Məhkəmə qərarları › İş №e-2-2(115)-591/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-591/2020

12.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-591/2020 12.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsi cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən əsassız hesablanmış 75038.04 manat məbləğində debitor borcunun “Azəri-Ərəboğlu Unçuluq və Sənaye LTD Birgə müəssisəsi”nin abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki,müəssisədə istismar edilən elektrik avadanlıqlarının işləməsi üçün müvafiq elektrik transformatoru, İndiqo tipli, **********5 nömrəli sayğac və digər avadanlıqlarla təmin edilmişdir. Sayğacın göstəricilərinə əsasən istehlak olunan elektrik enerjisinin dəyəri müəssisəsinin rəhbəri tərəfindən mütəmadi olaraq vaxtında ödənilmişdir. X2yə görə hazırkı tarixə ödənilməmiş borc qalmamışdır. Sayğacın saxlandığı dəmir qutunun iki ədəd müxtəlif qıfılları vardır ki, bu qıfılın birinin açarları müəssisənin rəhbərində, digər qıfılın açarları isə “xxxxxxxx ASC-nin aidiyyatı işçisində saxlanılmışdır. Bu razılaşma o səbəbdən olmuşdur ki, mübahisə yaranmasın deyə ya müəssisənin rəhbəri, ya da “xxxxxxxx ASC-nin əməkdaşı sayğaca ayrı-ayrılıqda nəzarəti həyata keçirməsinlər. Əgər sayğaca baxmaq lazımdırsa hər iki tərəf birlikdə qutunu açılaraq sayğaca baxılmasında iştirak etsinlər. Cavabdeh “xxxxxxxx” ASC-nin aidiyyati əməkdaşları tərəfindən müəssisənin rəhbərinin də iştirakları ilə sayğaca baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməsə də sayğacı laboratoriyaya göndərilməsinə qərar vermişdilər. Laboratoriyada aparılmış yoxlama zamanı sayğacın normal işləməsi, heç bir nasazlıq aşkar edilməməsi müəyyən edilmiş və bu haqda xx xxxx 2020-ci il tarixli, 191121 nömrəli protokolla rəy verilmişdir. Buna baxmayaraq cavabdeh “xxxxxxxx” ASC-in əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli, NDQ 007673 saylı əsassız akt tərtib edilmişdir. Həmin akt əsasında müəssisəyə X2yə görə xx.xx.2020-ci il tarixə 75.038,04 manat istehlak borcu olması barədə xəbərdarlıq göndərilmiş, bu məbləğ xx.xx.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə müəssisənin elektrik təhcizatı xəttən ayrılmaqla dayandırılacaqdır. Hesab edirlər ki, fəaliyyətlərində nöqsanların olmaması, o cümlədən istehlak olunan işıq, qaz, su və digər xidmətlərlə bağlı ödənişlərin vaxtlı-vaxtında ödənilməsi hər zaman diqqət mərkəzində saxlanılmışdır. Bütün sahələr üzrə ödənişlər vaxtında ödənilmişdir. Laborator yoxlamanın nəticəsindən də görünür ki, sayğaca heç bir müdaxilə edilməmiş, normativlərə uyğun qaydada işlək vəziyyətdədir. Belə olan halda cavabdeh tərəfindən hansısa bir səbəbdən sayğacdan kənar qaydada borc hesablanması tam olaraq əsassızdır. Odur ki, müəssisəyə elektrik enerjisi istehlakına görə hesablanmış borcun silinməlidir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçıya aid sayğac və transformator “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin ərazisində deyil, “xxxxxxxx” ASC-nin balansında olan ərazidə mühafizə olunan yerdə yerləşir. Sayğac və transformatorun olduğu yerə yalnız cavabdeh təşkilatın işçiləri ilə birlikdə daxil olmaq olar. Belə olan halda, sayğaca və ya transformatora iddiaçının işçiləri tərəfindən hər-hansı müdaxilə edilməsi mümkün deyil. Cavabdehin işçiləri sayğaca baxış keçirib hər ay fakturanı iddiaçıya göndərmişlər və iddiaçı da, öz növbəsində elektrik enerjisinə görə ödənişləri etmişdir. Buna baxmayaraq, əsassız olaraq 75038,04 manat məbləğində cərimə yazılmışdır. İtkiyə getmiş enerjinin sərf edilməsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin heç bir təqsiri yoxdur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya xidmət edən cərəyan transformatorlarına müdaxilə edildiyi üçün “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli NDQ № 007673 saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya 75038 manat məbləğində borc hesablanmışdır. Bunun iddiaçının işçilərinin təqsirindən baş verməsi haqqında məhkəməyə sübut təqdim edə bilmir. Sayğacın yerləşdiyi transormator məntəqəsi cavabdehin balasında olan ərazidə yerləşsə də, iddiaçı hüquqi şəxs olduğu üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə özü cavabdehlik daşıyır. Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır. Şəhər prokurorluğunun müstəntiqi araşdırma ilə əlaqədar ekspertiza təyin etmişdir. Ekspertiza rəyi alındıqdan sonra məlum olacaqdır ki, sayğaca necə müdaxilə olunubdur. Ona görə də, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2020-ci il tarixli NDQ № 007673 saylı aktdan görünür ki, istehlakçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsində elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və pozuntu aşkarlamışdır. “X2 Qaydaları”na uyğun olaraq baxış keçirilən zaman aşkar olmuşdur ki, güc transorfatorunun yerləşdiyi otaqda sayğac və cərəyan tr-larının yerləşdiyi xüsusi şkafın qapısı sağ və sol tərəfdən ******* və ******* saylı narıncı rəngli möhürlü möhürlənmiş, sayğacın yerləşdiyi şkafın baxış pəncərəsi böyük olduğu üçün, əlavə metal lövhə sol və sağ tərəfdən bolt qayka ilə bərkidilmiş, həmin metal lövhənin və bolt qaykalarının üzəri parlaq vəziyyətdədir, bolt qaykanı açıb metal lövhəni götürməklə cərəyan transformatorlarına müdaxilə etmək imkanı vardır. “A” və “B” fazalarında quraşdırılmış c/t-nın 2-ci tərəf İ, cərəyan sıxaclarının vintlərinin üzəri parlaq və çıxıntılıdır. Akt əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsində aşkar edilmiş pozuntu nəticəsində 833756 kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla iddiaçıya 75038,04 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə “xxxxxxxx” ASC-nin əməkdaşlarından ibarət komissiyanın xx xxxx 2020-ci il tarixli 191123 saylı protokolunun surətindən görünür ki, sayğacın dövlət möhürü normaldır. Sayğac normal buraxılan xəta ilə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin X3 Agentliyinin Gəncə filialının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, elektrik sayğacının quraşdırıldığı ******* nömrəli transformator məntəqəsi X7 balansında olduğuna görə sayğacın işlək vəziyyətdə qorunub saxlanmasına X10 cavabdehlik daşıyır. Akt tərtib edilərkən və akta görə yenidən hesablaşma aparılarkən “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən “X2 Qaydaları”nın tələbləri pozulmuşdur. Odur ki, “xxxxxxxx” ASC-yə NDQ 007673 nömrəli xx.xx.2020-ci il tarixli akta yenidən baxılması barədə məktubla müraciət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin istifadə etdiyi elektrik sayğacı, cərəyan transformatorları və transformator “xxxxxxxx” ASC-nin balansında ******* nömrəli transormator məntəqəsində yerləşir. Həmin məntəqə müəssisənin balansında deyil və müəssisənin ərazisində yerləşmir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə qeyd edilən sənədlərdə iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə edilməsini təsdiq edəcək mötəbər sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh özünün sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə görə iddiaçının təqsirli hərəkət və hərəkətsizliyini müəyyən etmədən ona əsassız olaraq 833756 kvts elektrik enerjisinin itkisinə görə 75038,04 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinə hesablamış 75038 manat 04 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinə hesablamış 75038 manat 04 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar