Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-69/2024 11.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DC00265771-03 saylı maliyyələşdirmə ərizəsinə əsasən 3583.54 manat əsas borc, 130,57 manat faiz borcu, 1779,66 manat cərimə borcu olmaqla, cəmi 5493,77 manat, xx.xx.2021-ci il tarixli DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79964,85 manat əsas borc, 19327,59 manat faiz borcu, 10246,92 manat cərimə borcu olmaqla, cəmi 109539,36 manat, xx.xx.2021-ci il tarixli DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39001,41 manat əsas borc, 10000,62 manat faiz borcu, 3958,43 manat cərimə borcu olmaqla, cəmi 52960,46 manat, xx.xx.2021-ci il tarixli DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12135,67 manat əsas borc, 3146,20 manat faiz borcu, 1127,27 manat cərimə borcu olmaqla, cəmi 16409,14 manat, xx.xx.2021-ci il tarixli DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23328,79 manat əsas borc, 5805.61 manat faiz borcu, 1892.29 manat cərimə borcu olmaqla, cəmi 31026,69 manat, xx.xx.2022-ci il tarixli DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12516,34 manat əsas borc, 3114,83 manat faiz borcu, 962,04 manat cərimə borcu olmaqla, cəmi 16593,21 manat, xx.xx.2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14236,71 manat əsas borc, 3576,58 manat faiz borcu, 1063,63 manat cərimə borcu olmaqla, cəmi 18876,92 manat, 28 oktyabr 2020-ci il tarixli DCS00265771-01 saylı kredit müqaviləsinə əsasən 47859,45 manat əsas borc, 4825,84 manat faiz borcu, 7327,37 manat cərimə borcu olmaqla, cəmi 60012,66 manat pul vəsaitinin, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 184 manat dövlət rüsumunun, eləcə də vəkilin göstərdiyi yardıma görə ödənilən 300 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Paşa Bank” ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2. nömrəli versiyanın şərtlərinin qəbul etməsi barədə” № OnGTC-02615LE/2019 saylı razılaşma elektron qaydada imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Cavabdeh2 MMC tərəfindən təqdim edilən sifarişlər üzrə xx.xx.2021-ci il tarixli DC00265771-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 19% dərəcəsi və xx.xx.2022-ci il tarixinədək ödənilməsi şərti ilə 20000 manat, xx.xx.2021-ci il tarixli DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2023-ci il tarixinədək ödənilməsi şərti ilə 107731 manat, xx.xx.2021-ci il tarixli DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2023-ci il tarixinədək ödənilməsi şərti ilə 50000 manat, xx.xx.2021-ci il tarixli DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2023-ci il tarixinədək ödənilməsi şərti ilə 14180 manat, xx.xx.2021-ci il tarixli DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2023-ci il tarixinədək ödənilməsi şərti ilə 26121 manat, xx.xx.2022-ci il tarixli DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2024-cü il tarixinədək ödənilməsi şərti ilə 13467 manat və xx.xx.2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 17% dərəcəsi və xx.xx.2024 cü il tarixinədək ödənilməsi şərti ilə 14743 manat məbləğində kredit verilmişdir. Qeyd olunan krеdit öhdəliklərin təminatı kimi Cavabdeh1 ilə 03 may 2021-ci il tarixli DG**********47 nömrəli, 22 iyul 2021-ci il tarixli DG**********75 nömrəli, 30 avqust 2021-ci il tarixli DG**********64 nömrəli, 21 oktyabr 2021-ci il tarixli DG**********53 nömrəli, 13 dekabr 2021-ci il tarixli DG**********876 nömrəli, 13 yanvar 2022-ci il tarixli DG**********963 nömrəli, 07 fevral 2022-ci il tarixli DG**********913 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmçinin Bankla Cavabdeh2 MMC arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və fazilərin subsidiyalaşdırılması üzrə 28 oktyabr 2020-ci il tarixli DCS00265771-01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 19 oktyabr 2020-ci il tarixli ZM-253/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərti ilə Borcluya 101368 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verilmişdir. Qeyd olunan krеdit öhdəliyinin təminatı kimi Cavabdeh1 ilə 28 oktyabr 2020-ci il tarixli DGS**********29 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin Bank və Borcalan arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış öhdəliklər Borcalan tərəfindən tam icra edilənədək kredit müqavilələri üzrə öhdəliyi Borcalanla birlikdə daşımağı öz üzərinə götürmüşdür. Borcalan kredit öhdəliklərini icra etməmişdir. Bank tərəfindən Borcalana və Zaminə kredit müqaviləsi üzrə Bank qarşısında olan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı pretenziya məktubları ünvanlanmışdır. İş üzrə İddiaçı ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli DC00265771-03 saylı maliyyələşdirmə ərizəsinə əsasən 3583,54 manat əsas borc, 130.57 manat faiz borcu, 2048,52 manat cərimə borcu olmaqla, cəmi 5762,63 manat, xx.xx.2021-ci il tarixli DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79964,85 manat əsas borc, 19327.59 manat faiz borcu, 15435,74 manat cərimə borcu olmaqla, cəmi 114728,18 manat, xx.xx.2021-ci il tarixli DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39001,41 manat əsas borc, 10000,62 manat faiz borcu, 6489,16 manat cərimə borcu olmaqla, cəmi 55491,19 manat, xx.xx.2021-ci il tarixli DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12135,67 manat əsas borc, 3449,91 manat faiz borcu, 1590,08 manat cərimə borcu olmaqla, cəmi 17175,66 manat, xx.xx.2021-ci il tarixli DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23328,79 manat əsas borc, 6609,81 manat faiz borcu, 2497,67 manat cərimə borcu olmaqla, cəmi 32436,27 manat, xx.xx.2022-ci il tarixli DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12516,34 manat əsas borc, 3546,32 manat faiz borcu, 1269,83 manat cərimə borcu olmaqla, cəmi 17332,49 manat, xx.xx.2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14236,71 manat əsas borc, 4067,35 manat faiz borcu, 1400,51 manat cərimə borcu olmaqla, cəmi 19704,57 manat, 28 oktyabr 2020-ci il tarixli DCS00265771-01 saylı kredit müqaviləsinə əsasən 47859,45 manat əsas borc, 4825,84 manat faiz borcu, 8491,95 manat cərimə borcu olmaqla, cəmi 61177,24 manat pul vəsaitinin, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 184 manat dövlət rüsumunun, eləcə də vəkilin göstərdiyi yardıma görə ödənilən 500 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh2 MMC-nin nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 26 avqust 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC-02615LE/2019 saylı razılaşmadan görünür ki, Cavabdeh2 bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli DCS00265771-01 saylı sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə müqavilədən görünür ki, Cavabdeh2 MMC-nə 101368 manat məbləğində illik faiz dərəcəsi 15% olmaqla, 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla) kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00265771-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2022-ci il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 19%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 34% (gündəlik 0.0944%) olmaqla, əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik 20000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 107731 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 14180 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 26121 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2024-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 13467 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2024-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (0,0889%) olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 14743 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 03 may 2021-ci il tarixli DG**********47 saylı, 22 iyul 2021-ci il tarixli DG**********75 saylı, 30 avqust 2021-ci il tarixli DG**********64 saylı, 21 oktyabr 2021-ci il tarixli DG**********153 saylı, 13 dekabr DG**********876 saylı, 13 yanvar 2022-ci il tarixli DG**********963 saylı və 07 fevral 2022-ci il tarixli DG**********913 saylı, 28 oktyabr 2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli OnGTC- 02615LE/2019 saylı ümumi şərtlər toplusu çərçivəsində ayrılmış xx.xx.2021-ci il tarixli DC00265771-03 saylı, xx.xx.2021-ci il tarixli DC00265771-05 saylı, xx.xx.2021-ci il tarixli DC00265771-06 saylı, xx.xx.2021-ci il tarixli DC00265771-08 saylı, xx.xx.2021-ci il tarixli DC00265771-09 saylı, xx.xx.2022-ci il tarixli DC00265771-12 saylı, xx.xx.2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizələr üzrə və 28 oktyabr 2020-ci il tarixli DCS00265771-01 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCS00265771-01 saylı kredit müqaviləsinə əsasən 47859.45 manat əsas borc, 4825.84 manat faiz borcu, 7327.37 manat cərimə borcu olmaqla, cəmi 60012.66 manat borc gecikmə gününün sayı isə 521 gün müəyyən edilmişdir. DC00265771-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3583.54 manat əsas borc, 130.57 manat faiz borcu, 1779.66 manat cərimə borcu olmaqla, cəmi 5493,77 manat borc, gecikmə gününün sayı isə 514 gün müəyyən edilmişdir. DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79964.85 manat əsas borc, 19327.59 manat faiz borcu, 10246.92 manat cərimə borcu olmaqla, cəmi 109539.36 manat borc, gecikmə gününün sayı isə 521 gün müəyyən edilmişdir. DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39001.41 manat əsas borc, 10000.62 manat faiz borcu, 3958.43 manat cərimə borcu olmaqla, cəmi 52960.46 manat borc, gecikmə gününün sayı isə 518 gün müəyyən edilmişdir. DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12135.67 manat əsas borc, 3146.20 manat faiz borcu, 1127.27 manat cərimə borcu olmaqla, cəmi 16409.14 manat borc, gecikmə gününün sayı isə 521 gün müəyyən edilmişdir. DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23328.79 manat əsas borc, 5805.61 manat faiz borcu, 1892.29 manat cərimə borcu olmaqla, cəmi 3l026.69 manat borc, gecikmə gününün sayı isə 505 gün müəyyən edilmişdir. DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12516.34 manat əsas borc, 3114.83 manat faiz borcu, 962.04 manat cərimə borcu olmaqla, cəmi 16593.21 manat borc, gecikmə gününün sayı isə 505 gün müəyyən edilmişdir. DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14236.71 manat əsas borc, 3576.58 manat faiz borcu, 1063.63 manat cərimə borcu olmaqla, cəmi 18876.92 manat borc, gecikmə gününün sayı isə 511 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçıASC ilə Cavabdeh2 MMC arasında 26 avqust 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC-02615LE/2019 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 20000 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 107731 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəsinə əsasən 50000 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 14180 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 26121 manat,xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 13467 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 14743 manat məbləğində mal alışı və əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilməsi, həmçinin tərəflər arasında bağlanmış 28 oktyabr 2020ci il tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə müqaviləyə əsasən ona 101368 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı maliyyələşdirmə üçün ərizələrə və kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Məhkəmə əsas və faiz borc məbləğlərinin tutulması ilə bağlı bildirir ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə göndərdiyi vaxtda, yəni 13 oktyabr 2023-cü il tarixdə bildirmişdir. Ona görə də sonradan iddia tələbinin həcmini artıraraq fazi məbləğləri dəyişsə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və faiz borcunun tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə ərizəsinə əsasən 2048,52 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 15435,74 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 6489,16 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 1590,08 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 2497,67 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 1269,83 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 1400,51 manat, 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8491,95 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq xx.xx.2021-ci il tarixli maliyyələşdirmə ərizəsinə əsasən 180 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 4000 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 1950 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 607 manat, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 1166 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 626 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən 712 manat, 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2393 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditlərə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC maliyyələşdirmə üçün ərizələrə əsasən iddiaçıya olan borclarını qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış DC00265771-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3583,54 manat əsas borc, 130,57 manat faiz borcu və 180 manat cərimə borcu olmaqla, cəmi 3894,11 manat, DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79964,85 manat əsas borc, 19327,59 manat faiz borcu və 4000 manat cərimə borcu olmaqla, cəmi 103292,44 manat, DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39001,41 manat əsas borc, 10000,62 manat faiz borcu və 1950 manat cərimə borcu olmaqla, cəmi 50952,03 manat, DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12135,67 manat əsas borc, 3146,20 manat faiz borcu və 607 manat cərimə borcu olmaqla, cəmi 15888,87 manat, DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23328,79 manat əsas borc, 5805,61 manat faiz borcu və 1166 manat cərimə borcu olmaqla, cəmi 30300,40 manat, DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12516,34 manat əsas borc, 3114,83 manat faiz borcu və 626 manat cərimə borcu olmaqla, cəmi 16257,17 manat, DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14236,71 manat əsas borc, 3576,58 manat faiz borcu və 712 manat cərimə borcu olmaqla, cəmi 18525,29 manat, DC00265771-01 saylı kredit müqaviləsinə əsasən 47859,45 manat əsas borc, 4825,84 manat faiz borcu və 2393 manat cərimə borcu olmaqla, cəmi 55078,29 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 184 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli 28249 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 500 manat məbləğində hüquqi yardımla bağlı olaraq vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 184 manat dövlət rüsumu və 500 manat vəkil xidməti haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 294 manat 57 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 may 2021-ci il tarixli DC00265771-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3583,54 manat əsas borc, 130,57 manat faiz borcu və 180 manat cərimə borcu olmaqla, cəmi 3894,11 (üç min səkkiz yüz doxsan dörd manat on bir qəpik) manat məbləğində borc, 23 iyul 2021-ci il tarixli DC00265771-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79964,85 manat əsas borc, 19327,59 manat faiz borcu və 4000 manat cərimə borcu olmaqla, cəmi 103292,44 (bir yüz üç min iki yüz doxsan iki manat qırx dörd qəpik) manat məbləğində borc, 31 avqust 2021-ci il tarixli DC00265771-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39001,41 manat əsas borc, 10000,62 manat faiz borcu və 1950 manat cərimə borcu olmaqla, cəmi 50952,03 (əlli min doqquz yüz əlli iki manat üç qəpik) manat məbləğində borc, 22 oktyabr 2021-ci il tarixli DC00265771-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12135,67 manat əsas borc, 3146,20 manat faiz borcu və 607 manat cərimə borcu olmaqla, cəmi 15888,87 (on beş min səkkiz yüz səksəsn səkkiz manat səksən yeddi qəpik) manat məbləğində borc, 13 dekabr 2021-ci il tarixli DC00265771-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23328,79 manat əsas borc, 5805,61 manat faiz borcu və 1166 manat cərimə borcu olmaqla, cəmi 30300,40 (otuz min üç yüz manat qırx qəpik) manat məbləğində borc, 13 yanvar 2022-ci il tarixli DC00265771-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12516,34 manat əsas borc, 3114,83 manat faiz borcu və 626 manat cərimə borcu olmaqla, cəmi 16257,17 (on altı min iki yüz əlli yeddi manat on yeddi qəpik) manat məbləğində borc, 07 fevral 2022-ci il tarixli DC00265771-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14236,71 manat əsas borc, 3576,58 manat faiz borcu və 712 manat cərimə borcu olmaqla, cəmi 18525,29 (on səkkiz min beş yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat məbləğində borc, 28 oktyabr 2020-ci il tarixli DC00265771-01 saylı kredit müqaviləsinə əsasən 47859,45 manat əsas borc, 4825,84 manat faiz borcu və 2393 manat cərimə borcu olmaqla, cəmi 55078,29 (əlli beş min yetmiş səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 184 (bir yüz səksən dörd) manat dövlət rüsumu və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 294,57 (iki yüz doxsan dörd manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-69/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-69/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver