Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-733/2021 21.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh X6, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 525000 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X2 (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qum-çınqıl yatağında 24 sentyabr 2019-cu il tarixli 01230 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə X9 (cavabdeh) tərəfindən ona ayrılmış 0.5 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə işləri aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X13” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda 150000 m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 09-20 metr müəyyən edilmişdir. 9 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 02/20 nömrəli 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay müddətinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 27 may 2021-ci il tarixli 59 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 150000 m qum-çınqıl qarışığı* 5 manat *0.7= 525000 manat ümumilikdə 525000 manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona ayrılmış 0.5 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi 09.09.2020-ci il tarixli aktla təsdiq edilir. Həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Aktda ayrılmış sahədən kənarda hasilat işlərinin məhz cavabdeh tərəfindən aparıldığı birbaşa qeyd edilməsə də, qanunsuz hasilat işləri cavabdehə ayrılmış sahəyə yaxın olduğundan, hesab edir ki, cavabdehdən başqa heç kim orada hasilat apara bilməzdi. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ona ayrılmış torpaq sahəsindən kənara heç bir qazıntı işləri aparmamışdır. Akt tərtib olunarkən ona yeni qurumun yaradılması deyilmiş və o, akta imza atmışdır. Akt tərtib olunarkən ona məxsus ərazidən kənarda qazınıtı işlərinin aparılması ilə bağlı heç nə deyilməmişdir. 2017-ci ildən sözügedən ərazidən çıxmış və heç bir fəaliyyət göstərməmişdir. Odur ki iddia tələbinin təmin olunmamasını xahiş edir. Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, yoxlama aparılan zaman reyestrdən çıxarış olmalı idi. Təqdim olunmuş sübutlar qazıntı işlərinin X9 tərəfindən aparılmasını təsdiq etmir. Ona görə də, iddia tələbinini təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 24.09.2019-cu il tarixli 01230 nömrəli dağ-mədən ayırması aktınn surətindən görünür ki, fiziki şəxs Akif Musayevə “Tərtərçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə 0.5 hektar torpaq sahəsi istifadəyə verilmişdir. X10 X1 63318 nömrəli, 09 sentyabr 2020-ci il tarixli aktının surətindən görünür ki, 09 sentyabr 2020-ci il tarixdə Tərtər rayonu Sarıcalı kəndində yerləşən fiziki şəxs Akif Musayevə ayrılmış əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilərkən mərz nişanlarının düzgün yerdə quraşdırılmaması, köhnə “Dağ-mədən ayırması” aktında 2,5 ha torpaq sahəsinin ayrılması, buna baxmayaraq 24 sentyabr 2019-cu il tarixli yeni “Dağ-mədən ayırması” aktında sahibkara yalnız 0,5 ha torpaq sahəsinin ayrılması, lakin istismar işlərinin kənarda olan 1 ha sahədə bütün sahəboyu orta istismar dərinliyi 09-20 m dan digər sahədə aparılması, 1 ha torpaq sahəsində çayın sağ sol hissələrində istismar işlərinin aparılması qeyd edilmişdir. X10 X1 İdarə Heyətinin 09 dekabr 2020-ci il tarixli qərarı ilə 21.09.2019-cu il tarixli 01230 nömrəli dağ-mədən ayırması aktı ilə Akif Musayevə verilmiş yerin təkindən istifadə hüququ 3 ay müddətinə dayandırılmışdır. X10 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli qərarı ilə 24.09.2019-cu il tarixli 01230 nömrəli dağ-mədən ayırması aktı ilə Akif Musayevə verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə ziyan vurulduğunu iddia edərkən, tələbinin əsası kimi X10 X1 63318 nömrəli 09 sentyabr 2020-ci il tarixli aktına istinad etmişdir. Həmin aktın məzmunundan göründüyü kimi, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsindən kənarda qanunsuz hasilat işlərinin aparıldığı təsdiq edilsə də, bu işlərin məhz cavabdeh tərəfindən aparıldığı təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyanın cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyindən, iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-733/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-733/2021
21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver