Məhkəmə qərarları › İş №e-2-2(115)-732/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-732/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-732/2025 18.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 82.67 manat olan 31 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərarla barələrində cinayət təqibi üzrə icraata xitam verilmiş Cavabdeh və X1 əməllərində Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətlərinin mövcud olmadığı müəyyən edilmiş, lakin həmin şəxslərdən aşkar edilərək götürülmüş aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış tütün məmulatları ilə bağlı məsələlərin Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə aid olduğu müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Gədəbəy Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Gədəbəy rayonunun Plankənd kəndinin ərazisində yerləşən təsərrüfat obyektində sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsl Cavabdeh tərəfindən müxtəlif çeşidlərdə ümumilikdə 36 qutu, aksiz markası ilə markalanmalı olan, belə marka ilə markalanmamış və məcburi nişanlanma ilə nişanlanmalı olan, nişanlanmamış tütün məmulatlarının satış məqsədilə saxlanması faktı aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində bildirmişdir ki, o, xx.xx.1973-cu il tarixdə Gədəbəy rayonunun Plankənd kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Təxminən 2024-ci ilin may-iyun ayında maddi sıxıntılarının və səhhətində problemlər olduğu, müalicəyə və dərmanlara vəsaitinin olmaması ilə əlaqədar əlavə qazanc əldə etmək fikirinə gəlmiş, bu məqsədlə Gədəbəy rayonu Plankənd kəndində sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada siqaret satışını həyata keçirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonunun Plankənd kəndi ərazisində sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada satış məqsədi ilə saxladığı, üzərində aksiz markası olmayan təxminən 36 qutu aksizsiz tütün məmulatı polis əməkdaşları tərəfindən aşkar olunaraq, hal şahidlərinin iştirakı ilə protokollaşdırılaraq götürülmüşdür. Cavabdeh ifadəsində həmçinin aksiz markası ilə markalanmamış tütün məmulatlarını hissə-hissə olmaqla müxtəlif tanımadığı şəxslərdən aldığını qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində bildirmişdir ki, o, xx.xx.1973-cu il tarixdə Gədəbəy rayonunun Plankənd kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Təxminən 2024-ci ilin may-iyun ayında maddi sıxıntılarının və səhhətində problemlər olduğu, müalicəyə və dərmanlara vəsaitinin olmaması ilə əlaqədar əlavə qazanc əldə etmək fikirinə gəlmiş, bu məqsədlə Gədəbəy rayonu Plankənd kəndində sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada siqaret satışını həyata keçirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonunun Plankənd kəndi ərazisində sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada satış məqsədi ilə saxladığı, üzərində aksiz markası olmayan təxminən 36 qutu aksizsiz tütün məmulatı polis əməkdaşları tərəfindən aşkar olunaraq, hal şahidlərinin iştirakı ilə protokollaşdırılaraq götürülmüşdür. Cavabdeh götürülmüş 36 qutu tütün məmulatlarından 5 qutusunun və 2 qutudan götürülmüş 8 ədəd filterli siqaret dənələrinin tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalan 31 qutu) aksiz markası ilə markalanmalı olan, belə marka ilə markalanmamış və məcburi nişanlnma ilə nişanlanmalı olan, nişanlanmamış tütün məmulatları ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında məsul saxlancda saxlanılır. Eyni zamanda Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ərzaq mağazasından aşkar olunaraq götürülmüş ümumi dəyəri 96,0 manat məbləğində qiymətləndirilmiş 36 qutu aksiz markası ilə markalanmalı olan, belə marka ilə markalanmamış və məcburi nişanlanma ilə nişanlanmalı olan, nişanlanmamış tütün məmulatlarının dəyərləri Azərbaycan Respublikası CM-in 213-1-ci maddəsinin qeyd hissəsində göstərildiyi kimi, 500 manatdan aşağı olduğundan, həmin şəxsin əməlində Azərbaycan Respublikası CM-in 213-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Bu səbəbdən də ********* nömrəli cinayət işi üzrə icraata fiziki şəxslər Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 mart 2022-ci il tarixli, e-2(102)- 2010/2022 saylı qərarında göstərilir ki, əsasən mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM ilə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğun olduğu halda mülki prosesə tətbiq oluna bilər. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış məhsulların müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı iki qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. İddia tələbindən görünür ki, aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının satışını həyata keçirən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 213-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinə xitam verilməsinə əsas isə malların dəyərinin cinayət tərkibi yaratmaması olmuşdur. Müsadirə ilə bağlı məsələ isə həmin icraatda həll edilməli olan məsələdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar