Məhkəmə qərarları › İş №e-2-2(115)-694/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-694/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-694/2025 23.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cəmi 165.131,95 manat – bundan 74.720,69 manat əsas, 39.690,95 manat faiz, 39.977,01 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.743,30 manat faiz borcunun və iş üzrə ödənilmiş 455,13 manat dövlət rüsumunun Cavabdeh tutulmasına; tutmanın ipoteka predmetləri olan “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi- sarı); “MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt); “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ) avtobuslara yönəldilməsinə, yuxarıdakı əmlakların ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılmasına; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 144/15 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən müştəriyə “Əsas vəsaitin alınması və aktiv öhdəliyin bağlanması” məqsədi ilə 30 (otuz) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 70.000 (yetmiş min) ABŞ Dolları məbləğində kredit verilmişdir. 05 noyabr 2015-ci il tarixli 144/15 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 1 nömrəli Əlavə sazişə əsasən kreditorun borcalana 70.000 (yetmiş min) USD məbləğində verdiyi kreditin qalıq məbləği 64.589,71 (altmış dörd min beş yüz səksən doqquz ABŞ Dolları, 71 sent) ABŞ Dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. 05 noyabr 2015-ci il tarixli 144/15 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit ödəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 88.913,65 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli 144/15 nömrəli Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı qismində Cavabdeh məxsus aşağıdakı daşınar əmlaklar: - “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtobus Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmişAA№118088 nömrəli yüklülük çıxarışı ilə 05 noyabr 2015-ci il tarixli, SİP 144/15 nömrəli “İpoteka Müqaviləsi” əsasında, - “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi göy ağ xətt) avtobus Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş AA№118089 nömrəli yüklülük çıxarışı ilə 05 noyabr 2015-ci il tarixli, SİP 144/15 nömrəli “İpoteka Müqaviləsi” əsasında, - “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ) avtobus Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş A A№118087 nömrəli yüklülük çıxarışı ilə 10 noyabr 2015-ci il tarixli, İP 144/15 nömrəli “İpoteka Müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 05 noyabr 2015-ci il tarixli, SİP 144/15nömrəli “İpoteka Müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixli 01 nömrəli və xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə sazişlər bağlanmışdır. 10 noyabr 2015-ci il tarixli, İP 144/15 nömrəli “İpoteka Müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixli 01 nömrəli və xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə sazişlər bağlanmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-S-41- 5884/2024 saylı xx.xx.2024-cü il tarixli bidirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 165.131,95 Manat təşkil edir. Bundan 74.720,69 Manat əsas, 39.690,95 Manat faiz, 39.977,01 Manat məbləğində cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 10.743,30 Manat faiz borcu təşkil edir.

II. Tərəflərin mövqeyi

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinin sonunda qeyd yazaraq, iddianı müdafiə etdiklərini və nümayəndə iştirak etmədiyi halda işə baxılmasının təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Sübutların tədqiqi

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli 144/15 saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 20 faiz olmaqla 30 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.

7. 11 noyabr 2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, 70.000 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən bankın kassasından təhvil alınmışdır.

8. 05 noyabr 2015-ci il tarixli 144/15 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2015-ci il, son ödəniş tarixi isə xx.xx.2018-ci il olmaqla 70000 ABŞ dolları kredit məbləği və 19533 ABŞ doları faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 144/15 saylı 05 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 19 iyul 2016-cı il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, müqavilənin müvafiq bəndləri aşağıdakı kimi dəyişdirilir: Kreditorun Borcalana 70 000 USD (Yetmiş min ABŞ dolları) məbləğdə verdiyi kreditin qalıq məbləği 64589,71 (altmış dörd min beş yüz səksən doqquz manat yetmiş bir cent) USD təşkil edir (2.1). Kredit 19 İyul 2021-ci il tarixədək verilir (2.3). Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 14 (on dörd) faiz ödəyir (2.4). Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 40 (qırx) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir(2.5).

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 144/15 saylı 05 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 21 fevral 2015-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") konvertasiya edilməklə (İ USD= 1.4 AZN) 88913,65 (Səksən səkkiz min doqquz yüz on üç manat altmış beş qəpik) AZN təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə X6 qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və 30 (otuz) aydan sonra ümumi gecikmə günlərinin sayı hər il üzrə 30 (otuz) gündən çox olmadıqda. dondurulmuş faiz və cərimə borcları müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifıki üzrə gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, dondurulmuş faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir. Restrukturizasiya edilmiş kreditin müddəti 21 Fevral 2022-ci il tarixədək uzadılır (1.1). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə Kreditorun təşəbbüsü ilə X5 birtərəfli qaydada xitam verilə bilər. X5 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəllər arasında imzalanmış 144/15 saylı. 05 Noyabr 2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur(1.6).

11. 144/15 saylı 05 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 21 fevral 2015-ci il tarixli 2 nömrəli əlavə sazişin ödəniş cədvəlindən görünür ki, yeni qrafik üzrə ilk ödəniş xx.xx.2017-ci il, son ödəniş tarixi isə xx.xx.2022-ci il olmaqla 88914 manat kredit məbləği və 37978 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

12. 30.04.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtobus Cavabdeh adına qeydiyyata alınmışdır.

13. 17.01.2013-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) avtobus Cavabdeh adına qeydiyyata alınmışdır.

14. 06.11.2015-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ) avtobus Cavabdeh adına qeydiyyata alınmışdır.

15. 05 noyabr 2015-ci il tarixli 144/15 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlak 05 noyabr 2015-ci il tarixli 144/15 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir(1.1).İpotekaya verilən əmlakın təsviri: Cavabdeh məxsus “MERCEDES BENZ” markalı avtobusun ipotekası. Texniki göstəricilər buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı, Cavabdeh məxsus “MERCEDES BENZ-C 457” markalı avtobusun ipotekası. Texniki göstəricilər buraxılış ili – 2005, Ban nömrəsi: **********3709Q/Z, rəngi - göy ağ xətt (2.1). FM Consulting tərəfindən 04 fevral 2015-ci il tarixində tərtib edilmiş 1365/AQ və 1368/AQ saylı əmlakların qiymətləndirmə aktına əsasən əmlaklar 57487 AZN və 39375 bazar dəyərində qiymətləndirilir (2.2).

16. 12 noyabr 2015-ci il tarixli 144/15 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlak 05 noyabr 2015-ci il tarixli 144/15 saylı müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir(1.1).İpotekaya verilən əmlakın təsviri: Cavabdeh məxsus “MERCEDES BENZ 0403” markalı avtobusun ipotekası. Texniki göstəricilər: buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ (2.1). FM Consulting tərəfindən 02 noyabr 2015-ci il tarixində tərtib edilmiş 1597/AQ saylı əmlakların qiymətləndirmə aktına əsasən əmlak 45000 AZN bazar dəyərində qiymətləndirilir (2.2).

17. 19 iyul 2016-cı il tarixli 05 noyabr 2015-ci il tarixli 144/15 saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişdən görünür ki, X3 predmetı 05 noyabr 2015-ci il tarixli. SİP 144/15 saylı ipoteka müqaviləsinin aşağıdagöstənlən bəndlərinə müvafiq dəyişikliklərin edilməsindən ibarətdir (1.1). X6 üzrə Tərəflənn öhdəlikləri 05 Noyabr 2015cı il tarixli. SİP 144/15 saylı İpoteka müqaviləsi ilə müəyən edilir (2.1). Müqavilənin müvafiq bəndləri aşağıdakı qaydada dəyişdinlir(3.1) : Borcalanın Kreditor qarşısındakı 70 000 USD (Yetmiş min ABŞ dolları) məbləğdə kredit öhdəliyinin 64 589.71 (Altmış dörd beş yüz səksən doqquz manat yetmiş bir cent) USD təşkil edən qalıq məbləği (3.1.1), Kreditin 19 iyul 2021-ci il tarixədək təşkil edən qaytarılma müddəti (3.1.2), 14 (On dord) % təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (3.1.3).

18. 19 iyul 2016-cı il tarixli 10 noyabr 2015-ci il tarixli İP 144/15 saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişdən görünür ki, X3 predmetı 10 noyabr 2015-ci il tarixli. İP 144/15 saylı ipoteka müqaviləsinin aşağıda göstənlən bəndlərinə müvafiq dəyişikliklərin edilməsindən ibarətdir (1.1). X6 üzrə Tərəflənn öhdəlikləri 10 Noyabr 2015-cı il tarixli. İP 144/15 saylı İpoteka müqaviləsi ilə müəyən edilir (2.1). Müqavilənin müvafiq bəndləri aşağıdakı qaydada dəyişdinlir(3.1) : Borcalanın Kreditor qarşısındakı 70 000 USD (Yetmiş min ABŞ dolları) məbləğdə kredit öhdəliyinin 64 589.71 (Altmış dörd beş yüz səksən doqquz manat yetmiş bir cent) USD təşkil edən qalıq məbləği (3.1.1), Kreditin 19 iyul 2021-ci il tarixədək təşkil edən qaytarılma müddəti (3.1.2), 14 (on dord) % təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (3.1.3).

19. 21 fevral 2017-ci il tarixli 05 noyabr 2015-ci il tarixli SİP 144/15 saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişdən görünür ki, X3 predmetı 05 noyabr 2015-ci il tarixli. SİP 144/15 saylı ipoteka müqaviləsinin aşağıda göstənlən bəndlərinə müvafiq dəyişikliklərin edilməsindən ibarətdir (1.1). X6 üzrə Tərəflənn öhdəlikləri 05 Noyabr 2015cı il tarixli. SİP 144/15 saylı İpoteka müqaviləsi ilə müəyən edilir (2.1). Müqaviləyə əlavə və dəyişikliklər edilməsi: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 63 509.75 (Altmış üç min beş yüz doqquz dollar yetmiş beş sent) USD təşkil edən qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 88 913.65 (Səksən səkkiz min doqquz yüz on üç manat altmış beş qəpik) təşkil edir. (4.1), Restrukturizasiya edilmiş kreditin muddəti xx.xx.2022-ci il tarixadəkdir (4.2), Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən X6 imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Restruktunzasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi on (beş) faiz təşkil edir (4.3).

20. 21 fevral 2017-ci il tarixli 10 noyabr 2015-ci il tarixli İP 144/15 saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavə sazişdən görünür ki, X3 predmetı 05 noyabr 2015-ci il tarixli, İP 144/15 saylı ipoteka müqaviləsinin aşağıda göstənlən bəndlərinə müvafiq dəyişikliklərin edilməsindən ibarətdir (1.1). X6 üzrə Tərəflərin öhdəlikləri 10 Noyabr 2015-cı il tarixli. İP 144/15 saylı İpoteka müqaviləsi ilə müəyən edilir (2.1). Müqaviləyə əlavə və dəyişikliklər edilməsi: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 63 509.75 (Altmış üç min beş yüz doqquz dollar yetmiş beş sent) USD təşkil edən qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 88 913.65 (Səksən səkkiz min doqquz yüz on üç manat altmış beş qəpik) təşkil edir. (4.1), Restrukturizasiya edilmiş kreditin muddəti xx.xx.2022-ci il tarixadəkdir (4.2), Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən X6 imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Restruktunzasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi on (beş) faiz təşkil edir (4.3).

21. 13 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2017-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 12 dekabr 2024-cü il tarixə banka 74720,69 manat əsas, 39690,95 manat faiz, 39977,01 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.743,30 manat faiz borcu olmaqla, cəmi 165131,95 manat borcu vardır.

22. 03 dekabr 2024-cü il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehə 3 günü ərzində gecikdirilmiş ödəniş məbləğinin (74720,69 manat əsas, 39690,95 manat faiz, 39977,01 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.743,30 manat faiz borcu olmaqla, cəmi 165131,95 manat borcun) banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli 9/2269 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh müqavilə üzrə müddətin bitdiyi xx.xx.2022-ci il tarixə, 75715,55 manat əsas borc, 36595,85 manat faiz borcu, habelə müqavilə müddəti bitdiyi xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faiz hesablanmaqla 10558,11 manat faiz borcu vardır.

III. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı

... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

29. Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

31. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

32. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

33. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

34. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh 03 dekabr 2024-cü il tarixdə göndərilmişdir.

35. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). İş materiallarından görünür ki, tərəflər arasındakı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 13 dekabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.

36. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

37. 13 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2017-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 12 dekabr 2024-cü il tarixə banka 74720,69 manat əsas, 39690,95 manat faiz, 39977,01 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.743,30 manat faiz borcu olmaqla, cəmi 165131,95 manat borcu vardır.

38. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli 9/2269 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh müqavilə üzrə müddətin bitdiyi xx.xx.2022-ci il tarixə 75715,55 manat əsas borc, 36595,85 manat faiz borcu, habelə müqavilə müddəti bitdiyi xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faiz hesablanmaqla 10558,11 manat faiz borcu hesablanmışdır.

39. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə (xx.xx.2016-cı il tarixli 1 nömrəli Əlavə saziş və xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə saziş nəzərə alınmaqla) tutulmalı olan əsas borc 74,720,69 manat, faiz borcu 36595,85 manat müəyyən edilməlidir.

40. 03 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilmişdir.

41. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə onun mülkiyyətindəki “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtobus, “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) avtobus və “MERCEDES BENZ- 0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi-ağ) avtobuslar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitələrinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

42. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

43. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqavilələrindən görünür ki, “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtomobilin dəyəri 57487 manat, “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) avtomobilin dəyəri 39375 manat və “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi-ağ) avtomobilin dəyəri isə 45000 manat dəyərində müəyyən edilmişdir.

44. Cavabdeh məhkəmə iclasında ipoteka predmetlərinin məbləğini mübahisələndirmədiyindən məhkəmə tərəfindən avtomobillərin qiymətləri ilə bağlı qiymətləndirilmə keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin qiymətlər ipoteka predmetlərinin ilkin satış qiyməti kimi göstərilməlidir.

45. İddiaçı həmçinin gecikdirilmiş dövr üçün 10.743,30 manat məbləğində pulun da tutulmasını da xahiş etmişdir.

46. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli 9/2269 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh müqavilə müddətindən sonra xx.xx.2022-ci il tarixinə illik 5%-lə 10558,11 manat faiz borcu hesablanmışdır.

47. Məhkəmə hesab edir ki, ekspert rəyi üzrə 19 fevral 2022-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarix) 03 dekabr 2024-cü il tarixədək (pretenziya məktubunun göndərildiyi tarix) gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10558,11 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

48. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

49. İddia ərizəsində iddiaçı müqavilə üzrə 39977,01 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

50. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onlun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 3736,03 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

51. Buna görə də cərimə olaraq 3736,03 manat məbləğində pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

52. İddiaçı eləcə də 455,13 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

53. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********74 nömrəli mədaxil qəbzi ilə 455,13 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

54. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 415,62 manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 39,51 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməlidir.

57. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2025-ci il tarixli 9/2269 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 100 manat təşkil edir.

58. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 100 manat xərc cavabdehdən tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 144/15 saylı müqavilə üzrə (xx.xx.2016-cı il tarixli 1 nömrəli Əlavə saziş və xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə saziş nəzərə alınmaqla) 74720,69 manat əsas, 36595,85 manat faiz, 3736,03 manat cərimə, 19 fevral 2022-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarix) 03 dekabr 2024-cü il tarixədək (pretenziya məktubunun göndərildiyi tarix) gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10558,11 manat faiz borcu olmaqla, cəmi 125.610,68 manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh mülkiyyətindəki “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi- sarı); “MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt); “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ) avtobuslara yönəldilməli, “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtomobilin dəyəri 57487 manat, “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) avtomobilin dəyəri 39375 manat və “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi-ağ) avtomobilin dəyəri isə 45000 manat müəyyən edilməli, ipotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 128,610,68 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

59. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 144/15 saylı müqavilə üzrə (xx.xx.2016-cı il tarixli 1 nömrəli Əlavə saziş və xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə saziş nəzərə alınmaqla) 74720,69 manat əsas, 36595,85 manat faiz, 3736,03 manat cərimə və 19 fevral 2022-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarix) 03 dekabr 2024-cü il tarixədək (pretenziya məktubunun göndərildiyi tarix) gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10558,11 manat faiz borcu olmaqla, cəmi 125.610,68 (bir yüz iyirmi beş min altı yüz on manat altmış səkkiz qəpik) manat pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh mülkiyyətindəki “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi- sarı); “MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) və “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi- ağ) avtobuslara yönəldilsin. “MERCEDES BENZ” markalı (dövlət qeydiyyat nişanı – 09BX988, buraxılış ili – 2003, şassi nömrəsi: WEB**********3001, rəngi sarı) avtomobilin dəyəri 57487 manat, “ MERCEDES BENZ-C 457” markalı (dövlət qeydiyyat nişanı – 09BJ290, buraxılış ili – 2005, Ban nömrəsi: **********3709q/z, rəngi - göy ağ xətt) avtomobilin dəyəri 39375 manat və “MERCEDES BENZ-0403” markalı (dövlət qeydiyyat nişanı – 09BK990 i/o, buraxılış ili – 1996, şassi nömrəsi: MMB**********2064, rəngi-ağ) avtomobilin dəyəri isə 45000 manat müəyyən edilsin. İpotekaya qoyulmuş avtomobillər açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 125.610,68 (bir yüz iyirmi beş min altı yüz on manat altmış səkkiz qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 415,62 (dörd yüz on beş manat altmış iki qəpik) manat pul Cavabdeh oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 39,51 (otuz doqquz manat əlli bir qəpik) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar