Məhkəmə qərarları › İş №e-2-2(115)-629/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-629/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-629/2023 19.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 12 iyul 2011-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 158533,25 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (X9) "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədilə 258000 manat kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-662/2009 saylı qətnaməsinə əsasən Cavabdeh (X9) cəmi 299459,41 manat kredit borcunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilməklə tutulan borc məbləği cəmi 278196,30 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almış və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Lakin qətnamə üzrə tutulan borc məbləği indiyədək cavabdeh tərəfindən icra olunmamışdır. Kredit müqaviləsi bağlanan, yəni xx.xx.2008-ci il tarixdə və yuxarıda qeyd edilən qətnamələr qəbul edilən zaman cavabdehin ad, soyad və ata adı X9 olmuş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİnin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayış ilə cavabdehin soyad və adını dəyişdiyi, hazırda Cavabdeh olduğu müəyyən edilmişdir. Hazırda 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh (X9) banka gecikdirilmiş vaxt üçün 12 iyul 2011-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 158533,25 manat məbləğində borcu vardır. 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Sonradan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 12 iyul 2011-ci il tarixdən 05 may 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 164329,01 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" X4 ASC-nin Yevlax filialı ilə X9 arasında 18 iyun 2008-ci il tarixdə bağlanmış KBB007FKX saylı kredit müqaviləsinə əsasən borcalana illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədi ilə 258000 manat kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, borc alan 21 iyul 2008-ci il tarixdən 21 iyun 2010-cu il tarixdək hər ay 12285,71 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli KBD12984 saylı maliyyə arayışında X7 "xxxx" İKB ASC-yə 12 iyul 2011-ci il tarixindən 05 dekabr 2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 158533,25 manat, 05 may 2023-cu il tarixli KBD3973 saylı maliyyə arayışında isə 164329,01 manat borcun olması qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(044)662/09 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB-nin Yevlax filalı ilə X9 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilədən irəli gələn 196571,36 manat əsas kredit borcunun, 27532,04 manat faiz borcunun, 36857,13 manat gecikdirilmiş kredit borcunun, 5500 dəbbə pulunun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulacaq məbləğin kreditin təminatı kimi Banka girov qoyulmuş KBBYEU007Fİ 1 saylı ipoteka müqaviləsinə əsasən X2 məxsus olan Xanlar rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2, 3, 4, 5 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha, 0,0929 ha, ******* ha, 0,04 ha torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğin borcun ödənməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC-nin Yevlax filalı ilə X9 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBB№YEU007FKX saylı kredit müqaviləsinin ləğv edilməsi, X6 127857,10 manat əsas kredit borcu, 110571,39 manat gecikdirilmiş kredit borcu, 61030,92 manat gecikdirilmiş faiz borcu, 50000 manat penya borcu olmaqla, cəmi 299459,41 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X2 məxsus olan Xanlar rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV00Fİ 3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 kvm torpaq sahəsinə, KBBYEV00Fİ 4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV00Fİ 5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə ediləcək borcun ödənilməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsindən görünür ki, cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-662/2009 saylı 14 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək cavabdeh X6 233428,49 manat əsas kredit borcu, 43767,81 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla, cəmi 278196,30 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X2 məxsus Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV007Fİ-2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV007Fİ-3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV007Fİ-4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV007Fİ-5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 180 manat məbləğində ekspertiza xərcinin cavabdeh X6 tutularaq Dövlət büdcəsinin (Az.MEM, VÖİN **********, ABB mərkəzi filialı, VÖİN **********, kod 805250, m/h**********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T Bik:İBAZAZ2X) hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi 12 may 2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsindən 12 iyul 2011-ci il tarixində icra vərəqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 07 mart 2018-ci il tarixli 2-2(102)-153/18 saylı qərarından görünür ki, iddiaçı X3 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" Hərrac Mərkəzi MMc-yə qarşı ona məxsus olan torpaq sahələrinin və əmlak kompleksinin qiymətləndirilməsi və qiymətləndirmə barədə rəyin qanunsuz hesab edilərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirlməsinə dair qətnamə qəbul edilməsini Gəncə İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli 2-2(83)-1279/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. iddiaçının apellyasiya şikayəti əsasında işə baxan Gəncə Appelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegioyasının 11 oktyabr 2017-ci il tarixli 2-2(104)-49/2017 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)-1279/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahəslərinə dair "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəyləri, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli açıq hərracın yekunları barədə 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakların yenidən qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarıa toxunan şəxs "xxxx" İKB ASC tərəfindən kasasiya şikayəti verilmişdir. Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Appelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegioyasının11 oktyabr 2017-ci il tarixli 2-2(104)-49/2017 saylı qətnaməsi qismən, iddiaçı X2 məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0.2004 ha, 0.0929 ha, 0,080036 ha və 0.04 ha torpaq sahələrinə dair "xxxx" MMC-nin 23 aprel 2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi və qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması və kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qət edilmişdi. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(066)- 367/2022 saylı qətnaməsindən görünür ki, X3 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC-yə və mübahisə predmetinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona maxsus olan 17/05 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.0929 ha torpaq sahəsinə dair, 17/04 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.04 ha torpaq sahəsinə dair, 17/01 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.10 ha torpaq sahısində yerləşən əmlak kompleksinə (qeyri-yaşayış binası) dair, 17/03 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin ləğv edilməsini və Göygöl rayon icra qrupunun hərəkətlərinin qanunsuz hesab edilərək, həmin əmlakın yenidən qiymətləndirilməsi öhdəliyinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X2 məxsus olan 17/05 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.0929 ha torpaq sahəsinə dair, 17/04 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.04 ha torpaq sahəsinə dair, 17/01 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.10 ha torpaq sahısində yerləşən əmlak kompleksinə (qeyriyaşayış binası) dair, 17/03 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin ediməsi, Göygöl rayonu, Quşqara kəndi 0.0965 ha torpaq sahəsində yerləşən 491,9 kv m əmlak komkleksi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydə alınmış qeydiyyat və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.0965 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.04 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini, Göygöl rayonu, Quşqara kəndi 0.08 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.2004 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsini qət etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 iyun 2023-cu il tarixli 2(066)-261/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi, "xxxx" Hərrac Mərkəzi MMc-yə və üçüncu şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinin apardığı icra hərəkətləri üzrə ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak komplekslərinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli KBD2129 saylı xəbərdarlıq məktubunun sürətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, "xxxx" İKB ASC-nin Yevlax filialı ilə X9 arasında 18 iyun 2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədi ilə 258000 manat kredit verilmişdir. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbi ilə Bank məhkəmədə iddia qaldırmış, borc məbləğinin tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 299459,41 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə ediləcək borcun ödənilməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 12 may 2011-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon 14 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək Cavabdehdən 278196,30 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlakalara yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Göründüyü kimi borclu müqavilə üzrə üzərinə götürdyü öhdəliyi yerinə yetirmədiyinə görə kreditor məhkəmədə iddia qaldırmış, müqavilənin ləğv edilməsi müqavilə üzrə əsas borc, faiz borcu və cərimə məbləğləri daxil olmaqla borcun tutulmasını, tutmanın kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlak kompleksinə və torpaq sahələrinə yönəldilməsini xahiş etmiş və iddiaçının tələbləri məhkəmələr tərəfindən qismən təmin edilmişdir. Borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası üçün müəyyən icra tədbirləri həyata keçirilmiş, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar açıq hərraca çıxarılmışdır. İcra mərhələsində keçirilən hərracın nəticələrinə dair protokollar isə ipoteka qoyan tərəfindən mübahisələndirilmiş və məhkəmə qətnamələri ilə ipoteka qoyanın-iddiaçının tələbləri təmin edilmişdir. Hazırda da qətnamənin icrası ilə bağlı icra tədbirləri davam etdirilir. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliklərinin icrasından boyun qaçırması, qətnamənin icra olunmasına qərəzli olaraq hər hansı müdaxiləsi, maneəsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda cavabdehin məsuliyyətə cəlb olunması, cavabdehdən götürülmüş kreditə görə 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta faiz borcunun tutulması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən cavabdehin mediasiya sessiyasında iştirak etmədiyi və iddiaçı tərəfindən 400 manat mediasiya xərcinin ödənildiyi barədə arayış verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar