Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-68/2023 09.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC “Xalq Bankın nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC “Xalq Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC “Xalq Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2012-ci il tarixli 032002/0242/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 95.6 kv.m ümumi, 56 kv.m yaşayış, 39.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 25 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06 sentyabr 2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8 % dərəcəsi ilə hesablanmış 11748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12770,10 manat məbləğində penya üzrə borcu, cəmi 24518,60 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 163,56 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli **********12 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 % ödənilməsi şərtilə 64 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh3 arasında sonuncuya məxsus Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 95.6 kv.m ümumi, 56 kv.m yaşayış, 39.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 25 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0242/12/09 №-li ipoteka müqaviləsi, Cavabdeh2 arasında sonuncuya məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96.44 kv.m ümumi, 60.39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0244/12/09 №-li ipoteka müqaviləsi, X4 arasında sonuncuya məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30.68 kv.m yaşayış, 12.61 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29 kv.m təşkil edən 2 otaqlı 84 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0243/12/09 №-li ipoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün Bank tərəfindən 11748,49 manat məbləğində əldən çıxmış fayda formasında zərər hesablanmışdır. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, bank tərəfindən daşınmaz əmlakın girovu ilə istehlak məqsədləri üçün verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 13,8 % təşkil edir. Qeyd olunana əsasən xx.xx.2019-cu il tarixdən əsas borc məbləğinin ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün müvafiq məbləğ 11748,49 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən cərimə və əldən cıxmış fayda qismində faizləri nəzərə alaraq Bankın xx.xx.2022-ci il tarixinə tələblərinin ümumi məbləği 24518,60 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, banka olan borc tam olaraq ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: 06 sentyabr 2012-ci il tarixli **********12 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı ASC "xxxx" Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 % ödənilməsi şərtilə 64 000 manat məbləğində kredit verilmişdir. 06 sentyabr 2012-ci il tarixli, 032002/0244/12/09 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli 04581 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 11 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 məxsus Bərdə şəhəri, Ş.İsmayılov küçəsi 25 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən ekspert rəyində 30598,14 manat əsas borca görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə illik 13,8 faiz ilə ödənilməli olan borc 11459,51 manat, 30598,14 manat əsas borca görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr üzrə illik 5 faiz ilə ödənilməli olan borc 4152 manat məbləğində müəyyən edilmişdir. İş üzrə təyin edilmiş təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh3 mülkiyyətindəki Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 25 nömrəli fərdi-yaşayış evinin bazar dəyəri 52 000 manat, likvid dəyəri isə 45 000 manat müəyyən edilmişdir. Lakin ekspert təqdiqatının dəyəri rəyə əlavə edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 06 sentyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə 30.598,14 manat əsas, 7502,52 manat faiz borcu, əldən çıxmış faydanın əvəzi 2820,13 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ASC "xxxx" Bankına ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96,44 kv.m ümumi, 60,39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzilə və cavabdeh X4 arasında X3 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30,68 kv.m. yaşayış, 12.61 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsiu 43.29 kv.m. təşkil edən 2 otaqlı, 84 nömrəli mənzilə yönəldilməklə həmin evlərin açıq hərracda satılması, Cavabdeh2 məxsus olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.600 manat dəyərində, X3 məxsus ev 26.400 manat dəyərində qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onların satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxdıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 06 sentyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına olan borcuna ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa, qalan hissəsinin payların nisbətində Cavabdeh2 və X3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh X5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-314/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsinin 7502.20 manat məbləğində faiz borcunun Cavabdeh2 tutulub, ASC "xxxx" Bankına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxararaq, Cavabdeh2 tutularaq ASC "xxxx" Bankına ödənilməli olan faizlər üzrə yaranan kredit borcu 3594,20 manat məbləğində müəyyən edilməsi, qətnamənin iddianın təmin edilməmiş dəbbə pulu tələbi hissəsində ləğv edilməsi, həmin hissədə irəli sürülən iddia qismən təmin edilməsi, 3005 (üç min beş) manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutularaq ASC "xxxx" Bankının hesabına ödənilməsi, qətnamənin Cavabdeh2 ASC "xxxx" Bankına olan cəmi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, 30598,14 manat məbləğində əsas kredit borcunun, 3594,20 manat məbləğində faizlər üzrə yaranan kredit borcu, 2820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq, ASC "xxxx" Bankın hesabına ödənilməsi, qətnamənin ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 44, 58 nömrəli mənzilin orta bazar qiymətinin 45600 manat və X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiymətinin 26400 manat məbləğlərində müəyyən edilmiş hissələrində dəyişdirilməsi, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 44, 58 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 54000 manat, X3 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 30, 84 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 31000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir Qətnamədən "xxxx" ASC-nin kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1128/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından göründüyü kimi ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında 06 sentyabr 2012-ci il tarixdə 48 ay müddətinə kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti 06 sentyabr 2016-cı il tarixdə bitmişdir. Həmin öhdəliyinin təminatı kimi üç yaşayış evi (mənzil) ipoteka ilə yüklü edilmişdir. İddiaçı bu iddiadan əvvəlki iddiasında borcun tutulmasını və tutmanın ipoteka predmeti olan Mingəçevir şəhərində yerləşən iki mənzilə yönəldilməsini tələb etmişdir. İddia təmin olunmuşdur. Məhkəmə qətnaməsi ilə ödənilməli olan 30598,14 əsas borc, 3594.20 faiz borcu, 2820.13 manat əldən çıxmış faydanın əvəzi, 3005 manat cərimə, ümumilikdə 40017.47 manat məhkəmə qətnaməsinin icrası mərhələsində qətnamədə göstərilən pul məbləği tam ödənilmişdir. Əsas öhdəlik icra edildiyindən həmin mənzillər hərraca çıxarılmamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixədək olan əsas borcu, faiz borcunu, əldən çıxmış faydanın əvəzini və cəriməni məhkəmə qaydasında tələb etmiş və bununla bağlı qətnamə çıxarılmış və icra edilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsindən göründüyü kimi həmin tələbə Bərdə Rayon Məhkəməsində baxılarkən iddiaçı prossesual hüququndan istifadə edərək iddia tələbinin həcminin bir neçə artırılması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsində icraat 07 noyabr 2019-cu il tarixdə qətnamə çıxarılmaqla başa çatmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair son ərizənin verdiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq qətnamədə göstərilən pul məbləği tam ödənildiyi və bununla da qətnamənin icra olunduğu xx.xx.2022ci il tarixədək olan dövrə aid faiz, əldən çıxmış fayda və cərimə hesablayaraq cəmi 24518.60 manat borc müəyyən etmişdir. Əvvəlki tələbindən fərqli olaraq iddiaçı hazırkı tələbdə pul tələb etmir. Onun ipoteka predmeti olan Bərdə şəhərində yerləşən yaşayış evinə yönəldildilməsini və həmin əmlakın açıq hərracda satılmasını tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin Məcəllənin 319.1ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı məhkəmədə iddia tələbini irəli sürdüyü xx.xx.2019-cu il tarixdən həmin iş üzrə qətnamənin icra olunduğu xx.xx.2022-ci il tarixə qədər olan müddəti öhdəliyin borclu tərəfindən gecikdirilmiş dövrü sayır. İddia tələbinin əsaslandırılmasından belə görünür ki, ərizənin məhkəməyə təqdim edildiyi gündən sonra cavabdeh ərizədə göstərilən tələbi dərhal yerinə yetirmiş olsa idi hazırkı tələb də yaranmazdı. Məhkəmə bununla qeyd edir ki, iddiaçının gecikdirimiş hesab etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan zaman kəsiyində olan prosseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsindən həm "xxxx" ASC, həm də cavabdeh tərəf prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən isə "xxxx" ASC kassasiya şikayəti vermişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2022-ci il tarixdə baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmır. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göründüyü kimi şəxs, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır. Şəxsin kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunmasının məqamı isə, girov əmlakı təhvil verildiyi vaxt ilə deyil, borc və faizlərin girov əmlaka yönəldiyi an ilə müəyyən edilmişdir. Əmlaka tutma isə Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə yönəlmişdir. Həmin qətnamə əmlakın qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə münasibətlərə xitam verildiyindən, əsas öhdəliyin xitamı ipoteka müqaviləsinin də xitamına səbəb olduğundan, həmçinin iddiaçının tələbi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin ödənilməsindən boyun qaçırıması və onun gecikdirilməsi halları olmadığından tələb əsaslı sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. İş üzrə 72 manat ekspertiza xərci iddiaçı ASC "xxxx" Bankdan, 73 manat ekspertiza xərci isə Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944, SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Ödənilmiş 163,56 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-68/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-68/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver