Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-613/2022 12.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 09.09.2020-ci il tarixli SHNİAP-042 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 21 600 (iyirmi bir min altı yüz) manat, faiz borcuna görə 6967,8 (altı min doqquz yüz altmış yeddi manat səksən qəpik) manat, cərimə borcuna görə 4320 (dörd min üç yüz iyirmi) manat manat olmaqla cəmi 32 887,8 (otuz iki min səkkiz yüz səksən yeddi manat səksən qəpik) manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun və 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 280 manat məbləğində rüsumun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə vəCavabdeh1Firudin oğluna məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə (tam) yönəldilməsi, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və Cavabdeh1 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 09.09.2020-ci il tarixli SHNİAP-042 saylı Kredit müqaviləsi üzrə cəmi 32 887,8 (otuz iki min səkkiz yüz səksən yeddi manat səksən qəpik) manat borcunun və 280 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 1,2365 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 09.09.2020-ci il tarixli SHNİAP-042 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəmənin icraatında eyni tərəflər arasında oxşar predmet üzrə e-2-2(115)-533/2022 nömrəli mülki iş vardır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh1 27.08.2018-ci il tarixli SHNİP-0279/182 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 33 233,26 (otuz üç min iki yüz otuz üç manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 4411,79 (dörd min dörd yüz on bir manat yetmiş doqquz qəpik) manat, cərimə borcuna görə 1241,76 (min iki yüz qırx bir manat, yetmiş altı qəpik) manat olmaqla cəmi 38 886,81 (otuz səkkiz min səkkiz yüz səksən altı manat səksən bir qəpik) manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 6,66 manat məbləğində dövlət rüsumunun, cəmi 246,66 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə yönəldilməsi; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 27.08.2018-ci il tarixli SHNİP-0279/182 saylı Kredit müqaviləsi üzrə cəmi 38 886,81 (otuz səkkiz min səkkiz yüz səksən altı manat səksən bir qəpik) manat borcunun və 246,66 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 27.08.2018-ci il tarixli SHNİP0279/182 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 254.1.4-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair 2-2(115)-613/2022 nömrəli işin icraatı ilə eyni tərəflər arasında olan e-2-2(115)-533/2022 nömrəli mülki işlər birləşdirilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-613/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-613/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver