Məhkəmə qərarları › İş №e-2-2(115)-65/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-65/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-65/2023 21.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 0095/K nömrəli Kredit xətti müqaviləsi üzrə ödənilməmiş 50000 manat əsas borcun, 11923 manat 61 qəpik faiz borcunun və 6351 manat 39 qəpik cərimə borcunun, xx.xx.2021-ci il tarixli 1035/K nömrəli Kredit xətti müqaviləsi üzrə isə ödənilməmiş 35000 manat əsas borcun, 6825 manat 97 qəpik faiz borcunun və 4445 manat 97 cərimə borcunun, ümumilikdə 114546 manat 94 qəpik kredit borcunun, habelə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 404 manat 55 qəpik məbləğində dövlət rüsumunun və 61 qəpik bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0095/K №-li kredit xətti müqaviləsinə (bundan sonra “1-ci Kredit xətti müqaviləsi”) əsasən sonuncuya 12 ay müddətində, kredit xəttindən istifadəyə görə illik 17 % ödənilməsişərtilə 50000 (əllimin) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. 1-ci Kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 0095/Z nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində 1035/K №-li kredit xətti müqaviləsi (bundan sonra “2-ci Kredit xətti müqaviləsi”) bağlanmışdır. 2-ci Kredit xətti müqaviləsinə əsasən borc alana 12 ay müddətində, kredit xəttindən istifadəyə görə illik 17 % ödənilməsişərtilə 35000 (otuz beş min) manat məbləğində bərpa olunan kredit xəttiaçılmışdır. 2-ci Kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 1035/Z nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin müddəalarına əsasən borc alan Kredit xətti müqavilələri üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Bankın həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini zamindən tələb etmək hüququ vardır. xx.xx.2022-ci il tarixlimaliyyə arayışlarına əsasən,Cavabdeh2 1-ci Kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş 50000 AZN əsas, 11923.61 AZN faiz və 6351.39 AZN cərimə faiz borcu; 2-ci Kredit xətti müqaviləsi üzrə isə 35000 AZN əsas, 6825.97 AZN faiz və 4445.97 AZN cərimə faiz borcu qalmışdır. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsinə, o cümlədən Bank tərəfindən cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər üzərlərinə düşən öhdəlikləri icra etməmişlər. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 0095/K nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 50000 manat əsas borcun, 661 manat 12 qəpik müqavilə müddətində hesablanmış faiz borcunun, 3340 manat 28 qəpik müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun və 8901 manat 39 qəpik cərimə faizi borcunun, xx.xx.2021-ci il tarixli 1035/K nömrəli kredit xətti müqaviləsi üzrə isə ödənilməmiş 35000 manat əsas borcun, 462 manat 78 qəpik müqavilə müddətində hesablanmış faiz borcunun, 2114 manat 58 qəpik müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun və 6230 manat 97 qəpik cərimə faizi borcunun, ümumilikdə 106711 manat 13 qəpik kredit borcunun, habelə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 404 manat 55 qəpik məbləğində dövlət rüsumunun və 61 qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mövcud sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddia məhkəməyə verildikdən sonra borcdan ödəniş olmamışdır.Sonuncu dəfə təqdim olunan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə iddianı müdafiə edirlər. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli 0095/K №-li kredit xətti müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-yə dövriyyə vəsaitlərinin alınması məqsədi ilə illik 17 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 12 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixində 1035/K nömrəli kredit xətti müqaviləsindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-yə dövriyyə vəsaitlərinin alınması məqsədi ilə illik 17 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 12 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli 0095/K nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 50000 manat əsas borcun, 661 manat 12 qəpik müqavilə müddətində hesablanmış faiz borcunun, 3340 manat 28 qəpik müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun və 8901 manat 39 qəpik cərimə faizi borcunun, xx.xx.2021-ci il tarixli 1035/K nömrəli Kredit xətti müqaviləsi üzrə isə ödənilməmiş 35000 manat əsas borcun, 462 manat 78 qəpik müqavilə müddətində hesablanmış faiz borcunun, 2114 manat 58 qəpik müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun və 6230 manat 97 qəpik cərimə faizi borcunun, ümumilikdə 106711 manat 13 qəpik kredit borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 MMC iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli 0095/Z nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixində 1035/Z nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştriak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh2 MMC-nin nümayəndəsi və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Azərbaycan Beynəlxalq Bankı » Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 405 manat 16 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0095/K saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borc, 661 manat 12 qəpik müqavilə müddətinə faiz borcu, 3340 manat 28 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 55001 manat 40 qəpik məbləğində borc və xx.xx.2021-ci il tarixli 1035/K saylı kredit müqaviləsi üzrə 35000 manat əsas borc, 462 manat 78 qəpik müqavilə müddətinə faiz borcu, 2114 manat 58 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 600 manat cərimə borcu, cəmi 38177 manat 36 qəpik məbləğində borc olmaqla, ümumilikdə 93178 manat 76 qəpik məbləğində borc, 400 manat mediasiya xərci və 405 manat 16 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 0095/K saylı kredit müqaviləsi üzrə 1000 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 1035/K saylı kredit müqaviləsi üzrə 600 manat cərimə borcu məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0095/K saylı kredit müqaviləsi üzrə 50000 manat əsas borc, 661 manat 12 qəpik müqavilə müddətinə faiz borcu, 3340 manat 28 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 55001 manat 40 qəpik məbləğində borc və xx.xx.2021-ci il tarixli 1035/K saylı kredit müqaviləsi üzrə 35000 manat əsas borc, 462 manat 78 qəpik müqavilə müddətinə faiz borcu, 2114 manat 58 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 600 manat cərimə borcu, cəmi 38177 manat 36 qəpik məbləğində borc olmaqla, ümumilikdə 93178 manat 76 qəpik məbləğində borc, 400 manat mediasiya xərci və 405 manat 16 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar