Məhkəmə qərarları › İş №e-2-2(115)-7/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-7/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-7/2023 07.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 20582 manat 12 qəpik - bundan 14500 manat əsas, 3181 manat 11 qəpik faiz, 923 manat 17 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1977 manat 84 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh3 tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 məxsus olan Bərdə rayonu, Cəyirli kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3108 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3məxsus Bərdə rayonu, Cəyirli kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bərdə rayonu, Cəyirli kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli 3108 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********575 saylı xx.xx.2021-ci il tarixli və **********853 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh3 kredit üzrə cəmi borcu 20582 manat 12 qəpik təşkil edir. Bundan 14500 manat əsas, 3181 manat 11 qəpik faiz, 923 manat 17 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1977 manat 84 qəpik faiz borcu təşkil edir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bu kredit fərmanın təsir dairəsinə düşən kreditlərdən olmamışdır. Cavabdehə hesablanan faiz və cərimələr qanuna müvafiq olaraq hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Hesabdan çıxarış məlumatlarından məlumdur ki, cavabdeh tərəfindən öhdəliklər icra olunmur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, bank məhkəməyə müraciət etməkdə gecikmişdir və bununla əlaqədar olaraq artıq faizlər yazılmışdır. O, bir neçə bankda işləmişdir. Cavabdeh tərəf ödəmə qabiliyyəti itirəndən 3 ay sonra bank məhkəməyə müraciət etməli idi. O, sahibkarlıq fəaliyyətinin inkişafı üçün kredit götürmüşdür, amma sonradan müflis vəziyyətinə düşmüşdür. Bu səbəblərdən dolayı ödəniş edə bilməmişdir. Güzəşt müddəti dövründə ödənişləri həyata keçirmişdir. Cənab Prezidentin fərmanı dairəsinə düşsə də bank tərəfindən restrukturzasiya ona tətbiq olunmamalıdır. Düşünür ki, 14000 manat borca görə ödəniş etdiyi halda, 20000 manat tələb olunmamalıdır. Odur ki məhkəmədən faiz və cərimə borcunun təmin edilməməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 21 aprel 2021-ci il tarixə cəmi 20582 manat 12 qəpik olmaqla - bundan 14500 manat əsas, 3181 manat 11 qəpik faiz, 923 manat 17 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1977 manat 84 qəpik faiz borcunun olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/1090 nömrəli 17 iyun 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 14500 manat faiz borcu üzrə 1650 manat 25 qəpik, faiz borcu illik 5 faizlə hesablanmaqla 1991 manat 74 qəpik borcunun olduğu göstərilmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/1090 nömrəli 17 iyun 2022-ci il tarixli rəyində ekspert yalnız Cavabdeh3 banka olan əsas və faiz borcunu xx.xx.2021-ci il tarixə hesabladığından, faiz borcunu hesablayarkən müqavilə müddətinin sonuna olan tarixi nəzərə almadığından məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5328 nömrəli 03 okytabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 14500 manat faiz borcu üzrə 1732 manat 42 qəpik, faiz borcu illik 5 faizlə hesablanmaqla 1923 manat 26 qəpik borcunun olduğu göstərilmişdir. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsindən göründüyü kimi Cavabdeh3 Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılmış 14500 manat məbləğində pul 36 ay müddətinə 22 iyul 2018-ci il tarixədək verilmişdir. 03 oktyabr 2022-ci il tarixli 9/5328 saylı ekspert rəyindən sonra müqavilə müddətinin sonunun düzgün nəzərə alınması zərurətindən əlavə suallar yaranması zərurəti ilə məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8694 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 1650 manat 25 qəpik, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 14500 manat məbləğində borcunun olduğu göstərilmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli 3108 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3məxsus Bərdə rayonu, Cəyirli kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. "xxxx" MMC-in xx.xx.2021-ci il tarixli 502/ZB/21 nömrəli rəyindən görünür ki, Bərdə rayonu, Cəyirli kəndində 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 44000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilmələrini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14500 manat əsas borc, 1650 manat 25 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 1991 manat 74 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 18641 manat 99 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh3 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Tələb üzrə tutma cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məxsus Bərdə rayonu, Cəyirli kəndində 0.14 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, Həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, Fərdi yaşayış evinin ilkin satış qiyməti 44000 manat həddində müəyyən edilməli, Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qaytarılmalı, Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh3 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 450 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Cavabdeh3 xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borcunu, müqavilə müddətinin sonuna, yəni xx.xx.2018-ci il tarixinə faiz borcunu və müqavilə müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixinə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu özündə əks etdirən və mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8694 nömrəli rəyinə əsasən Cavabdeh3 xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixə faiz borcu üzrə 1650 manat 25 qəpik təşkil etdiyindən iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Eyni zamanda, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 9/1090 nömrəli 17 iyun 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Cavabdeh3 xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə faiz borcu illik 5 faizlə hesablanmaqla 1991 manat 74 qəpik təşkil etdiyindən iddia tələbi həmin hissədə ekspertiza rəyində göstərilən məbləğdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, xx.xx.2015-ci il tarixli 003108 saylı kredit müqaviləsi üzrə 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14500 manat əsas borc, 1650 manat 25 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 1991 manat 74 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 18641 manat 99 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh3 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məxsus Bərdə rayonu, Cəyirli kəndində 0.14 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 44000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evi boşaldılsın. Cavabdeh3 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 450 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar