Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-738/2024 22.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, X2 və Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 68750 manatın, 26250 manat mənəvi zərərin və ödənilmiş 375 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 rayonu Quşqara kəndində yerləşən İddiaçı MMC-də direktor müavini vəzifəsində işləyir. 2022-ci ilin mart ayının sonlarında Cavabdeh1 atasının mülkiyyətində olan, Goranboy şəhərində yerləşən torpaq sahəsində klinika tikdirmək istədiyini və bunun üçün ona beton lazım olacağını bildirmişdir. Odur ki, Cavabdeh1 ilə betonun qiyməti və aldığı betonun pulunu isə hər ayın iyirmisində ödəniş edəcəyi barədə razılaşmışlar. Bundan sonra Cavabdeh1 sifarişi əsasında Goranboy şəhərində klinikanın tikilməsi ilə bağlı beton verilmiş və danışdıqları kimi verilmiş betonun ödənişləri də ilk aylarda vaxtı-vaxtında edilmişdir. Lakin bir neçə aydan sonra cavabdehin sfarişi əsasında verilmiş betonun pulu gecikdirmələrlə ödənilmişdir. Sonrakı aylarda verilmiş betonun pulu soruşulduqda, hazırda maddi sıxıntıların olduğu, yaxın zamanda yığılmış borcun tam şəkildə ödəniləcəyi bildirilərək sifarişlər üzrə betonun verilməsi xahiş edilmişdir. Cavabdeh1 atası Goranboy rayonunda tanınmış imkanlı sahibkar olduğunu, Goranboy şəhərində böyük bir klinika inşa etdiklərini və ilk aylarda aldığı betonun ödənişlərini vaxtı-vaxtında etdiyini nəzərə alaraq onlarda böyük inam yaranmışdır. Bu səbəbdən də, klinikanın tikinti işləri başa çatanadək cavabdeh tərəfindən verilmiş sifarişlər üzrə beton verilmişdir. Lakin klinika tikilib başa çatdıqdan sonra Cavabdeh1 borcunu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar Goranboy rayon prokurorluğuna, Goranboy rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Goranboy rayon Polis şöbəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 eyni qayda ilə X13 ilə müqavilə bağlamış, həmin müqavilə üzrə ödəməli olan pulun yarısını ödəmiş, yerdə qalan hissəsini ödəniş etməkdən yayınmış, tikdirdiyi klinikanın plastik pəncərələrinin hazırlanmasını X10 şəxsən sfariş etmiş və pəncərələr hazır edilərək yerinə taxılmış, lakin Cavabdeh1 onun pulunun da bir hissəsini hal-hazıradək ödəməmişdir. Göründüyü kimi Cavabdeh1 müxtəlif bəhanələr gətirərək İddiaçı MMC-dən başqa bir neçə şəxslərin də pullarını tam olaraq ödəməmişdir. Həmçinin qərarda olan Cavabdeh1 izahatına əsasən Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməlidir. Sözügedən klinika Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərində tikildiyi üçün Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, Cavabdeh1 onlara müraciət edərək onlardan beton almaq istəmişdir. Bununla əlaqədar razılığa gələrək Cavabdeh1 sifarişi əsasında tikinti gedən əraziyə beton verilmişdir. Yəni müqaviləni Cavabdeh1 bağlamışdır. Aralarında yazılı sənədləşmə olmamışdır. Razılığa əsasən hər ayın ortası betonun dəyəri ödənilməli idi. İlkin aylarda razılığa əsasən ödəniş olmuşdur. Ödənişlər əsasən əlbəəl olmuş, bir dəfə də ödəmə bank vasitəsilə köçürmə yolu ilə aparılmışdır. Betonun dəyəri kubla hesablanmış, iddiaçının öz sürücüləri vasitəsi ilə iddiaçının özünün avtomobili ilə daşınmışdır. Betonun pulundan 171290 manat ödəniş edilmişdir. 13000 manat ödəniş bank vasitəsi ilə edilmiş, qalanı isə əlbəəl verilmişdir. Edilən bütün ödənişlər borcdan silinmişdir. Ümumilikdə onlar tikintiyə təxmini olaraq 244000 manat dəyərində 2899.5 kub beton göndərmişlər. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, məhkəmə iclasında Cavabdeh2 diqqətə çatdırmışdır ki, həm torpaq sahəsi, həm də qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətinə verilmişdir. Qeyri-yaşayış binası rəsmiləşdirilmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl polisə müraciət edildiyi vaxt Cavabdeh1 izahatında bildirmişdir ki, alqı-satqı məsələlərini podratçıya həvalə etmişdir. Lakin sonrakı mərhələlərdə Cavabdeh1 tikinti ilə bağlı avadanlıqları özü şəxsən alqı-satqıları həyata keçirərək almışdır. Sırf alqı-satqılar Cavabdeh1lə həyata keçirilməmişdir. Bu zaman onun atası Cavabdeh2 də iştirak etmişdir. Cavabdeh2 Goranboy rayonunda nüfuzlu sahibkardır. Təməl mərasiminin şəkillərindən də göründüyü kimi Cavabdeh1 atası Cavabdeh2 də orda iştirak etmişdir. Onların hesabına Cavabdeh2 köçürmə həyata keçirmişdir. Bütün proseslərdə Cavabdeh1lə yanaşı atası Cavabdeh2 şəxsən iştirak etmişdir. Həm onların, həm də qarşı tərəfin təqdim etdiyi sübutlar, eyni zamanda Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Cavabdeh1 səmimi olmayan izahatı, həmçinin Cavabdeh2 məhkəmənin hazırlıq iclasında çıxışı, təqdim olunmuş sübutlar, audo səs yazıları, təqdim edilmiş qaimələr, məhz cavabdehlərin tikintinin aparılmasında şəxsən iştirak etdiklərini, sifarişlərin Cavabdeh1 tərəfindən verildiyini, Cavabdeh1lə Cavabdeh2 birlikdə tikintinin aparılmasında iştirak etdiklərini təsdiq edir. Buna görə də onların hər ikisini işə cavabdeh qismində cəlb etmişlər. Cavabdeh3 ona görə cavabdeh hesab edirlər ki, Cavabdeh1 bildirmişdir ki, o beton sifariş verməmişdir, onun işlərini Cavabdeh3 görmüşdür, o pulu Cavabdeh3 vermişdir, betonun pulunu Cavabdeh3 verməlidir. Məhkəməyə təqdim olunan fotoşəkillərdən də göründüyü kimi tikintinin getdiyi ərazidə məhz "xxxx" MMC-yə məxsus maşınlar dayanmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, betonun bütün alqı-satqısında özü şəxsən iştirak etmişdir. Belə ki, Cavabdeh3la onlar qarşılıqlı fəaliyyət göstərirlər. Cavabdeh3 özü də Cavabdeh2lə əvvəllər iş görmüşdür. Cavabdeh3 ona Cavabdeh2 xəstəxana tikəcəyini, tikintinin ustalığını edəcəyini bildirmiş və ona gəlib Cavabdeh2lə tanış olmağını təklif etmişdir. Cavabdeh3 özü tikintinin aparılacağı yerə gedəndə onu da çağırmış və o ilk dəfə Cavabdeh2 orada görmüş, ancaq orada danışıqları olmamışdır. Cavabdeh3 onu Cavabdeh2 təqdim etmiş və daha sonra sağollaşıb ayrılmışlar. Betonun dəyəri ilə bağlı qiymətləri Cavabdeh3 vermişdir ki, o, Cavabdeh1 təqdim etsin. Onlar qiymətləri təqdim etdikdən sonra gedib Cavabdeh1lə tanış olmuşlar. Cavabdeh1lə tikintinin qarşısında o və Teymur Hacıyev görüşmüşlər. Onlara həmin torpaq sahəsində klinika tikəcəklərini və bunun üçün beton aldıqlarını demişdir. Cavabdeh1lə şifahi qaydada alqı-satqı ilə bağlı razılaşmışlar, öhdəlik götürən şəxs isə Cavabdeh1 özü olmuşdur. Cavabdeh1 özü ona müqavilə bağlamağın porblem olduğunu bildirmişdir. Bundan başqa onlar Cavabdeh2 qardaşı ilə uzun müddət problemsiz qarşılıqlı fəaliyyət göstərmişlər. Həmçinin Cavabdeh3la da əvvəllər problemləri olmamışdır. Ona görə də aralarında yazılı müqavilə bağlamamışlar. Cavabdeh1lə dəfələrlə görüşmüş, Cavabdeh1 həmin torpaq sahəsinin ona məxsus olduğunu, betona görə xərcləri özünün ödəyəcəyini bildirmiş, ödənişi öz üzərinə götürmüşdür. O, tikintinin rəhbəri kimi Cavabdeh1 tanımışdır. Cavabdeh1 özü işin başında olmuş, beton maşınları tikintiyə gedəndə özü onları qəbul etmişdir. Yükü çatdıra bilmək üçün öz maşınlarından başqa kənardan əlavə beton maşınlarından da istifadə etmişlər, əlavə təxminən 4-5 maşından istifadə etmişlər. Tikinti getdiyi müddət ərzində bir neçə dəfə həmin əraziyə getmişdir. Həmçinin bir dəfə Cavabdeh1 gecə pompada problem olduğunu və bununla əlaqədar gəlməyini xahiş etmişdir. Sonuncu dəfə onlar həmin tikiliyə təxminən döşəmə üçün beton vermişlər. Tikilinin ərsəyə gəlməsi üçün əsas betonlar onlardan alınmışdır. Zavodda qeydiyyat dəftərinə hansı tarixdə neçə kub mal satıldığını qeyd etmişlər. Malları göndərəndə sürücülərə qaimə vermişlər, qaiməni də sürücülər betonu təhvil verərkən orada təqdim etmişlər. Pul ödənişlərinin hamısını əlbəəl Cavabdeh1 nağd olaraq götürmüş, bir dəfə isə Cavabdeh2 götürmüşdür. Ödənişlər bir neçə dəfə yol üstü görüş zamanı verilmişdir. Tərəflərindən bir dəfə qaimə göndərilmiş və həmin qaimə köçürmə yolu ilə onlara ödənilmişdir. Hətta bir neçə dəfə pul almaq üçün tikintiyə də getmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 həmçinin izahatında göstərdi ki, Cavabdeh1 qalan borcdan uzağı həftədə onlara 5000-10000 manat ödəniş edə biləcəyini demişdir. Betonu tamamilə verib qutardıqdan sonra qalıq borc ödənilmədiyinə görə onlar Cavabdeh1 yanına getmişlər, içəri girəndə isə Cavabdeh1 polis çağıracağını və ona hər hansı borcunun olmadığını bildirmişdir. Cavabdeh1 otağında onları hədələdikdən sonra Cavabdeh3 "xxxx" MMC-yə borcunun olub-olmadığını soruşmuş, Cavabdeh3 isə borcun Cavabdeh1 aid olduğunu bildirmiş, lakin Cavabdeh1 heç kəsə borcunun olmadığını demişdir. Verdikləri betonları, yükləri sənədləşdirməmə səbəbi isə bu günə qədər belə problemlə qarşılaşmadıqlarından olmuşdur. MMC təxminən 2010-cu ildən fəaliyyət göstərir, beton istehsal edir. Bu problemdən sonra artıq sifariş olunan zaman müqavilə əsasında fəaliyyət göstərirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, nə qədər beton lazım olduğunu və hansı tarixdə göndərilməli olduğunu ona Cavabdeh1 zəng edərək bildirmişdir. Ləngimə olanda da Cavabdeh1 özü şəxsən zəng etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirdi ki, o bütün işlərdə iştirak etmişdir. Belə ki, o, Şahzadə Məmmədov və Rüstəm Mehdiyev vasitəsi ilə Cavabdeh1lə tanış olmuş, Cavabdeh1lə danışmış, razılıq əldə etmişlər ki, bünövrədən tutmuş dama qədər onlar tikinti aparsınlar. Və onlar ******* manata razılaşmışlar. Gəncə şəhərində Cavabdeh1 ona 50000 manat beh vermiş, bundan sonra o gedib bünövrənin tikintisinə başlamışdır. Tikinti Cavabdeh2 adına tikilmişdir. Tikintiyə onun oğlu Cavabdeh1 rəhbərlik etmişdir. Tikintinin aparılması ilə əlaqədar onların sənədləri olmamışdır. Onlar usta kimi tikinti aparanda hər hansı sənəd işlərinə qarışmamış, apardığı tikintinin çertyoju olsa da möhürü olmamışdır. Cavabdeh1 ona 500000 manatı əlbəəl, qalan pulu isə köçürmə yolu ilə ödəyəciyini bildirmişdir, lakin onun şirkəti olmadığı üçün bununla razılaşmamışdır. Daha sonra belə razılaşmışlar ki, Cavabdeh1 ona pulu o işi gördükcə hissə-hissə versin. Ona ******* manat pul verilmişdir, o bu pulu tikintiyə sərf etmişdir. İddiaçı ilə Cavabdeh1 o tanış etmişdir. İddiaçının qeyd etdiyi kub həcmində beton tikinti olan yerə gəlmişdir. Aldığı betonu istifadə edəcəyi yer onun tikinti aparacağı sahəyə aid idi. Betonun smeta dəyərini o özü yazmışdır. Beton zavod iddia ərizəsində qeyd edilən qədər betonu tikintiyə vermişdir. Betonun pulu ******* manata daxil idi. Betona görə qalan borcun ödənilməsi ilə bağlı aralarında danışıq olmuşdur. Belə ki, Nicatgil ya pulun ona verilməsini, onun betonun pulunu ödəməsini, ya da özləri vermələrini təklif etmişdir. Həmin danışıq zamanı indiyədək betonun pulunu Cavabdeh2 və Cavabdeh1 verdiklərindən, beton zavodun 250000 manata yaxın ödənişini özləri ödədiyindən, yekunda beton zavodun pulunu ona vermələrinə etiraz etmişdir. Belə ki, beton zavodun pulunu həmişə özləri vermişdilər, ******* manatın qalanını da ona verməyəcəkdilər. ******* manat pulu Cavabdeh1 ona verməmişdir, sadəcə müvafiq şəxslərlə Mustafayevləri o tanış etmiş, onunla birlikdə gedib həmin şəxslərə pul vermişlər, həmin pulu birbaşa onun özünə verməmişlər. Mübahisədən qabaq betonun pulunu aylıq 5000 manat ödəyə biləcəklərini bildirmişdilər, lakin razılıq əldə edilməmişdir. Daha sonra beton zavodun nümayəndələri gəlib Cavabdeh1 pullarını istəyən zaman əvvəlcə Cavabdeh1 betona görə qalan borcu ödəyəcəyini bildirmiş, lakin daha sonra isə heç nə verməyəcəyini və kimə istəyirlərsə şikayət edə biləcəklərini bildirmişdir. Həmçinin Cavabdeh3 izahatında göstərdi ki, əvvəlcə vaxtlı-vaxtında ödənişlər edilmişdir. Cavabdeh1 onların əməyindən sui-istifadə etmişdir. Cavabdeh1 onların, yəni digər işçilərin də alacağı vardır. Ondan başqa 5 nəfərin də hüquqları pozulmuşdur. Cavabdeh1lə o hesablaşma aparan zaman kimlərə nə qədər borcu olduğunu qeyd etmişdir. Səs yazısında Cavabdeh1 əvvəlcə ona qalan borcu onun öz üzərinə götməsini, belə olan halda beton zavod onunla razılaşacağını təklif etmiş, o isə iradını bildirərək borcu öz üzərinə götürməmişdir. O bütün çəkilişləri aparmışdır. Onda səs yazıları mövcuddur, şəkillər və görüntülər var, həmin görüntülərdə beton daşıyan maşınların nömrəsinə qədər düşmüşdür. O, hər dəfə beton gələndə beton dayışan həmin nəqliyyat vasitələrinin foto şəkillərini çəkmişdir. Həmçinin Cavabdeh3 izahatında göstərdi ki, "xxxx" MMC tərəfindən beton onun tikintidə görəcəyi işə görə verilmişdi, lakin Cavabdeh1 iddiaçının qalan borcunu ödəmədiyinə görə tikintiyə əlavə beton verilməsindən imtina etdilər. Ona aid olmayan, yəni binanın daxili işlərinin görülməsi ilə əlaqədar betonu Cavabdeh1 başqa şirkətdən almışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, tikinti Goranboy rayonunda aparılmışdır. Orada xəstəxana tikmişlər. Tikinti başlayan zaman torpaq sahəsi onun olmuşdur, lakin hazırda Cavabdeh1 adınadır. Oğlu tikintiyə başlayanda Cavabdeh3la tanış olmuş, daha sonra Cavabdeh3 onunla da tanış etmişdir. Danışıq aparmışlar və təxmini olaraq tikintini başa çatdırmaqdan ötrü bir milyon yarıma razılaşmışlar və iş başlamışdır. Cavabdeh3 işi tamamilə görüb qutarmışdır. Cavabdeh3 üzərinə götürdüyü öhdəliyi demək olar ki, yerinə yetirmiş, lakin axıra yaxın işi ləngitmişdir. Təxmini olaraq Cavabdeh3 ******* manat pul verilmişdir. Cavabdeh3 pulun verilməsi məhkəməyə təqdim etdikləri disklə sübut edilir. Cavabdeh3 diskdə olan video qeyddə pulun ona verilməsini etiraf edir. Cavabdeh3 tikintiyə alınacaq malları kimdən və ya haradan alması barədə məlumatı olmamışdır, malları Cavabdeh3 özü almışdır. “Qranit Beton" MMC ilə onun əlaqəsi olmamışdır. Cavabdeh3 və ya başqa şəxsin bu şirktədən beton alması ilə bağlı məlumatı olmamışdır. Onlar pulu Cavabdeh3 vermişlər. Onların şirkətindən isə “Qranit Beton" MMC-yə pul köçürülməmişdir. Tikintidə istifadə olunan materialları satan və ya icarəyə verən şəxslərə o görüşməmişdir. Cavabdeh3la aralarında narazılıq işin ləngiməsi ilə əlaqədar olmuşdur. Hazırda məhkəmədə baxılan məsələ ilə əlaqədar mübahisə isə tikinti qutarandan sonra olmuşdur. Tikilidə istifadə olunan ayna, qapı və s. materialların pulunun Cavabdeh3la əlaqəsi yoxdur, bununla Cavabdeh1 məşğul olmuşdur. Cavabdeh3 sadəcə binanın tikintisini aparmışdır. Bünövrənin qazılması, binanın tikilməsi, binanın damının düzəldilməsi işləri Cavabdeh3 aid olmuşdur. Binanın kosmetik işlərini başqa şəxs görmüşdür. Betonun tökülməsində istifadə olunan dirəkləri Cavabdeh3 icarəyə götürmüşdür. Cavabdeh1lə Cavabdeh3 arasında gedən danışıqla əlaqədar məlumatı olurdu. Cavabdeh3 vaxtında betona borcun olması barədə söz-söhbət olmamışdır. Cavabdeh3 təxminən ******* manat pul verilmişdir. Cavabdeh3 ona betona görə borcunun olmasını bildirməmişdir. Beton məsələsindən 5-6 ay sonra məlumatı olmuşdur. Prokrorluqda o izahat vermişdir ki, o betonun pulunu Cavabdeh3 vermişdir. Ancaq bununla bağlı "xxxx" MMC-yə hər hansı məlumat verməmişdir. Onların iddiaçıya hər hansı borcu yoxdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərdi ki, sifarişlər telefon vasitəsilə Teymur Hacıyevə bildirilmişdir, qarşı tərəfə veriləcək betonları o yığmışdır. Betonları maşına o yükləmişdir. Kimə getdiyini bilməsə də, ərazi olaraq Goranboya getdiyini bilmişdir. Kub olaraq həcmi bilməsə də, gün ərzində sifariş olunan maşınların sayını qeyd etmişdir. 1 maşın 10 m3 tuturdu. Təxminən 1500-dən artıq maşın göndərilmişdir. Betonlar xəstəxana tikintisi məqsədilə bir şəxsə göndərilmişdir. Aparılan danışıqların heç birində iştirak etməmiş, yalnız məhkəmə prosesində şahid qismində çağırılan zaman həmin şəxsləri görmüşdür. Ödənişləri ödəmədiklərinə görə məlumatı olmuşdur ki, borcları yaranıbdır. Borcun yarandığı dövrdə hələ binanın tikintisi başa çatmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərdi ki, o sürücü kimi Goranboy rayonunun ərazisində yerləşən xəstəxana tikintisinə beton aparmışdır. Betonları o daşımışdır. Həmin ərazi Goranboyun girişindən 50 metr solda yerləşir. Betonları xəstəxana tikilişi məqsədilə daşıdığını, betonları alan şəxsin adının isə Nicat olduğunu bilmişdir. İlk daşımaları həyata keçirən zaman qaimələri Nicat adlı şəxsə təhvil vermişdir. Lakin sonrakı dəfələrdə artıq qaimələrin başqa şəxsə təhvil verməli olduğunu bildirmişlər. Növbəti reyslərdə qaimələri həmin tikinti sahəsində mühafizəçi şəxsə təqdim etmişdir. Qaimələr 2 nüsxədə tərtib olunurdu. Nüsxənin biri sürücüdə qalmasına baxmayaraq o, həmin nüsxələri uzun müddət özündə saxlamamışdır. Qaimələri təqdim etdikdən sonra tikinti sahəsinin arxasına keçib yükü boşaltmışdır. Təxminən 20 reysdən artıq beton daşımışdır. Bina 3 mərtəbədən ibarət idi, ora ilk betonu apardığı zaman artıq müəssisənin son mərtəbəsi inşa edilirdi. Son mərtəbə inşa edildikdən sonra binanın arxasındakı yeraltı hovuzun tikintisi üçün yük daşımışdır. Sonuncu daşımasında artıq 2-ci mərtəbənin döşəməsi inşa olunurdu, yükü içəri daşıdığından əlavə betona ehtiyac olub-olmadığı barədə məlumatı olmamışdır. Betonun haraya və nə qədər tökülməli olması ilə bağlı göstərişi pompaçı olan Hafiz adlı şəxs vermişdir. Hafiz onların işçisi olmuşdur. O sonuncu reysində artıq müəssisə sonuncu mərtəbəyə qədər inşa edilmişdi. 1-ci mərtəbədən sonuncu mərtəbəyə qədər tikinti üçün betonlar onların müəssisədən, yəni "xxxx" MMC-dən alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərdi ki, Ona Goranboy rayonuna gedəcəyini Teymur Hacıyev demiş, yükü "xxxx" MMC-nin operatorundan təhvil almış, Goranboy rayonuna beton daşımışdır. Betonları təməldən son mərtəbənin tikintisinə qədər daşımışdır. "xxxx" MMC ilə alıcı arasında mübahisə təxminən tikintinin yarısında yaranmışdır. Onlardan başqa həmin tikiliyə beton gətirən olmamışdır. Həmin tikili təxminən 3-4 mərtəbə idi. O, sonuncu dəfə yük aparanda artıq tikilinin içəri hissəsi inşa edilirdi. Gün ərzində 6-7 dəfə yük daşımış, ümumilikdə neçə reys yük daşıdığı yadımda qalmamışdır. Yükü həmin müəssisənin sahibi və işçisinin göstərişi ilə boşaltmışdır. Yükü ondan keçəl bir kişi təhvil almış, kişinin adı yadında qalmamışdır, lakin görsə həmin şəxsi tanıyar. Gün ərzində onunla birlikdə 7-8 maşın həmin tikiliyə yük daşımışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərdi ki, sözügedən tikiliyə beton daşımışdır, yükü daşıdığı tikili Goranboy ərazisində yerləşirdi. Onlara yükü aparmaqlarını Teymur müəllim demişdir. Qeydiyyata alan isə operator Sənan idi. O, beton daşıyarkən tikili bünövrə mərhələsində olmuşdur. 2-ci mərtəbə inşa olunana qədər beton daşımışdır. Betonu Nicat adlı şəxsə təhvil vermişdir. Növbəti dəfələrdə isə yükü ağsaqqal kişi qarşılamışdır. Eşitdiyinə görə ağsaqqal kişi Nicatın atası idi. Sürücü olduğundan daşınan yükün həcmi barədə məlumatı olmamışdır. Daha sonra "xxxx" MMC ilə Nicat arasında problem olduğunu, yükün pulunun ödənilmədiyini eşitmişdir. O, sürdüyü maşın 13 m3 yük tutmuş, bəzən 10 m3,, bəzən də 11 m3 yük daşımışdır. Bünövrədən 2-ci mərtəbə inşa olunana qədər və arxada hovuz tikilən zaman yük daşımışdır. Onlara qaimələr 2 nüsxədə tərtib olunaraq verilmiş, 1 nüsxəsi onlarda qalmış, uzun müddət keçdiyindən nüsxələri itirmişdir. Onlar yük daşıdığı müddət ərzində başqa şirkətlərdən beton yükü daşınmasına rast gəlməmişdir. Gecə olanda təxmini 6-7 reys, gündüz isə 3-4 reys yük daşımışdır. O, beton daşıyan vaxtdan uzun müddət keçdiyindən tikilinin üstünün həmin ərəfədə vurulubvurulmadığı yadında qalmamışdır. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CMnin 178-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Goranboy şəhəri C.Cabbarlı küçəsində tkintisinə başladığı hospitalla əlaqədar mülki münasibətlərə uyğun olaraq aralarında yaranmış şifahi və yazılı müqavilə əsasında "xxxx" MMC-dən betonların alınması ilə bağlı ödəməli olduğu 240040 manat pulun 171920 manatını ödəyib qalan 68750 manat pulu ödəməməklə üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün mülki münasibətlər zəminində yaranmış münasibətlər pozulmuşdur. Material üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Goranboy şəhəri C.Cabbarlı küçəsində atası Xaliqin adına 50 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində hospital tikdirmək qərarına gəlmiş, bunun üçün isə müvafiq sənədləri hazır edib rəsmi qaydada icazələri aldıqdan sonra həmin 50 sot torpaq sahəsində 18 mart 2022-ci il tarixdə təməl atma işlərinə başlamış, bundan sonra hospitalın tikintisi başlanılmış, həmin hospitalın tikintisini podratçı Ramin Novruzova həvalə etmiş, belə ki, tikintiyə başlamamışdan öncə podratçı Ramin Novruzovla şifahi olaraq aralarında razılaşmışlar ki, Ramin Novruzov hospitalın tikintisinə başladıqdan sonra hospitalın tikintisini aparıb dam örtüyünü vurub köməkçi tikililəri tikib hasar çəkəcək. Bunun müqabilində isə podratçı Ramin Novruzova 1 milyon 500000 manat pul verməli olmuş, Ramin Novruzovla aralarında şifahi razılıq əldə etdikdən sonra Ramin Novruzov tikinti işlərinin bütün məsuliyyətini öz üzərinə götürmüş, yəni Ramin tikinti üçün lazım olan bütün avadanlıqları və ləvazimatları alıb təmin etməklə yanaşı tikinti işlərini aparmalı olmuş, o da bunun müqabilində Raminə pul verməli olmuş, lakin sonradan Ramin Novruzovun işləri razılaşmaya əsasən aparmadığını müəyyən etmiş, yəni Ramin Novruzov razılaşmaya əsasən işləri keyfiyyətli aparmamış, o da buna görə iki ay bundan əvvəl Raminlə aralarında olan razılaşmanın şərtlərini pozub onu işdən kənarlaşdırmışdır. Həmçinin o izahatında Teymur Hacıyevi tanımadığını, çünki Teymur Hacıyevi görmədiyini və ya onunla Goranboy şəhərində tikdirdiyi hospitala beton göndərilməsi ilə bağlı söhbəti olmadığını, bununla yanaşı razılaşmanın da olmadığını, hospitalın tikintisini Ramin Novruzova həvalə etdiyini, bunun müqabilində isə Raminlə aralarında olan şifahi razılaşmaya əsasən onun pulunu verdiyini, ümumiyyətlə Goranboy şəhərində tikdirdiyi hospitala hər hansısa bir şəxsdən tikinti avadanlıqları və ya başqa məmulat almadığını həmin işlərin hamısını Ramin Novruzovun etdiyini, tikdirdiyi hospitala konkret olaraq hansı şirkətlər tərəfindən beton göndərilməsini belə bilmədiyini, sadəcə olaraq Raminin ona hospitalın tikintisi ilə bağlı üç şirkətdən beton aldığını dediyini, Teymur Hacıyevi tanımadığını, Raminlə birlikdə beton göndərməsi ilə bağlı Teymura şəxsən özünün ödnişlər etmədiyini, atası Xaliqin ümumiyyətlə tikinti işlərinə qarışmadığı üçün nəyinki ödəniş etmək heç tikintinin gedişatı barədə belə heç bir məlumatı olmadığını göstərmişdir. Material üzrə izahatı alınmış Cavabdeh3 bildirmişdir ki, hospitalın 1 milyon 500 min manat pul müqabilində ona aid olan hissəsində tikinti işlərini apara biləcəyini demiş, hospitalın tikintisində isə ona aid olan hissə bünövrənin qazılması, beton konstruksiyaların işlənməsi, hörgü, dam örtüyü və çöl fasadın boyanması olmuş, Cavabdeh1 də bununla bağlı onunla razılaşmış, həmin vaxt Nicat ona beh olaraq 50 dollar pul vermiş, o da 16 fevral 2022ci il tarixdə Goranboy şəhərində gəlib Cavabdeh1 hospital tikdirmək istədiyi yerdə bünövrə qazıntısına başlamış, razılaşmaya əsasən tikintinin ona ad olan hissəsini altı ay ərzində Goranboy şəhərində tikilməsi nəzərdə tutulan hospitalın beton konstruksiya, hörgü, dam örtüyü və çöl fasadın boyanma işlərini tam başa çatdırmış, həmin vaxta qədər isə Cavabdeh1 ümumilikdə 1 milyon 239 min manat pul ödəniş etmiş, sonda isə Cavabdeh1 tikinti üçün borclu qaldığı 261000 manat pulu verməmiş, belə ki həmin 261000 manat puldan 135000 manatı gördüyü işə görə onun əmək haqqıdır. Qalan 126000 manat pul isə tikinti işləri zamanı alınaraq istifadə olunmuş məmulatların pullarıdır. Belə ki, Cavabdeh1 tikinti işləri aparan zaman iki şirkətdən beton götürmüş, həmin şirkətlərdən biri Göygöl şəhərində yerləşən "xxxx" MMC, digəri isə "xxxx" MMC olmuş, Cavabdeh1 tikinti işləri aparılan zaman Göygöl şəhərində yerləşən "xxxx" MMC-dən 240000 manat dəyərində beton, "xxxx" MMCdən isə 440000 manat məbləğində beton götürülmüş, Cavabdeh1 "xxxx" MMC-dən götürdüyü betona görə həmin şirkətə hissə-hissə pulları ödəmiş, sonda isə Cavabdeh1 həmin şirkətə 68750 manat pul borcu qalmış, Cavabdeh1 "xxxx" MMC-dən götürdüyü betona görə həmin şirkətə hissə-hissə pul ödəmiş, sonda isə Cavabdeh1 həmin şirkətə 13890 manat pul borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 144989 nömrəli qaimədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 15387,20 manat məbləğində betona dair qaimə ötürülmüş və həmin qaimə təsdiq edilmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin hesabına betonla bağlı 13040 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlaka dair arxiv arayışının verilməsi barədə məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2023-cü il tarixli **********27-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 adınadır. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,4896 torpaq sahəsində ümumi sahəsi 5177,40, otaq sayı 107 olan qeyri-yaşayış sahəsi **********27-06301 reyestr nömrəsi ilə Cavabdeh1 məxsusdur. Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,4896 olan torpaq sahəsi **********27 reyestr nömrəsi ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışında qeyd edilmişdir ki, Cavabdeh1 sifarişi əsasında Goranboy rayonu ərazisində tikilən klinikaya 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərilmiş, bundan 171290 manat ödənilmiş, 68750 manat borc qalmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X13 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 14 saylı xidmət müqaviləsindən və bank hesabından çıxarışdan görünür ki, icraçı sifarişçinin tapşırığına əsasən bütün layihələrdə aparılan tikintidə istifadəsi nəzərdə tutulan dəmir dirəklərin, cilouzların, ayaqaltıların quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 hesabından X7 hesabına 5350,43 manat vəsait köçürülmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, həmin tarixə "xxxx" MMC-nin Goranboy Klinikasının "xxxx" MMC-yə 90269,30 manat borcunun olması "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq olunmuşdur. İş materiallarında olan foto şəkillərdən görünür ki, tikinti sahəsinin ətrafında beton daşıyan maşınlar dayanmış və həmin maşınların üzərində "xxxx" MMC yazı vardır, maşınlardan tikintiyə beton boşaldılır. İş materiallarında olan foto şəkillərdən və video görüntüdən görünür ki, Goranboy rayonunda 232 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, yerli iş adamları, imago şirkətinin rəhbərləri Cesur bəy və Altan bəy, Çin xalq respublikasından Mindray şirkətinin beynəlxalq satış meneceri Yang Hang, rayon ictimayyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, səs yazısının tərəfləri olan iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 razılığı ilə tədqiq edilmiş audio diskdə olan səs yazılarından görünür ki, Osman, Nicat və Ramil arasında betonun borcu ilə bağlı mübahisə gedir, Nicat borcun Ramilin borcu olduğunu qeyd edərək Osmana deyir ki, “həmin torpağa gələn betondan Ramilin 70000 sizə verəcəyi var, mənim də Ramilə verəcəyim var, mən Ramilə verəcəm, o da sənin pulunu verəcək, söhbət budur”. Osman betona olan 70000 manat borcun kim tərəfindən ödəniləcəyi ilə bağlı Ramilə sual verir. Ramil də betona görə 70000 manat borcun Nicatın borcu olduğunu və Nicat tərəfindən ödəniləcəyini bildirir. İş materiallarında olan Cavabdeh2 tərəfindən təqdim edilmiş audio-video diskdə olan səs yazısından və görüntüdən görünür ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında tikintinin aparılması, malların alınması, tikintiyə nəzarət olunması, tikintiyə çəkilmiş xərclərlə bağlı müzakirələr aparılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində qeyri-yaşayış sahəsi, hospital inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin tikintisinə "xxxx" MMC tərəfindən beton verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin tikintisinə "xxxx" MMC tərəfindən betonun verilməsi iddiaçı tərəfin nümayəndələrinin izahatları, Cavabdeh3 izahatı, şahidlərin ifadələri, foto şəkillər, video görüntü, Cavabdeh2 tərəfindən edilən ödəniş qəbzi ilə təsdiq olunur. Verilən betonun miqdarına gəldikdə isə iddiaçı qeyd edir ki, 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərilmiş, bundan 171290 manat ödənilmiş, 68750 manat borc qalmışdır. Məhkəmə iclasında izahat verən və sözügedən qeyri-yaşayış sahəsinin bünövrəndən damının düzəldilməsinə qədər işləri həyata keçirən Cavabdeh3 inşa edilən tikintiyə iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən məbləğdə beton verildiyi, tələb olunan məbləğdə də borcun qaldığını bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da Cavabdeh3 "xxxx" MMC-yə verdiyi betonun pulundan 68750 manat borc qaldığını bildirmişdir. Bundan başqa audio diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, Osman, Nicat və Ramil arasında betonun borcu ilə bağlı mübahisə gedir, Nicat borcun Ramilin borcu olduğunu qeyd edərək Osmana deyir ki, “həmin torpağa gələn betondan Ramilin 70000 sizə verəcəyi var, mənim də Ramilə verəcəyim var, mən Ramilə verəcəm, o da sənin pulunu verəcək, söhbət budur”. Osman betona olan 70000 manat borcun kim tərəfindən ödəniləcəyi ilə bağlı Ramilə sual verir. Ramil də betona görə 70000 manat borcun Nicatın borcu olduğunu və Nicat tərəfindən ödəniləcəyini bildirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə verilən betona qalan borcun 68750 manat təşkil etməsi iş materialları ilə təsdiq edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı üç cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı borc məbləğinin, habelə mənəvi zərərin məhz Cavabdeh3dan, Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında betonun alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, həmin münasibətlərin tərəfində satıcı olaraq "xxxx" MMC alıcı olaraq Cavabdeh1 iştirak etmişdir. Belə qənaətə gələrkən məhkəmə Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına qeydə alınmasını, tikintinin məhz onun nəzarəti altında həyata keçirilməsini, betonun da həmin tikintinin inşası üçün verilməsini, iddiaçı tərəfin betonun alqı-satqısı ilə bağlı məhz Cavabdeh1 ilə razılaşdıqlarını, betonun pulunun məhz Cavabdeh1 tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik götürdüyünü bildirmələrini nəzərə alır. Digər cavabdehlərdən borcun tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 beton alqı-satqısı ilə bağlı razılaşması, alınacaq betonun pulunu verəcəyi ilə bağlı satıcı ilə razılaşması və pulun verilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin Cavabdeh2 oğlu Cavabdeh1 ilə müştərək cavabdehlik daşımasına əsas verən hallar mövcud deyildir. Digər Cavabdeh3 isə betonun pulunun Cavabdeh1 tərəfindən ona verilmədiyi, betona dair ödənişlər məhz sonuncunun həyata keçirdiyini bildirmişdir. İddiaçı tərəf də betonun alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə razılaşdıqlarını, betonun pulunu sonuncu və Cavabdeh2 tərəfindən ödənildiyi bildirilmişdir. Belə olan borc məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin cavabdehlərdən iddiaçıya vurulan mənəvi zərərin tutulması hissəsinə də münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qanunvericiliyin nörmalarından göründüyü kimi mənəvi ziyan tələbi fiziki şəxsin keçirdiyi mənəvi sarsıntı, iztirab nəticəsində ona vurulan zərərlə bağlı irəli sürülən tələblərə aiddir. Hazırkı halda isə iddiaçı hüquqi şəxsdir, ona mənəvi ziyan vurulmasından söhbət gedə bilməz. Hüquqi şəxs də işgüzar nüfuzunun müdafiəsi ilə bağlı hər hansi bir iddia tələbi işə çıxış etməmişdir. Odur ki, iddia qismən təmin edilməli, 68750 manat məbləğində borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 375 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 296 manat 95 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 68750 (altmış səkkiz min yeddi yüz əlli) manat pul və 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-738/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-738/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver