Məhkəmə qərarları › İş №e-2-2(115)-732/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-732/2021

22.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-732/2021 22.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı X13 X2 X15 cavabdeh X7 qarşı ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı «X13 X2» X16 cavabdeh X7 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 200025 (iki yüz min iyirmi beş ) manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 131 906,25 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X4 Nazirliyi (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qum-çınqıl yatağında 08 oktyabr 2018-ci il tarixli 01092 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə kərəm Mikayıl oğlu Babayev tərəfindən ona ayrılmış 2 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X17” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda 57 150 m3 həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 4-20 metrdən artıq olduğu müəyyən edilmişdir. 10 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X8 08/20 nömrəli, 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay ərzinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X8 27 may 2021-ci il tarixli 39 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 57 150 m3 * 5 manat *0.7 = 200 025 manat, ümumilikdə 200 025 manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X9 25.11.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. İş materiallarına əlavə olunmuş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 01092 nömrəli aktının surətindən görünür ki, “Tərtərçay- qum-çınqıl yatağı” fiziki şəxs Kərəm Babayevə qum-çınqıl hasilatı məqsədi ilə istifadəyə verilmişdir. X13 X1 63315 nömrəli, 10 sentyabr 2020-ci il tarixli aktının surətindən görünür ki, mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilərkən mərz nişanlarının düzgün yerdə qoyulmaması, istismar işlərinin makşeyder planı sənədində ayrılmış sahənin hüdudlarında 2 ayrı sahədə aparılması, birinci istismar sahəsi karxana sahəsinin cənubqərb hissəsində olmaqla orta istismar dərinliyi 2-2,5 m olmaqla sahəsi 0,6 ha təşkil etməsi, ikinci stismar sahəsi sahənin cənub hissəsində olmaqla 0,5 ha sahə orta istismar dərinliyi 15-20 m təşkil etməsi, həmçinin, sahəyə baxış zamanı sahənin qərb hissəsində çay boyunda 15-20 m-dən karxana sahəsindən kənarda istismar işləri aparması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtərdəndir. Ona görə ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin rədd edilməsinə səbəb olur. İddiaçı tərəfin tərtib etdiyi 10 sentyabr 2020-ci il tarixli. 63315 nömrəli aktın məzmunundan göründüyü kimi cavabdehin istifadəsində olan torpaq sahəsindən kənarda hasilat işlərinin aparılması göstərilmiş olsa da, bu işlərin kim tərəfindən və hansı texnikadan istifadə etməklə aparılması barədə heç bir fakt və ya məlumat qeyd olunmamışdır. Sübut kimi təqdim olunan materiallar yerin vəziyyətini əks etdirmiş olsa da belə işlərin kim tərəfindən aparılmasını təsdiq etmir. Cavabdeh X5 istifadəsində olan 2 ha torpaq sahəsindən kənar ərazidə hasilat işlərinin görülməsi, bu işlərin məhz həmin şəxs tərəfindən aparılması barədə nəticəyə gəlməyə əsas vermir. Güman və ehtimallara əsaslanan tələb məqbul sayılmır.Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayır. Məhkəmə onu da qeyd edir ki, 10 sentyabr 2020-ci il tarixli, 63315 nömrəli, akt tərtib olunarkən sahibkarın iştirakı təmin edilməyib. Akt sahibkar Kərəm Babayevin nümayəndəsi kimi göstərilmiş Vidadi Quliyev adlı şəxs tərəfindən imzalanmış olsa da, onun bu səlahiyyətini təsdiq edən etibarnamə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından 30 manat dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı «X13 X2» X15 cavabdeh X7 qarşı cavabdehdən 131 906,25 (bir yüz otuz bir min doqquz yüz altı manat iyirmi beş qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar