Məhkəmə qərarları › İş №e-2-2(115)-71/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-71/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-71/2020 17.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X8 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı X9 ləğvedicisi X1 Cavabdehnə qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı X9 ləğvedicisi X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 4 000 000 manat, hesablanmış faiz 772 556,51 manat, cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 327 111,11 manat, cəmi 5 099 667,62 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2013-cü il tarixdə İddiaçı ASC və Cavabdehnın rəhbəri X7 arasında müvafiq olaraq 01 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqavilələrinin şərtlərinə görə Cavabdehnə bank tərəfindən 01 saylı kredit müqaviləsi üzrə illik 8 faiz olmaqla, 60 ay müddətinə 4 000 000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə borclu müqavilənin şərtlərini pozaraq ödəniş etməmişdir. Cavabdehin nümayəndəsi X7 xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı ASC-dən kredit götürmədiklərini bildirməklə borcun əsassız hesablandığını bildirmişdir. Cavabdehnə hazırkı məhkəmə iclasının da vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx xxxxxxxx 2019-cu il tarixli, **********061 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxxxxxxx 2013-cü il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019cu il tarixə olan əsas borc 4 000 000 manat, faiz borcu 772 556,51 manat, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən hesablanan faiz borcu 327 111,11 manat, cərimə borcu 0 təşkil edir. xx.xx.2019-cu il tarixli, **********834 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırır ki, tərəflər arasında xx xxxxxxxx 2013-cü il tarixdə 01 saylı kredit müqaviləsi bağlanmış və cavabdehin öhdəliyinin yaranmasının əsasında həmin müqavilə dayanır. Lakin, iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlandığı iddia edilən xx xxxxxxxx 2013-cü il tarixli, 01 saylı müqaviləni sübut kimi məhkəməyə təqdim etməmişdir. Sübut hüququnun prinsiplərinə görə iddiaçı iddia tələbini əsaslandıran bütün halları və sübutları məhkəməyə təqdim etməlidir. O, bu vəzifəsini yerinə yetirmirsə, iddia tələbi elə həmin səbəbdən rədd edilməlidir. Bununla belə, məhkəmə, müqavilənin başqa orqanda olması barədə cavabdehin mülahizəsini nəzərə alaraq müvafiq orqana sorğular göndərilərək həmin müqavilənin surətinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmənin sorğularına verilən cavablar əsasında da iddia tələbinin əsaslandığı müqavilənin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən müqavilənin mövcud olmaması tələbin təmin olunmasını qeyri-mümkün edir. Çünki, tələbin yaranması üçün müqavilə ya icra edilməmiş, ya da ki, natamam icra edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki,iddiaçı ləğv prosesində olan İddiaçı X9 ləğvedicisi X1 Cavabdehnə qarşı Cavabdehndən İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 4 000 000 manat, hesablanmış faiz 772 556,51 manat, cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 327 111,11 manat, cəmi 5 099 667,62 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı X9 ləğvedicisi X1 Cavabdehnə qarşı Cavabdehndən İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 4 000 000 manat, hesablanmış faiz 772 556,51 manat, cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 327 111,11 manat, cəmi 5 099 667,62 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar