Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-61/2025 11.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğluna, Cavabdeh2 Cabı̇ r qızına, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 22059.07 manat məbləğində krеdit bоrcu, 2048.60 manat məbləğində faiz bоrcu və 726.08 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24833 manat 75 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164,5 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Rəşid Gəncəvi küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 125.1 kv.m ümumi sahədən ibarət 91 nömrəli bağ evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 24833 (iyirmi dörd min səkkiz yüz otuz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164.5 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; tələbin Cavabdeh2 məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) – yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 24833 (iyirmi dörd min səkkiz yüz otuz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164.5 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Rəşid Gəncəvi küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 125.1 kv.m ümumi sahədən ibarət 91 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi, Göygöl rayonu, Quşqara kəndində yerləşən, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) - yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ərizənin geri qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2024 -cü il tarixli e-2-2(115)- 1545/2024 nömrəli qərardadına əsasən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2025-ci il tarixli 9/9429 nömrəli ekspert rəyinin dəyəri 50 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2024 -cü il tarixli e-2-2(115)- 1545/2024 nömrəli qərardadına əsasən alınmış "xxxx" MMC-nin 13 fevral 2025-ci il tarixli ekspert rəyinin dəyəri 500 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2025 -ci il tarixli e-2-2(115)-61/2025 nömrəli qərardadına əsasən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 9/2379 nömrəli ekspert rəyinin dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə ekspertizaları üzrə 500 manat məbləğində ekspertiza xərcinin 250 manatı iddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətindən, 250 manatı isə cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, 100 manat məbləğində ekspertiza xərci iddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətindən və 50 manat ekspertiza xərci isə cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 164,50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. 500 manat məbləğində ekspertiza xərcinin 250 manatı iddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətindən, 250 manatı isə cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. 100 manat məbləğində ekspertiza xərci iddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətindən və 50 manat ekspertiza xərci isə cavabdehlər Həsənov Aftandı̇ l Məhəmməd oğlu, Cavabdeh2 Cabı̇ r qızı və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-61/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-61/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver