Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-598/2025 22.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçınnın Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən UNİT 21 nömrəli, 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, ödənilməmiş 7000 (yeddi min manat) manat məbləğində əsas borcun 700 manat hüquqi xidmət haqqının və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutlaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ilə Cavabdeh MMC arasında 21 nömrəli, 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı qaimədə göstərilən malların satışını həyata keçirməyi, alıcı malların alınmasına dair əvvəlcədən müəyyən olunmuş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən şirkətə müxtəlif növ mallar təhvil verilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə MT2407 seriyalı, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 14250 manat olan mallar təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli qaimə ilə 4250 manat məbləğində, xx.xx.2024-cü il tarixli qaimə ilə 3000 manat məbləğində ödəniş edilmişdir. Belə ki, tərəfimizdən vurulmuş MT2407 seriyalı, xx.xx.2024 tarixli elektron qaimə-faktura üzrə cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə 7000 manat ödənilməyən borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlamış Müqavilənin 1.1-ci bəndinə görə qaimədə göstərilən malların alıcı tərəfindən satıcıdan alınmasına dair alqı-satqının həyata keçirilməsidir. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı malların alınmasına dair qabaqcadan müəyyən olunmuş məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərə əsasən satıcıya ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qaimə təqdim edildikdən sonra 3 gün ərzində ödənilir. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər müqavilədə göstərilən öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirmələrinə görə məsuliyyət daşıyırlar. Cavabdehin hazırki müqavilə üzrə İddiaçı 7000 manat borcu vardır. Cavabdehə xx.xx.2024-cü il tarixdə elektron kargüzarlıqla pretenziya məktubu göndərərək borcun 3 gün müddətində ödənilməsi tələb edilsə də cavabdeh borcu ödəməmişdir. Odur ki, hesab edirik ki, iddia ərizəsi tam əsaslıdır təmin edilməlidir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, bank köçürmələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 21 nömrəli, 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti qaimədə göstərilən mallar alıcı tərəfindən satıcıdan alınmasına dair alqı-satqısının həyata keçirilməsidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı malların alınmasına dair qabaqcadan müəyyən olunmuş məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərə əsasən satıcıya ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qaimə təqdim edildikdən sonra 3 gün ərzində ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10465776 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 14250 manat dəyərində un məhsulu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bank köçürməsi barədə qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 4250 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bank köçürməsi barədə qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 3000 manat məbləğində pul köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən 14250 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və həmin məbləğdən ümumilikdə 7250 manat ödəniş etmişdir. Nəticədə cavabdehin iddiaçıya 7000 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə-faktura və bank köçürmələri ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 7000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə-fakturaya münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə-faktura borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan alğı-satqı müqaviləsi və bank köçürmələri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 700 manat məbləğində pul vəkil bürosuna köçürülmüşdür. İddiaçı isə 700 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 700 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı 90 manat məbləği tələb etdiyindən ödənilmiş 90 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7000 məbləğində pul, 700 manat vəkil xərci və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-598/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-598/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver