Məhkəmə qərarları › İş №e-2-2(115)-736/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-736/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-736/2024 29.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və X2 150000 manat əsas borcun və 9000 manat faiz borcu olmaqla, cəmi 159000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və X4 təsis etdikləri Cavabdeh2 MMC-nin fəaliyyət göstərməsi üçün illik 20% şərti ilə 155000 manat kredit vermişdir. Bununla bağlı Cavabdeh1 ilə aralarında 60000 manat pulun verilməsi barədə 26 dekabr 2016-cı il tarixli və 95000 manat pulun verilməsi barədə 15 avqust 2017-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 verdiyi 155000 manatın 5000 manatını Cavabdeh1 ona 2020-ci ildə qaytarmışdır. Cavabdeh2 MMC ilə aralarında bağlanmış müqaviləyə və tərtib edilmiş qrafikə əsasən həmin vaxtdan etibarən hər ay ona müxtəlif məbləğlərdə faiz ödənilmişdir. Cavabdeh2 MMC ilə aralarında 2023-cü ilin may ayında yenilənmiş qrafikə görə 2023-cü ilin may ayı da daxil olmaqla ona kredit verdiyi 150000 manatın faizi olaraq hər ay 2500 manat pul ödənilməlidr. 2023-cü ilin may-noyabr ayları üçün ona ödənişlər edilsə də, 2023-cü ilin dekabr ayından etibarən hər ay ödənilməli olan 2500 manat faiz borcu ona ödənilmir. Belə ki, 2023-cü ilin dekabr ayında Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 avtoqəza keçirib ağır xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Bundan sonra da Cavabdeh2 MMC fəaliyyətini davam etdirməsinə baxmayaraq, ona aylıq ödənilməli olan faiz borcu ödənilmir. 2024-cü ilin yanvar ayında Cavabdeh2 MMC-nin digər təsisçisi X6 tərəfindən ona yalnız 1000 manat ödənilmişdir. Buna görə hal-hazırda Cavabdeh2 MMC-nin ona 4 aya görə 9000 manat faiz borcu yaranmışdır. Cavabdeh1 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Gəncə Kommersiya Məhkəməsində cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 MMCqarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətini tətbiq edərək iddia ərizəsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizələr belə əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında borc münasibətləri müvafiq olaraq 2016 və 2017-ci il illərdə bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. Həmin kredit müqavilələrinin hər ikisi 2 il müddətinə bağlanmışdır. Əslində həmin pullar iddiaçıya geri qaytarılsa da, iddiaçı bu pulları yenidən tələb edir. Lakin iddiaçı bunun üçün tələb hüququ yaranan vaxtdan müvafiq olaraq 4 il və 5 ildən artıq vaxt keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Daha sonra İddiaçı iddia tələbini dəyişdirərək Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduğu 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 8 ay ərzində ödənilməməsinə görə 19000 manat pulun, ümumilikdə 169000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və X5 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin təsisçiləri Cavabdeh1 və X2 ona borclu olduqları 150000 manat əsas borcun və 9000 manat faiz borcun, ümumilikdə 159000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi 60000 manat pulun verilməsi barədə 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə və 95000 manat pulun verilməsinə dair 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsaslanmışdır. Həmin iddia tələbini dəqiqləşdirmək üçün hazırki ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, Cavabdeh1 ilə aralarında bağlanmış 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin fəaliyyət göstərməsi üçün 60000 manat, 15 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən isə 95000 manat borc vermişdir. İki kredit müqaviləsi üzrə Cavabdeh1 verdiyi 155000 manat pulun 12000 manatını xx.xx.2019-cu il tarixdə, 33000 manatını xx.xx.2019-cu il tarixdə Cavabdeh1 təhvil almışdır. Yerdə qalan 110000 manatın 62000 manatını xx.xx.2022-ci il tarixdə Cavabdeh1 təhvil almış, beləliklə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh1 ona 48000 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əlavə olaraq 100000 manat borc vermiş, Elçinə borc müqaviləsi bağlamaq üçün notariusa getmək lazım olduğunu bildirmiş, lakin Elçin daxili müqavilənin yetərincə hüquqi əsasının olmasını, həmçinin əvvəlki notarial kredit müqaviləsinin də qüvvədə olduğunu bildirməklə yenidən notariusa getməyə ehtiyac olmadığını bildirmişdir. O, Elçinin neçə illər onunla düzgün fəaliyyət qurduğunu və səmimi insan olduğunu bildiyi üçün onun dediyi kimi 2023-cü ilin may ayında verdiyi 100000 manata görə Elçinlə xx.xx.2023-cü il tarixdə daxili, yəni notariusa getmədən öz aralarında borc müqaviləsi bağlamışlar. Bununla da Elçinin ona ümumi borcu 148000 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə Elçin təklif etmişdir ki, aralarında ona olan borcu yuvarlaq olsun deyə əlavə olaraq ona 2000 manat borc pul versin. O həmən tarixdə Cavabdeh1 2000 manat vermişdir. Beləliklə Elçinin əvvəldən qalan 48000 manat borcu 50000 manat olmuş, 26 dekabr 2016-cı il tarixi kredit müqaviləsinin üzərində (baş tərəfində) Elçin öz əlyazması ilə bunu qeyd edib imza atmışdır. Bundan sonra Cavabdeh1 ona olan borcu ümumilikdə 150000 olmuşdur. Elçinlə aralarında olan razılığa görə, daha doğrusu Elçinin özünün təklifi ilə onun 150000 manat pulu onda qaldığı müddətdə, əsas borc yerində qalmaq şərtilə pulun dövriyyəsindən əldə etdiyi gəlirdən hər ay ona 2500 manat pul verməli idi. 2023-cü ilin may ayından noyabr ayınadək Elçin əldə etdiyi gəlirdən hər ay ona 2500 manat pul verirdi. 2023-cü ilin dekabr ayının əvvəllərində Elçin avtoqəza keçirmiş, lakin bu barədə onun 2024-cü ilin yanvar ayının 4-5 xəbəri olmuşdur. Belə ki, 2023-cü ilin dekabr ayı üçün ona pul keçmədiyini görmüş, Elçinin mobil nömrəsinə Whatsapp sosial şəbəkəsindən sms göndərmiş, lakin sms-ə Rövşən cavab vermiş və Elçinin avtoqəza keçirdiyini bildirmişdir. Bundan sonra Rövşən dekabr ayında ona ödənilməli olan 2500 manatdan birbank kartına cəmi 1000 manat pul göndərmişdir. Bundan sonra nə onun verdiyi əsas borcdan, nə də gəlirdən vəd olunan pul ona ödənilməmişdir. Belə ki, Rövşənin deməsinə görə Elçinin qardaşı X7 buna mane olur. Halbuki, Cavabdeh2 MMC hazırda da fəaliyyət göstərməklə yanaşı gəlir əldə edir. Cavabdeh1 ona hazırda 150000 əsas borcu və 19000 manat pulunun dövriyyəsindən hər ay vəd etdiyi 2500 manat pulun ödənilməməsi üçün borcu yaranmışdır. Bundan başqa o əvvəlki iddia tələbində Cavabdeh1 başqa qeyri şəxsləri də hazırki tələbə cavab verməli olan şəxs kimi göstərmişdir. Lakin o, 150000 manat borc pulu Cavabdeh1 vermiş, aralarında razılaşma onunla olmuşdur. Buna görə pulu da ona Cavabdeh1 qaytarmalıdır. Odur ki, digər cavabdehlərin iştirakına xitam verilməsini istəyir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduqları 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 8 ay ərzində ödənilməməsinə görə 19000 manat pulun, ümumilikdə 169000 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki iddia tələbinin dəyişdirilməsi barədə ərizədə qeyd edilənləri təkrarlamaqla əlavə olaraq ərizədə göstərmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində hazırki iddia tələbinə yalnız Cavabdeh1 cavab verməli olduğu hissədə yanlışlığa yol vermişdir. Belə ki, 100000 manatın verilməsinə dair xx.xx.2023-cü il tarixli borc müqaviləsi onunla Cavabdeh2 MMC arasında bağlanmışdır. Cavabdeh1 Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi kimi müqaviləni imzalamışdır. Odur ki, hazırki iddia tələbinə Cavabdeh2 MMC və Cavabdeh1 cavab verməlidir. Digər cavabdeh X6 ilə aralarında borc barədə hər hansı müqavilə və ya razılaşma olmadığından sonuncunun cavabdeh kimi iştirakına xitam verilməsini istəyir. X1 Cavabdeh2 MMC-nin təsisçilərindən biri olduğundan hesab edir ki, Cavabdeh2 MMC-yə qarşı iddia tələbi onun da maraqlarına toxunur. Buna görə X6 hazırki işdə 3-cü şəxs qismində iştirak etməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 50000 manat pulun, xx.xx.2023-cü il tarixli daxili kredit müqaviləsinə əsasən borclu olduğu 100000 manat pulun və gəlirdən hər ay vəd olunmuş 2500 manat pulun 11 ay ərzində ödənilməməsi, həmçinin 2023-cü ilin dekabr ayı üçün 1500 manat pulun ödənilməməsinə görə 29000 manat pulun, ümumilikdə 179000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənləri təkrarlamaqla əlavə olaraq ərizədə göstərmişdir ki, Cavabdeh1 vəd edilmiş 2500 manat pulu 2024-cü ilin 11 ayı ərzində ödəməmiş, 2023-cü ilin dekabr ayında isə 2500 manatdan yalnız 1000 manatı ona ödənilmişdir, qalan 1500 manatı ona ödənilməmişdir. Beləliklə, Cavabdeh1 vəd edilmiş 2500 manat pulun ona ödənilməməsi ilə bağlı 29000 borcu yaranmışdır (2500x11=27500+1500=29000). Bundan başqa Cavabdeh1 ondan pulu Cavabdeh2 MMC-nin fəaliyyət göstərməsi adı altında alsa da, o pulu Cavabdeh1 vermişdir. Buna görə pulu Cavabdeh1 tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, 2016-cı ildə "xxxx" MMC ilə onu Cavabdeh1 tanış etmişdir. Onlar belə bir razılığa gəlmişlər ki, o müəyyən qədər onlara pul versin və cavabdehin əldə etdiyi gəlirdən o da istifadə etsin. 2023-cü ilin may ayınadək hesablaşmalar əlbəəl olmuş, bundan sonra isə ona çatası pulun karta göndərilməsi barədə razılaşmışlar. Vəd olunmuş pulla bağlı hər hansı sənədi tərtib olunmamış, onlar bu barədə öz aralarında razılaşmışlar. O kartının nömrəsini Cavabdeh1 vermişdir. Ödənişləri Cavabdeh1 həyata keçirmişdir. Dekabr ayına kimi onun bank kartına məhkəməyə təqdim etdiyi ödəniş cədvəlinə uyğun olaraq hər ay pul ödənilmişdir. Belə ki, may ayı da daxil olmaqla noyabr ayınadək 2500 manat, dekabr ayı üçün isə 1000 manat ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edlməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbinə uyğun izahat verdi, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək göstərdi ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Çünki pul şəxsin mülkiyyətidir, mülkiyyətlə bağlı tələblərdə də iddia müddəti tətbiq edilmir. Şəxs hüquqularının pozulduğunu bildiyi andan iddia müddətinin axımı başlayır. İddiaçı 2023-cü ilin dekabrınadək hüquqlarının pozulduğunu bilməmişdir. Həmçinin əvvəlki müqavilələr 2023-cü ildə yenilənmişdir, ona görə iddia müddəti ötürülməmişdir. Odur ki, iddia tələbinin təmin edlməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizələrini müdafiə edərək izahatında göstərdi ki, onların mübahisəsi müqavilə ilə bağlı olduğu üçün 3 illik iddia müddəti tətbiq edilməlidir. 2018-ci ildə müqavilə üzrə ödənişin müddəti keçdiyi üçün iddia müddəti ötürülmüşdür. Sonradan aldığı qeyd edilən 2000 manatın özü ayrıca bir mübahisəli haldır, həmin pul verilmiş olsa belə bu müqavilənin davamı kimi sayıla bilməz. Müqavilə 2016-cı ildə 2 il müddətinə bağlanmış, artıq 2018-ci ildə iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. 50000 manatla əlaqədar 2018-ci ildə müqavilə müddəti bitmiş və 3 illik iddia müddəti ötürülmüşdür, sonradan əl yazısı ilə nə isə qeyd edilsə belə o müqavilənin tərkib hissəsi kimi nəzər alına bilməz. Bundan başqa iddiaçı tərəf 100000 manat pulu verilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin hüquqi şəxslə hesablaşmalar nağdsız qaydada apırıla bilərdi. Nə nağd, nə də nağdsız qaydada "xxxx" MMCnin hesabına pul keçməmişdir. İddianın digər hissəsində isə iddiaçı əldən çıxmış fayda istəyir, lakin müqavilədə faizin ödənilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Onlar ümumiyyətlə pulun nə nağd, nə də nağdsız qaydada verilməsini qəbul etmirlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 60000 manat məbləğində borc alana kredit verməyi, borc alan Cavabdeh1 isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, həmin sənədin üz tərəfinin yuxarı hissəsində 2000 (iki min) manat əlavə aldım ki, ümumi borcum 50000 (əlli min) manat elədi yazı mövcuddur. İş materiallarında olan 15 avqust 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 95000 manat məbləğində borc alana kredit verməyi, borc alan Cavabdeh1 isə krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 may 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı 100000 manat məbləğində pulu borc alana verməyi, borc alan Cavabdeh2 MMCnin adından səlahiyyətli nümayəndə kimi direktor Cavabdeh1 borcu xx.xx.2025-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Respublika Neyrocərrahiyə Xəstəxanası” X9 03 aprel 2024-cü il tarixli 29 saylı arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.2024-cü il tarixdən “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin Anesteziologiya Reanimasiya və İntensiv Terapiya” şöbəsində stasionar müalicədədir. Vəziyyəti apalik sindrom regetativ durum səviyyəsindədir. Nitq kontaktı qeyri-mümkündür. Psixoloji anlaqlı vəziyyətdə deyil. Tənəffüsü traxeostomik boru ilədir. Diaqnoz: “Keçirilmiş kəllə beyin travması və subdural hematomanın çıxarılmasından sonrakı vəziyyət. Apalik vegetativ vəziyyət”. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Respublika Neyrocərrahiyə Xəstəxanası” X9 30 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdən “Anesteziologiya, reanimasiya və intensiv terapiya” şöbəsində stasionar müalicədədir. Cavabdeh1 apolik vəziyyətdə olduğu üçün məhkəmə iclasında iştirak edib, izahat verəcək durumda deyildir. İş materiallarında olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Respublika Neyrocərrahiyə Xəstəxanası” X9 25 iyun 2024cü il tarixli S-124 saylı məktubu və Cavabdeh1 məxsus “Xəstənin stasionar tibbi kartından çıxarış” məhkəməyə daxil olmuş və çıxarışda Cavabdeh1 evə buraxıldığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Gəncə Şəhər Birləşmiş Xəsətəxanası” PHŞ Z.Məmmədov adına xəstəxana poliklinka şöbəsinin 08 iyul 2024-cü tarixli 28 nömrəli arayışından görünür ki, vətəndaş Cavabdeh1 xx.xx.2024-cü il tarixdən polikilinikada dispanser qeydiyyatına alınıb. Diaqnoz avtoqəza nəticəsində baş travması AKBT. Çoxsaylı beyin kontuziyası. Subdural, eoidural hematoma. Sol gicgah sümüyündə, əsas sümüyündə sınıqlar üz və bədənin çox saylı səyrılmış-çapılmış yaraları. Sol dizin vətər travması. Travmatik şok. Nitqin pozulması (Nitq kontraktının qeyri-mümkünlüyü.) Psixi inkişafdan geri qalma. Xəstə həkim – novropatoloq X3 nəzarəti altında yataq rejimində müayinə və müalicə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin kserosurətinin yuxarı hissəsində 2000 manat əlavə aldım ki, ümumi borcum 50000 manat elədi. xx.xx.2023-cü il. Cavabdeh1” yazılarındakı “(iki min” əlavə aldım ki ümumi borcum (əlli min” manat elədi.-cü il. Cavabdeh1” yazıları və “Cavabdeh1” yazıları qarşısındakı imza, mülki işin 49-cu vərəqində olan 01 may 2023-cü il tarixli borc müqaviləsində “Borc alan” qrafasındakı imza və “Cavabdeh1” yazıları, mülki işin 47-ci vərəqində olan 15 avqust 2017-ci il tarixli Kredit müqaviləsində “Borc alan” qrafasındakı imza və “Bağırov” yazısı, mülki işin 46-cı vərəqində olan 26 dekabr 2016-cı il tarixli Kredit müqaviləsində “Borc alan” qrafasındakı imza və “Bağırov” yazısı- Eyni Şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin surətinin yuxarı hissəsində olan “2000 (iki min) manat əlavə aldımki ümumi borcum 50000 (əlli min) manat elədi xx.xx.2023-cü il Cavabdeh1” əlyazılar və imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqatın dəyəri isə 126 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mübahisənin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 26 dekabr 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, borc verən İddiaçı borc alan Cavabdeh1 60000 manat məbləğində borc vermişdir. Kredit müqaviləsinə əsasən borc alan krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin borc məbləğindən 12000 manatını xx.xx.2019-cu il tarixdə təhvil almışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin müqavilə üzrə 2000 manat əlavə pul alaraq ümumi borcunun 50000 manat etdiyini əl yazısı ilə müqavilənin surətində qeyd etmişdir. Bundan başqa İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanmış, borc verən İddiaçı 100000 manat məbləğində pulu borc alana verməyi, borc alan Cavabdeh1 borcu xx.xx.2025-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan Cavabdeh1 Cavabdeh2 MMC-nin adından səlahiyyətli nümayəndə kimi direktor olaraq müqaviləyə imza etdiyini qeyd etsə də müqavilənin məhz Cavabdeh2 MMC ilə bağlandığı müəyyən edilmir. İddiaçı may ayı daxil olmaqla noyabr ayları üzrə Cavabdeh1 tərəfindən 7 ay müddətinə 2500 manat, dekabr ayı üçün 1000 manat ona ödəniş etdiyini bildirmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında uzun illər borc münasibətləri olmuş, Cavabdeh1 2016-cı il tarixdə aldığı 60000 manat pulun 12000 manatını qaytarmış, 48000 manatı qalmış, sonradan isə əlavə olaraq 2000 manat alaraq 50000 manat borcun qalmasını təsdiq etmişdir. Qeyd edilən 50000 manat borcdan isə ödəniş etməmişdir. Ona görə də 50000 manat pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilmiş iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında uzun müddət, yəni 2016-cı il tarixdən 2023-cü ilin dekabr ayınadək borc münasibətləri davamlı xarakter daşımış, tərəflər arasında qeyd edilən müqavilələrdən əlavə də 15 avqust 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 95000 manat məbləğində borc vermiş, həmin borc məbləğindən xx.xx.2019-cu il tarixdə 33000 manat, xx.xx.2022-ci il tarixdə 62000 manat ödəniş edilmişdir. Tərəflər arasında davamlı olaraq borcun alınması və ödənilməsi ilə bağlı münasibətlər davam etmişdir. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinə əsasən 2000 manat əlavə pul alaraq ümumi borcunun 50000 manat etdiyini öz imzası ilə təsdiq etmişdir. Borc verən isə İddiaçı isə bununla razılaşmışdır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 yaranmış 50000 manat borcu isə hansı tarixədək ödəyəcəyini qeyd etməmiş, həmin borcun hansı tarixədək ödənilməsi ilə bağlı tərəflər arasında razılıq olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərindən irəli gələn 3 illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bundan başqa yuxarıda qeyd edildiyi kimi İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2023cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən İddiaçı 100000 manat məbləğində pulu borc alana verməyi, borc alan Cavabdeh1 borcu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı təmin məbləğlərdən 2023-cü ilin may ayı daxil olmaqla noyabr ayı ərzində 7 ay müddətində 2500 manat, dekabr ayı üçün isə 1000 manat ödəniş etdiyini qeyd etmişdir ki, 100000 manatın 18500 manatı iddiaçıya ödənilmişdir. Ona görə də 01 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 81500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, hər iki müqavilə üzrə 131500 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin cavabdehlə pul dövriyyəsindən əldə edilən qazancın ona vəd edildiyini, cavabdehin ödədiyi 18500 manat pulun həmin vəd olunmuş pul olmasını, dekabr ayı üçün 1500 manat, digər aylar üçün isə 2500 manatdan olmaqla 29000 manat pulun cavabdehdən alınmasını xahiş etsə də cavabdehə borc verərkən əsas məbləğ qalmaq şərti ilə ona əlavə qazancdan pay veriləcəyi ilə bağlı razılaşmalarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olduğu üçün iddiaçı tərəfindən məhkəməyə ödənilməli olan 469 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, 01 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 81500 manat, cəmi 131500 (bir yüz otuz bir min beş yüz) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Cavabdeh1 469 (dörd yüz altmış doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar