Məhkəmə qərarları › İş №e-2-2(115)-709/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-709/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-709/2022 26.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsi üzrə əsas borca görə 93 065,19 manat, faiz borcuna görə 37 232,28 manat, cərimə borcuna görə 4 081,68 manat olmaqla cəmi 134 379,15 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərinqeydə alınması üçün ödənilmiş 40 manat rüsumun 400 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 24,38 manat məbləğində dövlət rüsumunun, cəmi 464,38 manat pulun tutulması; tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə; Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsinə və Cavabdeh3 məxsus 2008-ci ilburaxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi; Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın həmçinin Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsinin və Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitələrinin hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli SHNİP- 0272/175 saylı Kredit müqaviləsi üzrə cəmi 134 379,15 (yüz otuz dörd min üç yüz yetmiş doqquz manat on beş qəpik) manat borcunun və cəmi 464,38 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli SHNİP0272/175 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı Kredit müqaviləsinə əsasən illik 18 (on səkkiz) faiz dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 180 000 (yüs səksən min) manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2018-ci il tarixli SHNİP- 0272/175 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 93 065,19 (doxsan üç min altmış beş manat, on doqquz qəpik) manat, faiz borcuna görə 37 232,28 (otuz yeddi min iki yüz otuz iki manat iyirmi səkkiz qəpik) manat, cərimə borcuna görə 4 081,68 (dörd min səksən bir manat altmış səkkiz qəpik) manat olmaqla borcun cəmi məbləğində 134 379,15 (yüz otuz dörd min üç yüz yetmiş doqquz manat on beş qəpik) manat pul təşkiledir. xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinə əsasən; Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli SHNİO-0272/175B saylı İpoteka Müqaviləsinə əsasən; Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli SHNİO-0272/175C saylı X1 əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetləri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün xidmət haqqı iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia tələbi üzrə yekun qərar qəbul edilən zaman tərəflərindən ödənilmiş qiymətləndirmə xərci də məhkəmə xərcləri kimi qərarda öz əksini tapmasını, yəni iddia tələbləri tam təmin edilərək, eyni zamanda tərəflərindən ödənilmiş 500 manat xidmət haqqının Cavabdeh3 tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, devalivasiya və pandemiya ilə əlaqədar olaraq çətin vəziyyətə düşüblər, oktyabr ayında faizləri ödəyib qurtarmışdır. Müharibə dövründə nisyə mal çox satdıqları üçün, sonradan borcları yaranıb və işləri dayanmışdır. Sahibkarlıq məqsədi ilə kredit götürüblər və bununla bağlı evi və avtomobili ipotekaya qoyublar. Əsas borcu və faiz borcunu qəbul edir, lakin dəbbə pulu ilə bağlı köməklik göstərilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, müharibə dövründə nisyə olaraq mal verdiklərinin əksəriyyəti şəhid ailəsidir. 180000 manata yaxın alacaq borcları vardır. Ailədə 9 nəfərdirlər və tək o, çalışır. Əsas borcu qəbul edir, lakin faiz borcunu və dəbbə pulunu qəbul etmir. İddiaçı ASC-yə və cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər, İddiaçı ASC -nin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 18 faiz olmaqla 180000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə 93 065 manat 19 qəpik, faiz borcuna görə 37 232 manat 28 qəpik, cərimə borcuna görə 4 081 manat 68 qəpik olmaqla cəmi 134 379 manat 15 qəpik məbləğində borcu n olması göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7397 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli SHNİP-0272/175 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh3 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 106189 manat 37 qəpik, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 96073 manat 50 qəpik, faiz borcu üzrə 10115 manat 87 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur. xx.xx.2018-ci il tarixli SHNİO-0272/175B saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, sedan tipli, ban WDD2050401F076985 olan, ağ rəngli, ** TT *** qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı nəqliyyat vasitəsi ipotekaya qoymuşdur. xx.xx.2018-ci il tarixli SHNİO-0272/175C saylı əlavə ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus 2008-ci il buraxılışlı, sedan tipli, ban WDD2211561A181601 olan, qara metal rəngli, ** ZP *** qeydiyyat nişanlı, Mercedes Benz S350 minik markalı nəqliyyat vasitəsini ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 146/RB/22 nömrəli rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 0,1110 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bazar dəyəri 270000 manat, likvid dəyəri 250000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 24 manat 38 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. 15 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh3 və Cavabdeh6 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun qalan hissəsinin ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 369 manat 80 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 93065 manat 19 qəpik əsas borc, 10115 manat 87 qəpik faiz borcu, 1000 manat cərimə borcu, cəmi 104181 manat 06 qəpik məbləğində borc, həmçinin 500 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 24 manat 38 qəpik dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb üzrə tutma Cavabdeh3 məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsi, 0.1110 hektar torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evinə, 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin fərdi yaşayış evi və avtomobillər açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat həddində müəyyən edilməli, satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh6 qaytarılmalı, fərdi yaşayış evinin və avtomobillərin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən bir ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılmalı, ödənilməli olan 369 manat 80 qəpik məbləğində dövlət rüsumu və 200 manat ekspertiza xərci Cavabdeh3 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7397 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsinin müddəti üzrə faiz borcu 10115 manat 87 qəpik müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 1000 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 93065 manat 19 qəpik əsas borc, 10115 manat 87 qəpik faiz borcu, 1000 manat cərimə borcu, cəmi 104181 manat 06 qəpik məbləğində borc, həmçinin 500 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 24 manat 38 qəpik dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsi, 0.1110 hektar torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evinə, 2008-ci il buraxılışlı, WDD2211561A181601 ban nömrəli, qara metal rəngli “Mercedes Benz S350” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Cavabdeh6 məxsus 2015-ci il buraxılışlı, WDD2050401F076985 ban nömrəli, ağ rəngli “Mercedes Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin. Həmin fərdi yaşayış evi və avtomobillər açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat həddində müəyyən edilsin. Satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh6 qaytarılsın. Fərdi yaşayış evinin və avtomobillərin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Ödənilməli olan 369 manat 80 qəpik məbləğində dövlət rüsumu və 200 manat ekspertiza xərci Cavabdeh3 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar