Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-69/2023 15.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9304,95 manat, faiz borcuna görə 6175,54 manat olmaqla, cəmi 15480,49 manat məbləğində kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 200 manat məbləğində vəsaitin, həmçinin Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-261/2022 saylı qərardadına əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 450 manat qiymətləndirmə xərcinin, cəmi 681 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 27 000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə cəmi 15480,49 manat və 681 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsinə (tam) tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsinin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9304,95 manat, faiz borcuna görə 2818,06 manat, cərimə borcuna 0 manat, əsas borca hesablanmış əldən çıxmış fayda illik beş faizlə 569,21 manat olmaqla, cəmi 12 692,22 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 200 manat məbləğində vəsaitin, həmçinin Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-261/2022 saylı qərardadma əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə tərəfimizdən ödənilmiş 450 manat qiymətləndirmə xərcinin, cəmi 681 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha toıpaq sahəsinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 27 000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə cəmi 12 692,22 manat və 681 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC- yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha toıpaq sahəsinə (tam) tutma yönəldikdən və o satıldıqdan sonra ən geci lay ərzində Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasma aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsinin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsinə əsasən illik 22 (iyirmi iki) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli GNC-2288 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli GNC- 2288 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 9304,95 manat, faiz borcuna görə 6175,54 manat olmaqla, borcun cəmi məbləğində 15480,49 manat pul təşkil edir. xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsi (tam) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sahibkarlıq fəaliyyəti ilə əlaqədar kredit götürmüşdür, lakin pandemiya ilə əlaqədar fəaliyyəti dayandığından borcu ödəyə bilməmişdir. Lakin bank tərəfindən əsassız olaraq artıq faiz hesablanmışdır. Bunların nəzərə alınmasını xahiş etdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə teleqram göndərərək işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh1 15 000 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh1 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, , xx.xx.2019-cu il tarixli GNC- 2288 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli GNC-2288 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsi - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu 9304.95 manat əsas borc, 2818.06 manat faiz borcu, 569.21 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi borc 12692.22 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-40/22 nömrəli "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus Şəmkir şəhərində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid istifadə növü həyətyanı olan 0,07 ha torpaq sahəsinin bazar dəyəri 30 000 manat, likvid dəyəri isə 27 000 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 9/283 nömrəli “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə banka olan borcu xx.xx.2022-ci il tarixinə 9304.82 manat əsas borc, 3178.35 manat faiz borcu qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə 9304,95(doqquz min üç yüz dörd manat doxsan beş qəpik) manat əsas borc, 2818.06(iki min səkkiz yüz on səkkiz manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 12123(on iki min yüz iyirmi üç) manat məbləğində borc, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 27 000 manat olan Cavabdeh1 məxsus Şəmkir şəhərində yerləşən 0.07 ha torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılmalaı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində həmin torpaq sahəsi boşaldılmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmlakın qiymətləndirilməsi barədə vəsatət iddiaçı tərəfindən ərizədə göstərilmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə isə 450 manat ekspertiza xərcinin bank tərəfindən ödənildiyi qeyd olunmuşdur. Odur ki, “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə “ödənilməli olan 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli GNC-2288 saylı kredit müqaviləsi üzrə 9304,95(doqquz min üç yüz dörd manat doxsan beş qəpik) manat əsas borc, 2818.06 (iki min səkkiz yüz on səkkiz manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 12123(on iki min yüz iyirmi üç) manat məbləğində borc, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 27 000 manat olan Cavabdeh1 məxsus Şəmkir şəhərində yerləşən 0.07 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində həmin torpaq sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə “ödənilməli olan 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. „Məhkəmə Ekspertiza Mərkəzi“-nə ödənilməli olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 45(qırx beş) manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 126,37 (bir yüz iyirmi altı manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev