Məhkəmə qərarları › İş №e-2-2(115)-711/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-711/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-711/2023 12.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 9420 manat 95 qəpik haqqı borcu, ona hesablanmış 8478 manat 84 qəpik cərimə borcunun və ödənilmiş 210 manat mediyasiya xərcinin əvəzinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 23,0 kv.metr ölçüsündə olan “H 24” nömrəli qeyri-yaşayış sahəsi - mağazanı icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ƏDV xaric aylıq 677 manat 97 qəpik may 2020-ci il tarixdən ƏDV xaric aylıq 800 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsinə 23 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2205” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə İcarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220,0 manat (iki yüz iyirmi manat, sıfır qəpik) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsinə 30 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. 3. Qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2614” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 manat (iki yüz iyirmi manat, sıfır qəpik) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsinə 30 dekabr 2021-ci il tarixdə xitam verilmişdir. Lakin “İcarəçi" ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da: 1. xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr ayları üzrə ödənilməmiş 4324 manat 27 qəpik icarə haqqı borcu və ona hesablanmış 3891 manat 84 qəpik cərimə borcu; 2. xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun, 2021-ci ilin iyun, iyul, avqust , sentyabr, oktyabr ayları üzrə ödənilməmiş 1943 manat 34 qəpik icarə haqqı borcu və ona hesablanmış 1749 manat cərimə borcu; 3. xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ödənilməmiş 3153 manat 34 qəpik icarə haqqı borcu və ona hesablanmış 2838 manat cərimə borcu; ümumilikdə üç icarə müqaviləsinə görə - 9420 manat 95 qəpik icarə haqqı borcu və 8478 manat 84 qəpik cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar tərəflərindən cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də tərəflərindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 9420 manat 95 qəpik haqqı borcu, ona hesablanmış 50 manat 57 qəpik cərimə borcunun və ödənilmiş 210 manat mediyasiya xərcinin əvəzinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunduqdan sonra borcdan heç bir ödəniş olunmammışdır. Cərimə borcu müqavilənin 4.3cü bəndində qeyd olunmuşdur. Digər müqavilələr üzrə də eyni bənddə qeyd olunmuşdur. Odur ki, məhkəmədən iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 330 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 23,0 kv.metr ölçüsündə olan “H 24” nömrəli qeyri-yaşayış sahəsi - mağazanı icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-cü bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ƏDV xaric aylıq 677 manat 97 qəpik may 2020-ci il tarixdən ƏDV xaric aylıq 800 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləöin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verən onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2205” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə İcarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləöin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verən onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.metr ölçüsündə olan “2614” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, “İcarəçi” isə “İcarəyəverən”ə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, icarəyə verilən sahədən istifadəyə görə “İcarəçi” hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 220 manat həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.3-cü bəndindən görünür ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verən onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 22 iyun 2023-cü il tarixinə İddiaçınə xx.xx.2020-ci il tarixli, 339 saylı icarə müqaviləsi üzrə 1943 manat 34 qəpik əsas borc, 8 manat 62 qəpik cərimə borcu, cəmi 1951 manat 96 qəpik məbləğində, xx.xx.2020-ci il tarixli, 330 saylı icarə müqaviləsi üzrə 4324 manat 27 qəpik əsas borc, 30 manat 30 qəpik cərimə borcu, cəmi 4354 manat 57 qəpik məbləğində, xx.xx.2020-ci il tarixli, 340 saylı icarə müqaviləsi üzrə isə 3153 manat 34 qəpik əsas borc, 11 manat 65 qəpik cərimə borcu, cəmi 3164 manat 99 qəpik məbləğində olmaqla, ümumilikdə 9420 manat 95 qəpik əsas borc və 50 manat 57 qəpik cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli, 9420 manat 95 qəpik icarə haqqı borcu, 50 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 9471 manat 52 qəpik məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materillarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xidmətlərinə görə xərci ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 114 manat 72 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 9420 manat 95 qəpik icarə haqqı borcu, 50 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 9471 manat 52 qəpik məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 114 manat 72 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar