndinin (Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz), tələblərinə nəzərə alınmamışdır.O cümlədən aparılan hesabat qaydası qüvvədə olan normativ hüquqi sənədlərlə tənzimlənmir. Eyni zamanda “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bu qaydaların 3 nömrəli əlavəsinə əsasən qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.8-ci yarımbəndinin tələblərinə ziddir. Müəssisənin qaz xətti üzərində çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-250 EK- 220 tipli, 75161090 zavod nömrəli qaz sayğacın daxili çirkli və yağli olması verilən təbii qazın keyfiyyət göstəricilərinin dövlət standartlarına tələblərinə cavab vermədiyini göstərir. “Qazdan istifadə Qaydaları”nın 1.5 bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılınası üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir O cümlədən GOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.14-cü bəndinə əsasən dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Həmin qərarın 2.18-ci bəndinə əsasən ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək X2 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, lakin "xxxx" MMC-nin qaz sayğacının yoxlamadan keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və cavabdehə tabe olan qurumda aparılmış laboratoriya yoxlamasında ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 20092 manat 82 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, hüquqi şəxs olan istehlakçı "xxxx" MMC qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın daxili çirkli və yağlı olması əsası ilə hesablama təbii qazın uçotunun pozulması haqqında akta əsasən sayğacın ortalama 29.2% xəta ilə işləməsi əsas götürülməklə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğac çıxarılaraq laboratoriya yoxlamasına aparılmış, lakin müəssisəyə qaz sayğacının yoxlamasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş və yoxlamada ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, həmin yoxlama qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmaqla aparıldığından, nəticələri qanuni sayıla bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən 20092 manat 82 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialı tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, qazdan istifadə qaydalarına görə iddiaçı hüquqi şəxs olaraq sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşısa da, sayğacın düzgün qeydiyyat aparmamasına görə cavabdehə dəyən ziyanla iddiaçının hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Bələ ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu halda, iddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşısa da, işlək vəziyyətdə olan sayğacın daxilində düzgün qeydiyyat aparılmamasına görə cavabdehlik daşıya bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" MMC-yə (abonent kodu: **********00006) hesablamış 20092 manat 82 qəpik məbləğində borc Cavabdeh1 tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1 İB ilkin mediasiya sessiyasında iştirak etməmiş və X3 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən həmin hissədə azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 150 manat 58 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə (abonent kodu: **********00006) hesablamış 20092 manat 82 qəpik məbləğində borc Cavabdeh1 tərəfindən silinsin. 150 manat 58 qəpik məbləğində dövlət rüsumu Cavabdeh1ndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-59/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-59/2023
07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver