Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-627/2020 26.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçılar İddiaçı və X3 nümayəndəsi və vəkili X10, cavabdeh “xxxxxxxx” Açıq Səhmadar Cəmiyyətinin nümayəndəsi Məlikova Könül Yusif qızının iştirakı ilə, İddiaçılar İddiaçı və X3 cavabdeh “xxxxxxxx” Açıq Səhmadar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı və X6 məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli NDQ 006583 nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 4490,64 manat məbləğində borcun X3 hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi X11 məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixli NDQ 006583 nömrəli akt əsasında qanunsuz hesablanmış 4490,64 manat məbləğində borcun X3 hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Şəmkir rayonu Əliyaqublu kəndində İddiaçı məxsus torpaq sahəsində 1.50 hektar istixana var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olunur. İstixana və istixananın yerləşdiyi torpaq sahəsini 2015-ci ildə X1 almışdır. Lakin müəyyən səbəblərdən nə torpaq sahəsini nədə ki, işıq sayğacını öz adına qeydiyyata aldıra bilməmişdir. Hazırda da işıq sayğacı X3 adında qalmaqdadır. Həmçinin istixananın isidilməsi üçün təbii qazdanda istifadə edir. Bir istehlakçı kimi sərf etdiyi təbii qazının və elektrik enerjisinin məbləğini vaxtlı-vaxtında ödəyir. xx xxxxxx 2019-cu ildə “xxxxxxxx” ASC-nin əməkdaşları istixanaya gələrək heç bir əsas olmadan sayğaca baxış keçirmişlər və sayğacda əlavə xətt olduğunu bildirmişdilər.Həmin xətdə qoşulma olmadığı halda və bunu onun tərəfindən edilibedilmədiyini sübut etmədən X3 hesabına 4490,64 manat borc hesablamışdılar. “xxxxxxxx” ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb etmişlər, əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. Həmin borcun qanunsuz olaraq yazıldığı və borcun silinməsini tələb edilsədə heç bir nəticəsi olmamışdır. Sonra cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən tərtib edilərək bir nüsxəsi iddiaçıya verilmiş akta baxış keçirdikdə məlum olmuşdur ki, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri baxış keçirilmə tarixini xx.xx.2019-cu il kimi qeyd etmişlər. Lakin ödəniş cədvəlində aktın yazılma tarixini xx.xx.2019-cu il kimi göstərmişdir Həmçinin cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri həmin aktı saxtalaşdıraraq 25 rəqəmini 15 rəqəmi kimi qeyd etmişlər. Bu akt əsasında X3 hesabına 4490,64 manat məbləğində qanunsuz borc hesablanmışdır. Bu əsasa görə də, tərtib edilmiş akt qanunsuz və əsassız olmuşdur. İddiaçıların nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Məlikova Könül Yusif qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki,iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulduğundan bu barədə akt tərtib edilmiş,odur ki iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli NDQ 006583 saylı aktın surətindən görünür ki, X5 məxsus istixanada yoxlanış keçirilmiş, pozuntunun aşkarlanması halı qeyd edilmişdir. xx xxxx 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0,4983 ha olan torpaq sahəsi X6 tərəfindən İddiaçı satılmışdır. xx xxxxxx 2019-cu il tarixli “xxxxxxxx” ASC-nin akt komissiyasının icra vərəqəsindən görünür ki, fiziki şəxs İ.Mehdixanova məxsus istilikxanada yoxlanış həyata keçirilmiş və sayğacın xüsusi açar vasitəsilə sxemdən kənarlaşdırılması qeyd edilmişdir.Həmçinin müvafiq hesablama aparılmış 49896 kvts enerji itkisi qeyd edilmişdir. Onun dəyəri isə 4490,64 manat təşkil edir. İş üzrə sənədlərdən göründüyü kimi mübahisəli borc qazın sərfiyyatından yaranan borc məbləği deyildir. Bu məbləğin sayğacdakı nasazlığa görə hesablanmışdır. İşin hallarından göründüyü kimi istixananın yerləşdiyi torpaq sahəsi xx xxxx 2015-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqaviləyə əsasən İddiaçı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını əldə etmişdir. Lakin yeni istehlakçı ilə enerjitəchizatı müəssisəsi arasında eletrik enerjisisinin alqı-satqısı barədə müqavilə bağlanmamışdır. “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Hazırkı mübahisə üzrə də yuxarıda bu maddədə göstərilən hal baş vermişdir. Yəni, əvvəlki istehlakçı İ.Mehdixanov tutduğu ərazidən köçmüşdür. Enerjitəchizatı müəssisəsinin bundan məlumatı olmuşdur. İ.Mehdixanovun müraciət etməməsinə baxmayaraq enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada onunla olan müqaviləni ləğv etmək və yeni istehlakçı ilə müqavilə bağlamaq hüquqlarından istifadə etməli olduğu halda bunu etməmişdir. Abonent kimi rəsmi qeydiyyatda olan şəxs bir neçə ildir ki, ərazini başqa şəxsin mülkiyyətinə vermişdir və orada baş verən hadisələrdən kənardadır. Lakin xx.xx.2019-cu il tarixli 006583 nömrəli aktda istehlakçı kimi X7 göstərilmiş və nöqsanlar onun adına yazılmışdır. Akt əsasında verilmiş icra vərəqi də İ.Mehdixanovun adına tərtib edilmişdir. Aktda yol verilmiş təzadlar “xxxxxxxx” ASC-nin əməkdaşlarının fəaliyyətinin qüsurlu həyata keçirilməsinin təzahürüdür. Aktda göstərilənlərin düzgün olub-olmamasından asılı olmayaraq qeyd olunanlar X4 təqsiri nəticəsində baş verməmişdir. Məhkəmənin qənaətinə görə enerjitəchizatı müəssisəsi sayğacdakı nasazlığı müəyyən etdikdə bu halın şəxsin təqsirli fəaliyyəti nəticəsində baş verib-verməməsinə xüsusi önəm verməlidir. Baş vermiş nasazlığın birmənalı olaraq abonentə aid edilməsi və məsuliyyətin ona yönəldilməsi əməkdaşlarının fəaliyyətinin qüsurlu və qeyri-obyektiv həyata keçirilməsinin təzahürüdür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilən izaha görə istehlakçı dedikdə, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. “Elektrik enerjisindən istifadə” Qaydalarının 1-ci bəndində göstərilənlərə görə abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan şəxsdir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə onu da qeyd edir ki, istixananın yerləşdiyi torpaq sahəsi sahiblik və istifadə hüququ əsasında İddiaçı məxsus olduğundan, hesablanmış borc məbləği onun fəaliyyəti üçün məhdudyyətlər və əngəllər yarada biləcəyindən onun da həmin borcu mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara vəAzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 216-220 və 360-cımaddələrinəəsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” Açıq Səhmadar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli NDQ № 006583 saylı akt əsasında hesablanmış 4490.64 (dörd min dörd yüz doxsan manat altmış dörd qəpik) manat borc X3 abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-627/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-627/2020
26.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver