Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-68/2025 19.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin hüquqi varisi X17 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Talıbova Sudavər Namaz qızından 1 707 323, 26 manat pul vəsaitinin, ödənilmiş dövlət rüsumu məbləğini təşkil edən 1 644 manatın tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırılması məqsədilə "xxxx" (Azərbaycan) ASC ilə 21 sentyabr 2012-ci il tarixli, 107536-1-3807/1 saylı kredit müqaviləsi əsasında 635000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin kreditin təminatı kimi X23 və Şahid1 zaminlik müqavilələri imzalanmış, həmçinin cavabdeh Talıbova Sudavər Namaz qızının mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi və sonuncunun əri Sadıq Talıbovun mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borcun qaytarılmasında problemlər yaranmış və Bank tərəfindən İddiaçı, zaminlərə və ipoteka qoyanlara qarşı borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilərək, İddiaçı, Talıbova Sudavər Namaz qızından, X9 və Şahid1 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dollar cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)- 2779/17 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə icraya yönəldilmiş, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin və təkrar hərraca çıxarmış, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 828131,11 manata tələbkar bank tərəfindən əldə edilmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi qəbul olunduqdan sonra İddiaçı 2016-cı ilin may ayında parniki (istixananı) hazırkı iş üzrə cavabdehin (X15) mülkiyyətinə vermiş, sonuncu 2021-ci ilin iyul ayına kimi həmin parnikdən istifadə edərək, tərəvəz məhsulları yetişdirmiş və külli miqdar gəlir əldə etmişdir. X2 verməkdə onun məqsədi, sonuncunun həmin istixananın inşası üçün bankdan götürdüyü kreditin təminatı kimi Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olmuşdur. İddia ərizəsinə əlavə edilən sənədlər də bunu təsdiq edir. X16 parnikin (istixananın) onun mülkiyyətinə verilməsini xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “İltizam” adlı sənəddə də bunu təsdiq etmişdir: “X52 Namaz qızı İddiaçı məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram. İltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.” Göründüyü kimi, X16 hələ xx.xx.2016-cı ildə istixananın onun mülkiyyətində olmasını (sərəncam vermək hüququnun olduğunu) təsdiq etmişdir. Talıbova Sudavər Namaz qızı istixananın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə torpağın mülkiyyətçisi Şahid1 tərəfindən ona qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldırılaraq icarə müqaviləsinin ləğv olunması və s. barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi. Şəmkir rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(076)-486/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(104)-2224/2021 saylı qətnaməsi ilə Şahid1 apellyasiya şikayəti təmin edilərək, iddiaçı Şahid1 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilmiş, Cavabdeh Talıbova Sudavər Namaz qızı iddiaçı Şahid1 məxsus Şəmkir rayonu, Qaralar kəndində yerləşən 2.0 ha torpaq sahəsindən çıxarılmışdır. Həmin qətnamədən Talıbova Sudavər Namaz qızı tərəfindən kassasiya şikayəti verilməmiş qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən mülki işə baxılan zaman Talıbova Sudavər Namaz qızı tərəfindən istixananın dəyərinin torpağı icarəyə verəndən (Şahid1) tələb edilməsi, yaxud başqa yerə köçürülməsi ilə bağlı hər hansı qarşılıqlı tələb irəli sürülməmiş, bu istiqamətdə hər hansı hüquqi addım atılmamışdır. Talıbova Sudavər Namaz qızı mülkiyyətində olan istixananın yerləşdiyi torpaq sahəsinin icarə haqqını və istifadə etdiyi təbii qazın pulunu ödəmədiyi üçün Şahid1 tərəfindən ona qarşı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırılmışdı. Belə ki, istixananın quraşdırıldığı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinə Talıbova Sudavər Namaz qızı torpağın icarəçisi kimi öz təsərrüfatında istifadə etdiyi təbi qazın dəyərini Şahid1 ödəməyi öhdəsinə götürmüşdü. “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısına dair müqavilə Şahid1 ilə bağlandığından həm ona məxsus, həm də Talıbova Sudavər Namaz qızına icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə olunan təbii qaz sərfiyyatına görə yaranmış borc Şahid1 tələb edilmişdir. Talıbova Sudavər Namaz qızı isə ona məxsus istixanada sərf edilən təbii qazın dəyərini ödəməmişdir. Bundan əlavə Talıbova Sudavər Namaz qızı mülkiyyətində olan istixananın yerləşdiyi torpaq sahəsinin 24 aylıq icarə haqqını təşkil edən 7200 manatı (hər ay üçün 300 manat) ödəməmişdi. Həmin iş materiallarında olan Talıbova Sudavər Namaz qızının 10 oktyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkibbecərir. Həmin məhsulların becərilməsi üçün o, Şahid1 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X33 Mehdiyevin adına yaranmış 89 637.7 manat borcun 78 655 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.” Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2-2(115)-16/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Talıbova Sudavər Namaz qızından icarə haqqı olaraq 7200 manatın tutularaq, Şahid1 ödənilməsi, iddianın qalan hissəsinin (təbii qaza görə 78 655 manatı ödəmək barədə öhdəlik götürməsi nəzərə alınmaqla) təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 mart 2023-cü il tarixli, 2-2(104)-28/2023 saylı qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2- 2(115)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən həmin məhkəmə qətnamələrindən və sənədlərdən də göründüyü kimi, İddiaçı bankdan aldığı kredit hesabına quraşdırılmış istixana xx.xx.2016-cı ildən Talıbova Sudavər Namaz qızının mülkiyyətinə verilmişdir, 6 ilə yaxın müddət ərzində həmin istixanadan istifadə edərək, gəlir əldə etmişdir. Talıbova Sudavər Namaz qızının İddiaçı və qeyrilərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə aktları Talıbova Sudavər Namaz qızı cavabdehlər X23, İddiaçı və Şahid1 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, maddi ziyan olaraq ******* (bir milyon üç yüz min) manat, mənəvi ziyan olaraq 100000 (yüz min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər İddiaçı, X23 və Şahid1 müştərək qaydada tutularaq X19 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 204/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-138/2023 saylı qətnaməsi ilə Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş; cavabdeh İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2674/2023 saylı qərarı ilə qərara alınmışdır ki, İddiaçı Talıbova Sudavər Namaz qızının kassasiya şikayəti qismən təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və qətnamə ona aid hissədə dəyişdirilmədən saxlansın. Göründüyü kimi, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş “İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilsin” hissəsində qanuni qüvvəyə minmişdir. Qeyd etmək lazımdır ki, Talıbova Sudavər Namaz qızı ilə İddiaçı arasında sonuncunun götürdüyü kredit üzrə ipoteka təminatı verilməsindən başqa əvvəllər hər hansı digər mülki münasibətlər olmamışdır və istixananın X15 mülkiyyətinə verilməsi və sonuncunun uzun müddət ərzində həmin istixananın fəaliyyətindən gəlir əldə etməsi də yalnız onun ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı ona ödənilən kompensasiya xarakteri daşımışdır. Bununla da X25 tərəfindən ona qarşı hər hansı tələb irəli sürülməyəcəyinə söykənən hüquqi gözləntisi olmuşdur. X7 istixanadan əldə etdiyi külli miqdar gəlirləri nəzərə almadan İddiaçı qarşı iddia qaldıraraq, ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında İddiaçı tələb etmiş, bu mübahisə üzrə məhkəmə işi İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pulun tutularaq Talıbova Sudavər Namaz qızına ödənilməsini qərara almış Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarı ilə yekunlaşmışdır. Şərh edilənlərdən də göründüyü kimi, tərəflərin münasibətində Mülki Məcəllənin 1091-1093-cü maddələrində nəzərdə tutulmuş hal yaranmış və bu hal Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarının qəbul edilməsindən sonra öz təsdiqini tapmışdır. Bu səbəbdən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik müddət xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.. "xxxx" MMC-nin tərtib etdiyi 2 oktyabr 2023-cü il tarixli, ƏEM/O 08-887/23 saylı qiymətləndirmə Hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan ünvan 2i ünvanda yerləşən istixananın 2016- 2020-ci illər tarixinə xalis mənfəəti 1 707 323, 26 (bir milyon yeddi yüz yeddi min üç yüz iyirmi üç manat 26 qəp) manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli e-2-2(115)-68/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinin icraatı xx.xx.2024-cü il tarixdə ölmüş Talıbova Sudavər Namaz qızının hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 638 nömrəli məktubu təqdim olunmuş, həmin məktubdan görünmüşdür ki, 25 dekabr 2024-cü il tarixdə vəfat etmiş Talıbova Sudavər Namaz qızının vərəsələri qızları X28 və X20 müəyyən olunmuşdur. Eyni zamanda mərhumun digər övladları X34 və X35 miras əmlakdan X17 xeyrinə imtina etmələri barədə notariusa ərizə təqdim etmişlər. Gəncə Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli e-2-2(115)-68/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı pul tələbinə dair iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, ilk dəfə torpaq Şahid1 adına idi, sonra onunun adına olmuşdur. 2016-cı ildən etibarən etibarnamə ilə Sudavər adlı şəxsin adına keçmişdir. 2016-2019-cu illərdə onların istifadəsində olub. Sonra məhkəmə qərarı ilə parniki onlardan alıb, Azər adlı şəxsə vermişlər. Onlar hər mövsümdə 380 000 ABŞ dolları məbləğində pul götürmüşlər. Təxminən 6-7 il oradan istifadə etdikdən sonra demişlər ki, guya Sudavər adlı şəxs sənədləri imzalayanda anlaqsız vəziyyətdə olub. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həmin dəlillərin heç biri iddianın əsaslı olmasını şübhə altına ala bilməz; digər tərəfdən, cavabdehin nümayəndəsi iş materiallarında olan təkzibedilməz sübutlara dair də hər hansı münasibət bildirmək iqtidarında olmadığını nümayiş etdirir. Belə ki, X16 parnikin (istixananın) onun mülkiyyətinə verilməsini xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “İltizam” adlı sənəddə də təsdiq etmişdir: “X52 Namaz qızı İddiaçı məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsa ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazırdır. İltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm.” Göründüyü kimi, X16 hələ xx.xx.2016-cı ildə istixananın onun mülkiyyətində olmasını (sərəncam vermək hüququnun olduğunu) təsdiq etmişdir. Cavabdeh bildirir ki, “İcra sənədi xx.xx.2016 tarixdən Gəncə İcra Şöbəsinin icraatında idi.” Göründüyü kimi, hələ icra sənədinin verilməsindən əvvəl, yəni, xx.xx.2016-cı ildə İddiaçı istixananı X6 mülkiyyətinə vermişdi və sonuncu tərəfindən fasiləsiz olaraq istifadə edilərək gəlir əldə edilirdi. İş materiallarında olan məhkəmə qətnamələrindən də görünür ki, X16 torpaq sahəsindən və istixanadan davamlı surətdə istifadə etmiş, tərəf olduğu məhkəmə mübahisəsi üzrə 10 oktyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq etmişdir ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, Şahid1 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X33 Mehdiyevin adına yaranmış 89 637.7 manat borcun 78 655 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.” Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin tərtib etdiyi 2 oktyabr 2023-cü il tarixli, ƏEM/O 08-887/23 saylı qiymətləndirmə Hesabatı ilə istixananın X6 mülkiyyətində olduğu dövr üzrə əldə edilən gəlir məbləği müəyyən edilmişdir. Cavabdeh tərəf Hesabatda müəyyən edilən məbləğin daha az olmasını təsdiq edə biləcək hər hansı digər rəy, hesabat, yaxud X16 tərəfindən hansı miqdarda gəlir əldə etməsi barədə sübut təqdim etmədən deklarativ tərzdə onu şübhə altına almağa çalışır və İddiaçıdan əlavə sübutlar təqdim edilməli olduğunu iddia edir. İddiaçının “Rizvanla şifahi müqavilə münasibəti olub, bu halda əsassız varlanma iddiası ilə necə çıxış etmək olar” kimi absurd dəlilə münasibətdə isə qeyd etmək lazımdır ki, Cavabdeh X1 oğlu olması faktını qeyd etmədən onun kənar bir şəxs olması təəssüratını yaratmağa cəhd edir. Halbuki, yaranmış münasibətlərdə X6 oğlu Rizvan ilə müəyyən məsələlərin müzakirə edilməsi, X10 mülki münasibət subyekti kimi sıradan çıxarmır və ya başqası ilə əvəz etmir. İddiaçının məhkəmə iclasında parnikin “kredit borcunun bağlanması” məqsədi ilə, iddia ərizəsində isə “kompensasiya kimi verilməsi” ifadələrinin “ziddiyyətli” ifadə kimi təqdim ediləsi cəhdi də əsassızdır. Məlumdur ki, istixananın 2016-cı ildən başlayaraq 6 il ərzində X6 mülkiyyətində olması faktı özü də həmin mülkiyyətin verilməsi təyinatını təsdiq edir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, icra sənədi xx.xx.2016 tarixdən Gəncə İcra Şöbəsinin icraatında idi. Cavabdeh daha sonra bildirir ki, “X42 tərəfindən iddiaçı tərəfə qaytarıldıqdan sonra onun icarəyə götürülməsi, icarədə olması hər hansı əsassız varlanmanı istisna edir.” Cavabdehin bu dəlili də tamamilə əsassız olmaqla iddia tələbinə etiraz xarakterli dəlil kimi qəbul edilə bilməz. Belə ki, iddia tələbi parnikin Sudavər Talıbovanın mülkiyyətində olduğu dövrü əhatə edir və ondan sonrakı dövrə heç bir əlaqəsi yoxdur. Cavabdehin hazırkı iş üzrə iddianın təmin edilməsinin İddiaçı 828.131.11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsini qət edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-138/2023 saylı qətnaməsi ilə ziddiyyət təşkil edəcəyi barədə dəlili də hər hansı prosessual norma ilə əsaslandırılmamışdır və əsaslandırılması da mümkün deyildi. Belə ki, həmin məhkəmə qətnaməsi ilə həll olunmuş mübahisənin predmeti hazırkı işdə baxılan mübahisənin predmeti ilə eyni deyil. Cavabdeh bildirir ki, “Ehtimal edək ki, parnik Sudavər xanıma verilmişdi ki, kredit ödənilsin, əmlak qalsın Sudavər xanıma. Ödəyə bilmədi və parniki qaytardı. Başqa borcu qalmadı axı”. Halbuki, Talıbova Sudavər Namaz qızı ilə İddiaçı arasında sonuncunun götürdüyü kredit üzrə ipoteka təminatı verilməsindən başqa əvvəllər hər hansı digər mülki münasibətlər olmamışdır. X22 Namaz qızının mülkiyyətinə verilməsi isə onun istixananın fəaliyyətindən gəlir əldə etməklə ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı itkilərini kompensasiya xarakteri daşımışdır. İş materiallarına əlavə edilmiş hesabatla da müəyyən olunmuşdur ki, istixananın onun mülkiyyətində olduğu dövr ərzində məruz qaldığı itkilərdən xeyli artıq gəlir əldə etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Etiraz”-da qeyd edilən dəlillər iddianın əsaslı olmasını şübhə altına ala bilməz, iş materiallarında olan sübutlarla tam təkzib edilir. Cavabdehin hüquqi varisi X17 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı izahat vermişdir ki, “torpaq sahəsi Sudavər Talıbovaya verilməzdən əvvəl 1 il 6 ay müddətində onda olmuş, lakin gəlir əldə etməmişdir. Çünki həmin ili Rusiya ilə yollar bağlanmış və mal göndərə bilməmişdir. Ona görə də gəliri olmamışdır. İddiaçının malları Azərbaycanda da satmaq imkanı var idi, malları Rusiyaya göndərmək şərt deyildi. 1il 6 ay müddət ərzində iddiaçı özü parnikdən bəhər götürə bilməyibsə, cavabdehin necə ittiham etmək olar ki, guya o bəhər götürüb? İddiaçı özü bəhər götürübsə bu haqda sənədləri məhkəməyə verərdi və ya bununla bağlı məhkəmə sorğusunun verilməsinə razı olardı, həmin iclasda sorğu verməyə etiraz etdi ki, zatən gəliri olmayıb. Qaz borcuna gəldikdə isə qeyd etmişdir ki, imkanı çox idi. Çox idisə, niyə kredit ödənilmirdi? Deməli iddiaçı tərəfindən sui-istifadə olub. İddiaçı danışıqları Rizvanla apardığını bildirir, hazırkı cavadehin bu danışığa münasibəti öyrənmişdimi? Axı bu məhkəmə işində cavabdeh Rizvan yox, Sudavər Talıbovadır. Hazırkı işdə əsassız varlanma əlamətləri yoxdur, çünki parnik cavabdehin qanunsuz sahibliyində olmayıb, mülkiyyətində olub. xx.xx.2025 tarixli iclasda iddiaçı iddia ərizəsindən fərqli izahat verdi ki, parniki vermişdim kredit borcu bağlansın, bağlanmadı deyə geri aldım. İddia ərizəsində yazır ki, kompensasiya şəklində vermişdim. 8)İddiada nə yazılmasından, məhkəmədə hansı izahat verilməsindən asılı olmayaraq, ortada fakt var bankdan kredit götürülüb, həmin kreditlə parnik qurulub, həmin parnik hazırkı iddiaçıdadı, lakin kredit borcuna görə cavabdehin əmlaklarını bank alıb, iddiaçı isə zərər görmədən, əmlakı özündə saxlamaqdadır. Məhrum olan yalnız – Sudavər Talıbovadır. Bəhrələnən, həmin kreditlə özünə parnik tikən – hazırkı iddiaçıdır. Bankın borcun tutulması haqda qətnaməsindən belə ididiaçı apelyasiya şikayəti verməyib. X42 tərəfindən iddiaçı tərəfə qaytarıldıqdan sonra onun icarəyə götürülməsi, icarədə olması hər hansı əsassız varlanmanı istisna edir. Həmin icarə müqaviləsi etibarsız sayılmayıb, qüvvədə olub. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-138/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 828.131.11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmişdir. Bu qətnamə və Ali Məhkəmə qərarından iddiaçı konstitusiya məhkəməsinə qədər şikayət verib, lakin icraata qəbul edilməyib. İddiaçı həmin işdə hazırkı dəlilləri heç vaxt səsləndirməyib. Məhkəmə həmin işə baxarkən müəyyən edib ki, İddiaçı hüququnu pozması səbəbindən Sudavər Talıbova zərərə düşüb. Məhkəmə həmin işə baxarkən hazırkı işdə olan məqamları nəzərə alıb, qətnamə çıxarıb. Həmin dəlillərlə bağlı başqa iddia qaldırmaq yolverilməzdir. Hazırkı iddiaçı həmin işə baxılarkən sübut etməli idi ki, o Sudavər Talıbovanı ziyana salmamış, Sudavər Talıbova onu ziyana salmışdır. Bu baxımdan hazırkı iddia əsassızdır. Bu iddia təmin edilsə, bir münasibət üzrə 2 biri-birinə zidd məhkəmə qərarı olacaq. Ehtimal edək ki, parnik Sudavər xanıma verilmişdi ki, kredit ödənilsin, əmlak qalsın Sudavər xanıma. Ödəyə bilmədi və parniki qaytardı. Başqa borcu qalmadı axı. Diqqətdən yayındırılan başqa bir məqam da var, torpaq sahəsi Sudavər Talıbovanın adına xx.xx.2017-ci il tarixdə keçirilib. Həmin tarixdə artıq kredit borcu əmlaka yənəldilmişdi və Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)-2779/17 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. İcra sənədi xx.xx.2016-cı il tarixdən Gəncə İcra Şöbəsinin icraatında idi. İcra sənədinin 2 ilə yaxın idi ki, icraatda olduğu, qətnamənin qanuni qüvvəsini aldığı mərhələdə hansı borcun ödənilməsindən söhbət gedə bilər, borc artıq tutulmuş, əmlaka yönəldilmişdi. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirəm. Məhkəmənin 17 dekabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X51 vətəndaşı olduğu üçün onun bütün əmlakı Sudavər adlı şəxsin adınadır. İddiaçı, Talıbov Rizvan və Şahid1 istixana qurmağı planlaşdırırlar. Buna görə Rizvan Anarın adına kredit götürür. Eyni zamanda anası və atasının adına olan qeyriyaşayış sahələri ipoteka müqaviləsinə əsasən həmin kreditin təminatı kimi ipotekaya qoyulur. Şəriklərin Hər biri müəyyən məbləğdə pul vəsaiti ayırıb istixananı tikmişlər. Təxminən 1 milyon 400 min manat məbləğində pul xərcləmişlər. Lakin işlər başa çatmamışdır. Bankdakı pulunu vermişdir ki, işlər başa çatsın. Şəriklər arasında problem oldu deyə, onun da pulu batmışdır. 2-3 il keçdikdən sonra Rizvanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunaraq Forma imzalamışlar və buna əsasən, Rizvan istixanadan 2 il ərzində istifadə edərək gəlir götürəcək və kredit borclarını bağlayacaqdır. Lakin Rizvan həmin razılaşmaya əməl etməmiş və banka olan borcu bağlamamışdır. Bundan sonra isə İddiaçı Talıbov Rizvan barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş və tərəflər arasında xx.xx.2019-cu il tarixli razılaşma protokolu imzalanmışdır. Talıbov Rizvan yenə razılaşmaya əməl etməmiş və torpaq sahəsini geri qaytarmamışdır. Məhkəmənin 17 noyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, cavabdeh onun həm qohumu, həm də qonşusudur. Anarı işlə əlaqədar tanımışam. Talıbov Rizvan ona birlikdə iş görməyi və şərik olmağı təklif edib. Anarın şərik olduğunu bilmirdim. Kredit götürmək istəmirdim, lakin mənə sənədi imzalatdıranda oxumadım. 2016-cı ilə kimi istilikxanadan Anar istifadə etdi. 2014-cü ildən 2016-cı ilə kimi torpaq sahəsi Anarın adına idi. 2016-cı ildən Rizvanın istifadəsinə verildi. 2016-cı ildə Rizvanın şikayəti əsasında onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırdılar. 2019-cu ilə kimi torpaq sahəsindən Rizvan istifadə etdi. 2019-cu ildə onu görəndə pulu ödəməyini istəmiş, lakin Rizvan ona bildirmişdir ki, heç kimə borcu yoxdur. Mübahisəmiz oldu. 1 il vaxt verdik ki, borcu ödəsin. 1 ildən sonra dedi ki, istixanada oğurluq olub. Daha sonra dəfələrlə məhkəmə prosesində olmuşuq. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qərarları, daşınmaz əmlakın mülkiyyət sənədləri, daşınmaz əmlakın alğı-satqı müqavilələri, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2-2(115)-16/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Talıbova Sudavər Namaz qızından icarə haqqı olaraq 7200 manatın tutularaq, Şahid1 ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 mart 2023-cü il tarixli, 2-2(104)-28/2023 saylı qətnaməsi ilə iddiaçı Şahid1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2-2(115)-16/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdeh Talıbova Sudavər Namaz qızından alınıb iddiaçı Şahid1 verilməsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-2(102)-422/2023 saylı qərarı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 mart 2023-cü il tarixli, 2-2(104)-28/2023 nömrəli qətnaməsinin “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-2(104)-27/2024 saylı qətnaməsi ilə iddiaçı Şahid1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2-2(115)-16/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbimim təmin edilməsi, cavabdeh Talıbova Sudavər Namaz qızından istifadə etdiyi təbii qazın dəyərini təşkil edən 155.400,40 (bir yüz əlli beş min dörd yüz manat qırx qəpik) manat pulun alınaraq iddiaçı Şahid1 ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(076)-486/2021 saylı qətnaməsi ilə iddiaçı Şahid1 Talıbova Sudavər Namaz qızına qarşı icarə müqaviləsinə xitam verilməsi və s. tələbinə dair iddiası rədd olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(104)-2224/2021 saylı qətnaməsi ilə Şahid1 apellyasiya şikayəti təmin edilərək, iddiaçı Şahid1 ilə Talıbova Sudavər Namaz qızı arasında bağlanmış 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh Talıbova Sudavər Namaz qızının iddiaçı Şahid1 məxsus Şəmkir rayonu, Qaralar kəndində yerləşən 2.0 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(104)-2224/2021 nömrəli icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(005)- 204/2021 saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızınına cavabdehlər X23, İddiaçı və Şahid1 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-138/2023 saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarı ilə iddiaçı Talıbova Sudavər Namaz qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2025-ci il tarixli, 2(103)- 89/2025 saylı qətnaməsi ilə iddiaçı Talıbova Sudavər Namaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetində qalan-iddianın cavabdehlər X23 və Şahid1 qarşı təmin edilməyən hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmişdir. Cavabdehlər X12 hüquqi varisi X21 və Şahid1 müştərək qaydada 617348,33 manat pul iddiaçı X15 hüquqi varisləri X28 və X11 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3412/2025 saylı qərarı ilə cavabdeh Şahid1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 89/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 17 dekabr 2014-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Şahid1 Şəmkir rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 4.7703 ha torpaq sahəsinin 2.77 ha hissəsini 5000 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan RX Seriyalı, ******* nömrəli, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 27 dekabr 2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05 may 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayon Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin torpaq sahəsi ilə bağlı bütün digər işlərin görülməsini Talıbova Sudavər Namaz qızına etibar etmişdir. İş materiallarında olan 27 may 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Şəmkir rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 5000 manata alıcı X4. Müqaviləni İddiaçı adından Talıbova Sudavər Namaz qızı imzalamışdır. İş materiallarında olan RX Seriyalı, ******* nömrəli, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 31 may 2016-cı il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X29 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 13 sentyabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4000 manata alıcı X3. İş materiallarında olan RX Seriyalı, ******* nömrəli, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 15 sentyabr 2017-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4500 manata alıcı Şahid1 satmışdır. İş materiallarında olan RX Seriyalı, ******* nömrəli, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 17 aprel 2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Şahid1 adına qeydiyyata alınmışdır. Talıbova Sudavər Namaz qızı tərəfindən səlahiyyətli orqanlara xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilməklə verdiyi “İltizam” adlı sənəddə qeyd olunur ki, “X52 Namaz qızı İddiaçı məxsus olan Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini satsam ancaq İddiaçı iştirakı ilə. Əks təqdirdə qanun qarşısında məsuliyyət daşımağa hazıram. İltizam mənim sözlərimlə komputerdə yazıldı və bunu imzamla təsdiq edirəm. "xxxx" MMC-nin tərtib etdiyi 2 oktyabr 2023-cü il tarixli, ƏEM/O 08-887/23 saylı qiymətləndirmə Hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan ünvan 2i ünvanda yerləşən istixananın 2016-2020-ci illər tarixinə xalis mənfəəti 1 707 323, 26 (bir milyon yeddi yüz yeddi min üç yüz iyirmi üç manat 26 qəp) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanılmış 21 sentyabr 2012-ci il tarixli, kredit müqaviləsinə əsasən İddiaçı 635000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi X23, Şahid1 və Talıbova Sudavər Namaz qızı ilə zaminlik müqavilələri bağlanılmış, həmçinin Talıbova Sudavər Namaz qızının mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi və sonuncunun əri Sadıq Talıbovun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı 28 noyabr 2014cü il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı,Talıbova Sudavər Namaz qızı, X26 və Şahid1 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın X13 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Talıbova Sudavər Namaz qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pul ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə sözügedən qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən Talıbova Sudavər Namaz qızına məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. İcra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokola əsasən borclu Talıbova Sudavər Namaz qızına məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi qəbul olunduqdan sonra 2016-cı ilin may ayında Şəmkir rayonu Qaralar kəndirdə yerləşən 2.77 ha torpaq sahəsini və onun üzərində inşa olunmuş istixana kompleksini hazırkı iş üzrə cavabdeh Talıbova Sudavər Namaz qızının mülkiyyətinə vermişdir. Talıbova Sudavər Namaz qızı 2021-ci ilin iyul ayına kimi həmin istixana kompleksindən istifadə edərək, tərəvəz məhsulları yetişdirmiş və külli miqdar gəlir əldə etmişdir. İstixana kompleksini Talıbova Sudavər Namaz qızına verməkdə onun məqsədi həmin istixananın inşası üçün bankdan götürdüyü kreditin təminatı kimi Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olmuşdur. Bununla da Talıbova Sudavər Namaz qızı tərəfindən ona qarşı hər hansı tələb irəli sürülməyəcəyinə söykənən hüquqi gözləntisi olmuşdur. X7 istixanadan əldə etdiyi külli miqdar gəlirləri nəzərə almadan İddiaçı qarşı iddia qaldıraraq, ipoteka qoyduğu əmlakdan məhrum olması ilə bağlı zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında İddiaçı tələb etmiş, bu mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(103)-138/2023 saylı qətnaməsi ilə İddiaçı 828131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pulun tutularaq Talıbova Sudavər Namaz qızına ödənilməsi qət edilmiş, Ali Məhkəmənin 05 iyul 2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin münasibətində Mülki Məcəllənin 1091-1093-cü maddələrində nəzərdə tutulmuş hal yaranmış və bu hal Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarının qəbul edilməsindən sonra öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı öz iddia tələbinin əsası kimi Mülki Məcəllənin 1091-1093-cü maddələrinə istinad etmiş və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiklərini ona qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. İş materiallarından göründüyü kimi istixana kompleksinin yerləşdiyi 2,77 ha torpaq sahəsi əvvəlcə Şahid1 adına olmuş, daha sonra Şahid1 həmin torpaq sahəsini 17 dekabr 2014-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən 5000 manata İddiaçı satmışdır. İddiaçı mülkiyyətində olan Şəmkir rayon Qaralar kəndində yerləşən 2.77 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və həmin torpaq sahəsi ilə bağlı bütün digər işlərin görülməsini Talıbova Sudavər Namaz qızına etibar etmişdir. 27 may 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Şəmkir rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 5000 manata alıcı X4. Müqaviləni İddiaçı adından Talıbova Sudavər Namaz qızı imzalamışdır. 13 sentyabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4000 manata alıcı X3. 10 aprel 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 rayon Qaralar kəndində yerləşən mülkiyyətində olan 2.77 ha torpaq sahəsini 4500 manata alıcı Şahid1 satmışdır. Həmin torpaq sahəsi 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Talıbova Sudavər Namaz qızına icarəyə verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan torpaq sahəsi qanuni əsaslarla Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş, o həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Hazırki halda isə əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün heç bir əsas yoxdur. İddiaçı öz iddia ərizəsində istixana kompleksini Talıbova Sudavər Namaz qızına verməkdə məqsədinin həmin istixananın inşası üçün bankdan götürdüyü kreditin təminatı kimi Talıbova Sudavər Namaz qızının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi və sonradan hərracdan satılması nəticəsində məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsi olduğunu bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandığı halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə cavabdehin hüquqi varisi X17 vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia əsassız olduğu üçün rədd edildiyindən cavabdehin hüquqi varisi X17 vəkili və nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı öz iddia ərizəsində ödədiyi dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi rədd edildiyindən, qanunvericiliyin tələbinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Talıbova Sudavər Namaz qızına qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-68/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-68/2025
19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver