Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-735/2021 21.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X2 X11 nümayəndəsi X4, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X10 X2 X11 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X2" X14 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 441 000 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal bazasının bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X3 Nazirliyi (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qumçınqıl yatağında 15 avqust 2018-ci il tarixli 01059 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) ayrılmış 30 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X15” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda ərazidə 126 000 m3 həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 15-20 metrdən artıq olduğu müəyyən edilmişdir. 9 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 04/20 nömrəli, 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay müddətinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 27 may 2021-ci il tarixli 39 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 126 000 m3 * 5 manat *0.7 = 441 000 manat, ümumilikdə 441 500 manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin ərazi sahibkarlar arasında paylanmış, orada boş ərazi yoxdur, müəssisəyə ayrılmış sahədən kənara çıxılmamış. "xxxx" ASC öz istifadəsində olan torpaqdan istifadə edir və ondan kənarda hər hansı işlər aparmır. Kənara çıxılma 2018-ci ildə olmuş və buna görə də 91.000 manat zərər ödəmişdir. Qeyd edilən ərazidə kimin hasilat işləri aparmasını bilmir, həmçinin, həmin ərazidə “Polat” və “Baybrut” şirkətləri də qazıntı işləri aparmışlar. Agentliyin əməkdaşları tərəfindən aparılan yoxlama qeyri-qanuni və qərəzli olmuş, yoxlamaların aparılması dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Odur ki, tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. İş materiallarına əlavə olunmuş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixxli, 43 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından qeyd edilir ki, 15 avqust 2019-cu il tarixli 01059 nömrəli “dağ mədən ayrılması” aktı ilə "xxxx" ASC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilmişdir. X10 X2 tərəfindən tərtib olunmuş 09 sentyabr 2020-ci il tarixli 63314 nömrəli aktda qeyd edilir ki, dağ mədən işlərinin inkişaf planı FHN ilə razılaşdırılmamış, 2020-ci il üçün dağ mədən işlərinin inkişaf planı üçün DMXEİA-ə istismarçının nümayəndəsinin bildirdiyinə görə razılıq göndərilmiş, 1) 675250x98,4470917x67; 2)675268x38,4470800x69; 3)675100x83,4470776x54; 4)674981x608,4470784x54; 5)674963x80,4470904x29; 6)675023x82, 4470937x86 kimi razılaşdırılmış, nümayəndə tərəfindən göstərilən sahə isə qeyd edilən koordinatlardan 2200 m şərqdə yerləşmiş, qeyq edilən sahənin 4 ha hissəsinə baxılaraq istismar işlərinin aparılmaması müəyyən edilmişdir, digər 26 ha torpaq sahəsinin koordinatları isə 1) 673 226x55,447 0104x31; 2) 673 150x96, 4469821x29; 3)672 224x81, 4469896x39; 4)672 189x28, 4470159x46 sahədə istismar sahələrinə baxış zamanı isə ayrılmış sahənin hüdudları daxilində və kənarda olmaqla işlər aparıldığı, əsasən 4 sahədə istismar işləri getmiş, onlardan üçü koordinatlar daxilində və biri isə kənara çıxmaqla aparılıb. 1-ci sadə 0,42 ha, orta istismar dərinliyi 3 m, 2-ci istismar sahəsi orta dərinliyi 10-20 m, 3-cü istismar sahəsi 0,16 ha. Orta istismar dərinliyi 3,5 m, 4-cü istismar sahəsi karxana sahəsindən qərbdə aparılıb, orta dərinliyi isə 15-20 m olmaqla 2 ha sahədə istismar işləri aparılıb, aparılan istismar işləri nəticəsində həmin sahədə dərinliyi 1,5-2 m olan su hövzəsi əmələ gəlmişdir, hər iki ərazidə mərz nişanları qoyulmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 01059 nömrəli “dağ-mədən ayrılması” aktının surətində “Tərtərçay” qum-çınqıl yatağında "xxxx" ASC-yə 30 ha sahə 5 il müddətində ayrılması əks olunmuşdur. Məhkəmə hesab edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtlərdəndir. Ona görə ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin rədd edilməsinə səbəb olur. İddiaçı tərəfin tərtib etdiyi 09 sentyabr 2020-ci il tarixli 63314 nömrəli aktın məzmunundan göründüyü kimi cavabdehin istifadəsində olan torpaq sahəsindən kənarda hasilat işlərinin aparılması göstərilmiş olsa da, bu işlərin kim tərəfindən və hansı texnikadan istifadə etməklə aparılması barədə heç bir fakt və ya məlumat qeyd olunmamışdır. Sübut kimi təqdim olunan fotoşəkillər yerin vəziyyətini əks etdirmiş olsa da belə işlərin kim tərəfindən aparılmasını təsdiq etmir. Qeyd olunan çatışmazlıqlar fotoşəkillər və 09 sentyabr 2020-ci il tarixli aktı sübut kimi əhəmiyyətsiz edir. Cavabdeh "xxxx" ASC-yə məxsus 30 ha torpaq sahəsinin yaxınlığında olan ərazidə hasilət işlərinin görülməsi, bu işlərin məhz həmin hüquqi şəxs tərəfindən aparılması barədə nəticəyə gəlməyə əsas vermir. Güman və ehtimallara əsaslanan tələb əsaslı sayılmır. Qeyd olunan ərazidə hasilat işlərinin "xxxx" ASC tərəfindən aparılması iş üzrə sübutlarla təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından 30 manat dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı "X10 X2" X11 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 441 000 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineralxammal bazasının bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-735/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-735/2021
21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver