Məhkəmə qərarları › İş №e-2-2(115)-702/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-702/2024

30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-702/2024 30.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 iclas katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Naftalan Şəhər X1rşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Naftalan Şəhər X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naftalan şəhər X3 artıq köçürülmüş 900 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdeh Naftalan şəhər X2 alınaraq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə sistem xətası nəticəsində Naftalan şəhər X3 məxsus hesablara xx.xx.2023-cü il tarixdə mədaxil olunan vəsaitlər 6 dəfə təkrar mədaxil olunmuşdur. Texniki səhv nəticəsində Şöbəyə məxsus cari hesaba 900 manat artıq olaraq, 150 manat əvəzinə, 1050 manat vəsait mədaxil olunub. Cavabdehə qeyd edilən vəsaiti geri qaytarılması bildirilsə də, həmin vəsaiti geri qaytarmaqdan yayınır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddia tələbini müdafiə edir, cavabdehin vergi borclarına görə hesabları dondurulub. Köçürməni üçüncü şəxs edib, amma sistem xətası nəticəsində əlavə 900 manat köçürülüb və bu köçürmə bankın hesabından silinmişdir. Cavabdeh borc qaytarmadığından iddianın təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, 07 noyabr 2023-cü il tarixli 23 saylı müqavilə əsasən avans ödənişi təyinatı ilə 07 noyabr 2023-cü il tarixdə 150 manat, 13 noyabr 2023-cü il tarixində isə cavabdeh Naftalan Şəhər Profilaktik Dezinfeksiya Şöbəsinin hesabına eyni təyinatla 6 dəfə təkrar olunmaqla, hər köçürmədə 150 manat, ümumilikdə 900 manat məbləğində pul köçürülmüşdür. İddiaçı isə həmin məbləğin sistem xətası nəticəsində köçürüldüyünü və həmin məbləğin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəfindən isə artıq köçürülmüş məbləğ geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, işdə olan sənədlərlə iddiaçı tərəfindən cavabdehin hesabına 900 manat artıq köçürmə olduğu müəyyən olunur. Göründüyü kimi cavabdeh Naftalan Şəhər Profilaktik Dezinfeksiya Şöbəsi hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) yəni, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına pul əldə etmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən iddiaçının tələbi əsaslıdır və cavabdeh Naftalan Şəhər Profilaktik Dezinfeksiya Şöbəsi artıq köçürülmüş 900 manat məbləğində pulu iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi tam təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Naftalan Şəhər X2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Naftalan Şəhər X3 artıq köçürülmüş 900 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Naftalan Şəhər X3 artıq köçürülmüş 900 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar