Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-598/2021 17.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Qapalı Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə «xxxx» QSC arasında bağlanmış 16.06.2017-ci il tarixli 005L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə, 11.09.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşmasına, 17.04.2020ci il tarixli 005R**********S saylı sazişə, 30.04.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşmasına, 17.04.2020-ci il tarixli 005R**********S saylı sazişə, 15.05.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşmasına, 17.04.2020-ci il tarixli 005R**********S saylı sazişə xitam verilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə, 005R********** saylı krеdit razılaşması üzrə 5920 manat 44 qəpik məbləğində krеdit bоrcu, 786 manat 89 qəpik məbləğində faiz bоrcu və 1889 manat 40 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 8596 manat 73 qəpik borcun, 005R********** saylı krеdit razılaşması üzrə 10400 manat 88 qəpik məbləğində krеdit bоrcu, 1175 manat 64 qəpik məbləğində faiz bоrcu və 3338 manat 68 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 14915 manat 20 qəpik borcun, 005R********** saylı krеdit razılaşması üzrə 3064 manat 4 qəpik məbləğində krеdit bоrcu, 339 manat 87 qəpik məbləğində faiz bоrcu və 1078 manat 91 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 4483 manat 18 qəpik borcun, hər üç kredit razılaşması üzrə ümumilikdə cəmi 27995 manat 11 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu Xırdalan şəhəri Yusif Məmmədəliyev küçəsi 88 saylı fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 27995 manat 11 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıQSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə müştərək qaydada tutulması, Abşeron rayonu Xırdalan şəhəri Yusif Məmmədəliyev küçəsi 88 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu 17.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, İddiaçı Qapalı Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-25-2(115)-598/2021 saylı mülki iş üzrə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin İddiaçı Qapalı Səmdar Cəmiyyətinə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər məhkəməyə gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Qapalı Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-598/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-598/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver