Məhkəmə qərarları › İş №e-2-2(115)-612/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-612/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-612/2025 15.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Akif oğluna və X1rşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC-nin) cavabdehlər Cavabdeh2 Akif oğluna və X1rşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 Akif oğluna və X1rşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər X2 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, KM-1**-FS-***1710-001 №-li kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka əsas borcu 187.698,96 manat, faiz borcu üzrə 3.165,86 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 8,68 manat, cəmi 190.873,50 manat kredit borcunun, digər xərclər (ipoteka predmetinə tutmanın yönəldilməsi rusumu) 135 manat və 481 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyan X3 məxsus xx.xx.2024-cü il tarixli, 1**-HS-***1710-001-SİP saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 807.2 kv/m olan Əmlak kompleksi kimi müəsissəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 190.873,50 manat kredit borcunun, digər xərclər (ipoteka predmetinə tutmanın yönəldilməsi rusumu) 135 manat və 481 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeyi

2. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron sistem vasitəsilə ərizə təqdim edərək, müştərinin Banka müraciət edərək Resturukturizasiya edilmsini xahiş etdiyini və müştərinin müraciətinə baxaraq kreditin Resturukturizasiya olunduğunu bildirərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

3. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər.

4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

IV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə elektron sistem vasitəsilə ərizə təqdim edərək, müştərinin Banka müraciət edərək Resturukturizasiya edilmsini xahiş etdiyini və müştərinin müraciətinə baxaraq kreditin Resturukturizasiya olunduğunu bildirərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

8. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş 481 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.

V. Məhkəmənin gəldiyi nəticə

9. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Akif oğluna və X1rşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Akif oğluna və X1rşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 481 (dörd yüz səksən bir) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar