Məhkəmə qərarları › İş №e-2-2(115)-697/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-697/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-697/2022 21.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinəxx.xx.2019-cu il tarixli, SHNAİP-001saylı kredit müqaviləsi üzrə kreditə görə 30555,54 manat, faiz borcuna görə 2219,04 manat, cərimə borcuna görə 2153,06 manat, cəmi 34927,64 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 300 manat xidmət haqqı və rüsumun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində xərcin, yəni cəmi 35427,64 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisəyə və Cavabdeh2 məxsus Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi, onların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1n u n xx.xx.2019-cu il tarixli, SHNAİP-001saylı kredit müqaviləsi üzrə cəmi 34927,64 manat borcunun, xidmət haqqı, dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş cəmi 500 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, İpoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisəyə və Cavabdeh2 məxsus Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinə tələb yönəldikdən, həmin əmlaklar hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, keçmiş mülkiyyətçi və onun ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, İpoteka predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 50000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). xx.xx.2019-cu il tarixli, SHNAİP- 001saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, SHNAİP-001saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 30555,54 manat, faiz borcuna görə 2219,04 manat, cərimə borcuna görə 2153,06 manat, borcun cəmi məbləği 34927,64 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 ilə İddiaçı ASC arasında Zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrin şərtlərinə görə zamin və borclu kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar və borc tam ödənilməyənə qədər Zaminlik müqavilələrinə xitam verilə bilməz. Bundan başqa xx.xx.2019-cu il tarixli, SHNAİP- 001saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh4 məxsus Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisə və Cavabdeh2 məxsus Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixli İpoteka müqavilələri ilə yüklü edilmişdir. Müqavilələr notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanın ailə üzvləri də ipoteka müqaviləsinin bağlanmasına öz yazılı razılıqlarını vermiş və həmin ərizələr də notarial qaydada təsdiq edilmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 1500 manat qiymətləndirmə xərcinin məhkəmə xərcləri kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 50000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrinin surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh4 məxsus Şəmkir şəhəri, Bakı- Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisə və Cavabdeh2 məxsus Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, RB-02/PK-1991 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 30555,54 manat, faiz borcuna görə 2219,04 manat, cərimə borcuna görə 2153,06 manat olmaqla, ümumilikdə cəmi məbləği 34927,64 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-85/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 130 000 manat, likvid dəyəri 123 500 manat, Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisənin bazar dəyəri 150 000 manat, likvid dəyəri 130 000 manat, Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 31 000 manat, likvid dəyəri isə 26 000 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNAİP-001 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 50000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 500 (beş yüz) manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, SHNAİP-001saylı kredit müqaviləsi üzrə 30555,54(otuz min beş yüz əlli beş manat əlli dörd qəpik) manat, faiz borcuna görə 2219,04(iki min iki yüz on doqquz manat dörd qəpik) manat, cərimə borcuna görə 500(beş yüz) manat olmaqla, cəmi 33574.58(otuz üç min beş yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat borc, 200(iki yüz) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 123500 manat olan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus likvid dəyəri 130 000 manat olan Şəmkir şəhəri, Bakı- Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisəyə və Cavabdeh2 məxsus likvid dəyəri 26 000 manat olan Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəlidilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə və qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, SHNAİP-001saylı kredit müqaviləsi üzrə 30555,54(otuz min beş yüz əlli beş manat əlli dörd qəpik) manat, faiz borcuna görə 2219,04(iki min iki yüz on doqquz manat dörd qəpik) manat, cərimə borcuna görə 500(beş yüz) manat olmaqla, cəmi 33574.58(otuz üç min beş yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat borc, 200(iki yüz) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 123500 manat olan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki 218,3 kv.m. əsas sahədən, 379,5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus likvid dəyəri 130 000 manat olan Şəmkir şəhəri, Bakı-Qazax yolu, 391-ci km ünvanında 0,1115 ha torpaq sahəsi üzərində yerləşən Əmlak Kompleksi kimi müəssisəyə və Cavabdeh2 məxsus likvid dəyəri 26 000 manat olan Şəmkir şəhəri, Dəllər-Zəyəm yolunun sol tərəfində 0,04 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və qeyri-yaşayış sahəsi boşaldılsın. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar