Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-712/2025 29.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 3898 manat 35 qəpik məbləğində krеdit bоrcu, 444 manat 78 qəpik məbləğində faiz bоrcu və 125 manat 53 qəpik məbləğində cərimə borcu olmaqla, 015R********** saylı krеdit razılaşması üzrə 21727 manat 10 qəpik məbləğində krеdit bоrcu, 2992 manat 22 qəpik məbləğində faiz bоrcu və 795 manat 21 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29983 manat 19 qəpik məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 179 manat 95 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 29 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1101 manat 65 qəpik ödəmiş, onun 3898 manat 35 qəpik məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 161 gün üçün hesablanmış faiz borcu 444 manat 78 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 161 gün üçün hеsablanmış cərimə 125 manat 53 qəpik təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.7917 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 manat məbləğində məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6272 manat 9 qəpik ödəmiş, onun 21727 manat 10 qəpik məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 183 gün üçün hesablanmış faiz borcu 2992 manat 22 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 183 gün üçün hеsablanmış cərimə 795 manat 21 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, borcu qəbul edir. Aylıq hissə-hissə ödəniş edə bilər. Zamin durmuş digər cavabdehlərin zaminliyinə xitam verilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş digər Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, borcu hissə-hissə ödəməyə razıdırlar. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş digər Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, borcu qəbul edir. Ailə vəziyyəti ilə əlaqədar olaraq zaminlikdən çıxmaq istəyir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər hazırkı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 21.5 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 manat məbləğində məbləğində kredit verilmişdir. İş materiallarında olan uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 29 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli OUT-2024/12/18-43 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 21727 manat 10 qəpik əsas borc, 2992 manat 22 qəpik faiz borcu, 795 manat 21 qəpik cərimə borcu olmaqla, cəmi 25514 manat 53 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli OUT-2024/12/18-30 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 3898 manat 35 qəpik əsas borc, 444 manat 78 qəpik faiz borcu, 125 manat 53 qəpik cərimə borcu olmaqla, cəmi 4468 manat 66 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən 28000 manat, xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən isə 5000 manat məbləğində İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 006L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 175 manat 95 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023- cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 21727 manat 10 qəpik əsas borc, 2992 manat 22 qəpik faiz borcu, 795 manat 21 qəpik cərimə borcu olmaqla, cəmi 25514 manat 53 qəpik məbləğində borc və 10 oktyabr 2023-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 3898 manat 35 qəpik əsas borc, 444 manat 78 qəpik faiz borcu, 125 manat 53 qəpik cərimə borcu, cəmi 4468 manat 66 qəpik məbləğində borc olmaqla, ümumilikdə 29983 manat 19 qəpik məbləğində borc və ödənilmiş 179 manat 95 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023- cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 21727 manat 10 qəpik əsas borc, 2992 manat 22 qəpik faiz borcu, 795 manat 21 qəpik cərimə borcu olmaqla, cəmi 25514 manat 53 qəpik məbləğində borc və 10 oktyabr 2023-cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə 3898 manat 35 qəpik əsas borc, 444 manat 78 qəpik faiz borcu, 125 manat 53 qəpik cərimə borcu, cəmi 4468 manat 66 qəpik məbləğində borc olmaqla, ümumilikdə 29983 manat 19 qəpik məbləğində borc və ödənilmiş 179 manat 95 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-712/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-712/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver