Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-736/2021 02.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 X9 nümayəndəsi X4, cavabdeh Cavabdeh nümayəndəsi Vəkil İnqilab oğlunun iştirakı ilə, İddiaçı X8 X1 X9 cavabdeh Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1" X11 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 542 500 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal bazasının bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X2 Nazirliyi (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qumçınqıl yatağında 24 iyul 2017-ci il tarixli 00990 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə Cavabdeh MMC = cavabdeh) ayrılmış 5.5 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X12” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda ümumi sahəsi 3.1 ha olan ərazidə 155 000 m3 həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 5 metrdən artıq olduğu müəyyən edilmişdir. sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 09/20 nömrəli, 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay ərinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 27 may 2021-ci il tarixli 39 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 155 000 m3 * 5 manat *0.7 = 542 500 manat, ümumilikdə 542 500 (beş yüz qırx iki min beş yüz) manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil İnqilab oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia qaldırılarkən qazıntı işlərinin kimin tərəfindən aparılması barədə sübut məhkəməyə təqdim olunmamış, belə ki cavabdehə ayrılan torpaq sahəsindən cəmi 30%ni istifadə etmiş və torpaq sahəsindən kənara çıxma halları olmamışdır, iddiaçının iddia ərizəsində qeyd etdiyi hasilat işlərinin aparılması üçün təxmini 2-3 il vaxt lazımdır, həmçinin, orada işləyən texnikaların da kimə məxsus olması barədə sübut təqdim edilməmişdir. Odur ki tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. İş materiallarına əlavə olunmuş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 00990 nömrəli aktının surətondən görünür ki, “Tərtərçay- qum-çınqıl yatağı” Cavabdeh MMC-yə qumçınqıl hasilatı məqsədi ilə istifadəyə verilmişdir. Dövlət Mineral X2 gentliyinin 63310 nömrəli, 08 sentyabr 2020-ci il tarixli aktının surətindən görünür ki, mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilərkən icarə müqaviləsinin bitmə tarixinə az qaldığı üçün dağ mədən işlərinin inkişaf planı razılaşdırılmamış olması, əraziyə baxış keçirilərkən mərz nişanlarının olmaması, nümayəndənin isə mərz nişanlarının qoyulması ilə bağlı müraciət edildiyini bildirməsi, istismar sahəsinin yoldan 50 m məsafədə, körpüdən 960 m məsafədə yerləşməsi, 2,5 ha və 3 ha torpaq sahələri arasındakı ərazisində öncədən istismar işlərinin aparılması qeyd edilmişdir. Bərdə və Tərtər rayonları ərazisində Tərtər çayı vadisində “Tərtərçay” qum-çınqıl qarışığı yatağnda olan karxanaların faktiki fəaliyyətlərinə keçirilmiş baxışın nəticələrinə dair tərəflərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 27-28 may 2021-ci il tarixli aktın 3cü hissəsindən görünür ki, "xxxx" MMC-yə məxsus 5,5 ha karxana sahəsində bir ekskovator və bir yük avtomobili ilə karxananın istehsal sahəsində daş qırıcı qurğu olmaqla istismar fəaliyyətini davam etdirilməsi müşahidə edildi. Aktın məzmunundan göründüyü kimi "xxxx" MMC özünə məxsus 5,5 ha sahədən kərdarda deyil, onun sərhədləri daxilində işlər aparmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan aktlar ayrı-ayrı vaxtlarda tərtib olunmuşdur. İddiaçı tələbində 08 sentyabr 2020-ci il tarixli akta əsaslanır. Lakin, 27-28 may 2021-ci il tarixlər üzrə akt da iddia tələbi məhkəmədə qaldırılan vaxta qədər olan vəziyyəti əks etdirir. Həmçinin aktın tərtibində hüquqi şəxsin rəhbərinin iştirakı təmin edilmişdir və aktda qeyd edilən məlumat əvvəlki akta nisbətən daha dolğun məzmuna malikdir. Ən başlıcası isə odur ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtərdəndir. Ona görə ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin rədd edilməsinə səbəb olur. İddiaçı tərəfin tərtib etdiyi 63310 nömrəli, 08 sentyabr 2020-ci il tarixli aktın məzmunundan göründüyü kimi cavabdehin istifadəsində olan torpaq sahələrini arasında yerləşən ərazidə hasilat işlərinin aparılması göstərilmiş olsa da, bu işlərin kim tərəfindən və hansı texnikadan istifadə etməklə aparılması barədə heç bir fakt və ya məlumat qeyd olunmamışdır. Sübut kimi təqdim olunan fotoşəkillər yerin vəziyyətini əks etdirmiş olsa da belə işlərin kim tərəfindən aparılmasını təsdiq etmir. Qeyd olunan çatışmazlıqlar fotoşəkillər və 08 sentyabr 2020-ci il tarixli aktın sübut kimi əhəmiyyətsiz edir. Cavabdeh MMC-yə məxsus 2,5 ha və 3 ha torpaq sahələri arasındakı ərazidə hasilət işlərinin görülməsi, bu işlərin məhz həmin hüquqi şəxs tərəfindən aparılması barədə nəticəyə gəlməyə əsas vermir. Güman və ehtimallara əsaslanan tələb məqbul sayılmır. Tək, 27-28 may 2021-ci il tarixlər üzrə tərtib edilən aktda həmin ərazidə fəaliyyət göstərən 12 sahibkarlıq subyektinin adı qeyd olunmuşdur. Qeyd olunan ərazidə hasilat işlərinin Cavabdeh MMC tərəfindən aparılması iş üzrə sübutlarla təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından 30 manat dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı "X8 X1" X9 Cavabdehnə qarşı cavabdehdən “Tərtərçay” yatağında faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 542500 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-736/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-736/2021
02.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver