Məhkəmə qərarları › İş №e-2-2(115)-617/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-617/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-617/2025 13.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh X4 oğlundan krediti üzrə cəmi borcu 11281,24 (on bir min iki yüz səksən bir manat 24 qəpik) manat, bundan 10954,30 (on min doqquz yüz əlli dörd manat 30 qəpik) manat əsas, 224,29 (iki yüz iyirmi dörd manat 29 qəpik) manat faiz, 102,65 (bir yüz iki manat 65 qəpik) manat cərimə borcunun tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat DƏDRX rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.08 ha birgə torpaq sahəsinə yönəldilməsi, Əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə cavabdeh 24 fevral 2020-ci il tarixdə Cavabdeh (bundan sonra – Borclu) ilə İddiaçı ASC (bundan sonra – Bank) arasında bağlanmış LM022000696 nömrəli Restrukturizasiya Müqaviləsinə əsasən cavabdehin Banka olan 10954,30 (on min doqquz yüz əlli dörd manat 30 qəpik) AZN borcu 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdehməxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.08ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh ilə Bank arasında 12 mart 2020-ci il tarixdə İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredir müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə yazılı şəkildə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh kredit üzrə cəmi borcu 11281,24 (on bir min iki yüz səksən bir manat 24 qəpik) manat təşkil edir. Bundan 10954,30 (on min doqquz yüz əlli dörd manat 30 qəpik) manat əsas, 224,29 (iki yüz iyirmi dörd manat 29 qəpik) manat faiz, 102,65 (bir yüz iki manat 65 qəpik) manat cərimə borcu təşkil edir. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 10 iyul 2024–cü il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 18 iyul 2024-cü il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə ilə məhkəməyə mürаciət edərək, Cavabdeh krediti üzrə cəmi borcu 11281,24 (on bir min iki yüz səksən bir manat 24 qəpik) manat, bundan 10954,30 (on min doqquz yüz əlli dörd manat 30 qəpik) manat əsas, 224,29 (iki yüz iyirmi dörd manat 29 qəpik) manat faiz, 102,65 (bir yüz iki manat 65 qəpik) manat cərimə borcunun tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat DƏDRX rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.08 ha birgə torpaq sahəsinə yönəldilməsi, Əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeyi

4. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, əmlakın qiymətləndirilməsinə dair rəyə və cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas borc məbləğindən çıxılmasına etiraz etmədiyini və iddanın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək, rəylə razı olduğunu və tərəfindən ödənilmiş 550 manatın əsas borcdan silinməsini xahiş edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

II. Sübutların tədqiqi

6. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh (kredit alan qismində) arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli 133 saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, bank 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 min manat bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixədək illik 6 % ödənilməklə bu müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün pul məbləğini kredit verir. (1.1). Kredit aşağıdakı məqsədlər üçün verilir: Heyvandarlığın inkişafı (1.2).

7. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh (kredit alan qismində) arasında bağlanmış 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsinin şərtlərindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 133 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 10954,30 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. (2.1)

8. 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2020-ci il, son ödəniş tarixi isə xx.xx.2025ci il olmaqla 10954,30 manat kredit məbləği və 280,73 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

9. xx.xx.2012-ci il tarixli, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. 13 sentyabr 2023-cü il tarixli 133i saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 1.2-ci bəndində göstərilən 13 sentyabr 2023-cü il tarixli 133 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan ünvan 1ndə yerləşən fərdi yaşayış evini 0.08 ha torpaq sahəsi ilə birgə ipoteka qoyur. İpotekaya qoyulmuş əmlak 25.000 manat məbləğində qiymətləndirilmişdir (2.3).

11. 12 mart 2020-ci il tarixli, LM022000696 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlak 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka Saxlayana (ipoteka saxlayan həm də Kreditordur) girova verir (1.1). İpotekaya verilən əmlakın təsviri: Cavabdeh məxsus olan ünvan 1 (**********46-1031, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012) ünvanında yerləşən fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi. xx.xx.2023-cü il tarixli 133İ saylı ipoteka müqaviləsində əmlak 25.000 manat qiymətləndirilmişdir.

12. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. 18 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 10954,30 manat əsas, 224,29 manat faiz, 102,65 manat cərimə borcu olmaqla, cəmi 11281,24 manat borcu vardır.

14. 03.02.2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehə 5 iş günü ərzində gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun (10954,30 manat əsas borcu, 206,66 manat məbləğində faiz bоrcu və 91,82 manat cərimə borcu) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

15. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/04-4692/25 nömrəli rəyindən görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 45450 manat, likvid dəyəri isə 40950 manat təşkil edir.

16. 12.03.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 550 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilmişdir.

III. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

19. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

23. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

24. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh 03 fevral 2025-ci il tarixdə göndərilmişdir.

25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 03 fevral 2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 5 iş günü sonra müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 10 iyul 2024-cü il tarixə olan borc məbləğini tələb edir.

26. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. 18 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 10954,30 manat əsas, 224,29 manat faiz, 102,65 manat cərimə borcu olmaqla, cəmi 11281,24 manat borcu vardır.

28. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 03 fevral 2025-ci il tarixli bildirişdə ifadə etmiş 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə faiz borcunun 206,66 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 5 iş günü sonra xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış cərimə borcunu tələb edə bilər.

29. 12.03.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 550 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə ödənilmişdir.

30. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəf ödənilmiş pulun əsas borcdan çıxılmasına etiraz etmədiklərindən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 550 manat əsas borcdan çıxılaraq, əsas borc 10404,30 manat müəyyən edilməlidir.

31. Belə olan halda məhkəmə hesab edir ki, 24 fevral 2020-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə tutulmalı olan əsas borc 10404,30 manat, faiz borcu 206,66 manat müəyyən edilməlidir.

32. 16.05.2024-cü il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir.

33. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh mülkiyyətindəki ünvan 1ndə yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

34. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

35. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabatdan görünür ki, Cavabdeh mülkiyyətindəki ünvan 1ndə yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi birlikdə likvid dəyəri 40950 manat dəyərində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 40950 manat müəyyən edilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə 102,65 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

37. İddiaçı kredit razılaşması üzrə cərimə borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 03 fevral 2025-ci il tarixli bildirişdə ifadə etmiş 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə cərimə borcunun 91,82 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 5 iş günü sonra xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış cərimə borcunu tələb edə bilər.

38. Məhkəmə hesab edir ki, 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə 91,82 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 24 fevral 2020-ci il tarixli LM022000696 saylı restrukturizasiya müqaviləsi üzrə 91,82 manat məbləğində pul (əsas borcun 0,88% həddində) Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı eləcə də 124 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********18 nömrəli mədaxil qəbzi ilə 123,85 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddi tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,12 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,73 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci il tarixli LM022000696 saylı Restrukturizasiya müqaviləsi üzrə 10404,30 manat əsas, 206,66 manat faiz, 91,82 manat cərimə borcu olmaqla, cəmi 10702,78 manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh mülkiyyətindəki ünvan 1ndə yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birgə yönəldilməli, Cavabdeh mülkiyyətindəki ünvan 1ndə yerləşən fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 40950 manat müəyyən edilməli, ipotekaya qoyulmuş fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birgə açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 10702,78 manat məbləğində borc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

45. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci LM022000696 saylı Restrukturizasiya müqaviləsi üzrə 10404,3 manat əsas, 206,66 manat faiz, 91,82 manat cərimə borcu olmaqla, cəmi 10702,78 (on min yeddi yüz iki manat yetmiş səkkiz qəpik) manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Tələb Cavabdeh mülkiyyətindəki ünvan 1ndə yerləşən fərdi yaşayış evinə 0.08 ha torpaq sahəsi ilə birgə yönəldilsin. Cavabdeh mülkiyyətindəki ünvan 1ində yerləşən fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 40950 (qırx min doqquz yüz əlli) manat müəyyən edilsin. İpotekaya qoyulmuş fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birgə açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 10702,78 (on min yeddi yüz iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,12 (bir yüz iyirmi iki manat on iki qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 (əlli bir) manat pul Cavabdeh oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 1,73 (bir manat yetmiş üç qəpik) manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar