Məhkəmə qərarları › İş №e-2-2(115)-74/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-74/2021

19.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-74/2021 19.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 75 000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən istixananın qaz sayğacı ilk dəfə 05 avqust 2019-cu il tarixdə cavabdeh tərəfindən yoxlanılmışdır. Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında SS 29/1640-1387 nömrəli aktda qeyd edilmişdir ki, sayğac xətalarla işləyir, həmin xətalar normaya uyğundur və batareya tələb olunur. Cavabdehin ünvanladığı 16.09.2019-cu il tarixli debitor borc barədə məktubda iddiaçının istifadə olunmuş təbii qaza görə 01.09.2019-cu il tarixinə 47 588,60 manat ümumi borcu təşkil etdiyi göstərilmiş, bundan sonra cavabdeh təşkilat həmin sayğacı yenə də quraşdırmış, sayğac bir müddət işlədikdən sonra yenə söküb aparılmışdır. Bir müddət keçəndən sonra sayğacda problem olduğu yenə deyilmiş, iddiaçıya 190 000 manat borc hesablanmışdır. Həmin borcun 75 000 manat hissəsini əsassız hesab edir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Həmçinin bildirdi ki, razılaşma protokolunda yazılanları qəbul etmir. Qaz idarəsinin əməkdaşları qazın dayandırılacağı hədəsi ilə ona imza etdirmişlər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ilə 18 noyabr 2020-ci il tarixdə borcun ödənilməsi haqqında razılaşma protokolu imzalanmış və onun tərəfindən 184631,60 manat məbləğində borcunun olması qəbul edilmiş və 2021-ci ilin mart ayının 20-nə qədər ödəməyi öhdəsinə götürmüş, odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş: Təbii X1 pozulması haqqında ******* nömrəli, 09 mart 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Əhmədbəyli kəndində olan istixanaya quraşdırılmış sayğaca baxış keçirilərkən 29.11.2019-22.01.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1,58 bar korreksiya olunmuş maksimal qaz təzyiqi həcmi 697 kub metr, korreksiya olunmuş qaz həcmi 535 kub metr qeydə alınmışdır. Elektron göstərici Vm mexanizm göstəricidən 95 445 kub metr azdır. Sayğac sınaq qurğusuna qoyuldu, 1300 kub metr hava vuruldu. 21 oktyabr 2020-ci il tarixli, XN-01/13-850 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı 21.10.2020-ci il tarixə 204 638,60 manat borc pul hesablanmışdır. Abonentin saldosunun surətindən görünür ki, abonent İddiaçı aid istixanaya quraşdırılmış sayğaca əsasən ümumi borc 204 638,60 manat olmuşdur. Abonentin saldosunun surətindən görünür ki, qalıq və aktlar üzrə 2019-cu ilin avqust ayında 28992.80 manat, 2020-ci ilin mart ayında 30160.60 manat, 2020-ci ilin iyul ayında 6021.20 manat, ümumilikdə 65.174,60 manat sayğac göstəricisindən əlavə borc hesablanmışdır. Onlardan yalnız 2020-ci ilin mart ayında hesablanmış 30160.60 manatın təbii X1 pozulması haqqında ******* nömrəli, 09 mart 2020-ci il tarixli akt əsasında hesablandığı barədə cavabdeh tərəfindən sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi keçirilmiş yoxlama zamanı sayğacda nasazlığın olması halının istehlakçı tərəfindən yaranması halı sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. Qalıq və aktlar üzrə hesablanmış 2019-cu ilin avqust ayında 28992.80 manatın, 2020-ci ilin iyul ayında 6021.20 manatın hansı əsasla hesablanması təsdiqni tapmır. Cavabdeh tərəf bu barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, aktı tərtib etmiş, yoxlama keçirmiş və bu əsasla borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Hesablanmış borc əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. İstehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Ona görə də qaz təchizatı müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Məhkmə onu da qeyd edir ki, İddiaçı ilə 18 noyabr 2020-ci il tarixdə borcun ödənilməsi haqqında razılaşma protokolu imzalanmış və onun tərəfindən 184631,60 manat məbləğində borcun hissə hissə ödəniləcəyi bildirilmişdir. Həmin protokol iş məhkəmənin icraatında olduğu zaman imzalanmışdır. İddiaçı tərəf məhkəmə iclasında həmin sənədi kənar təsirlərin olduğu şəraitdə imzaladığını bildirmişdir. Göründüyü kimi həmin sənədin etibarlılığı mübahisə doğurur. Yuxarıda qeyd olunduğu kimi istehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Belə olan vəziyyətdə həmin sənədin sübut kimi mötəbərliyi kifayət dərəcədə azalır. Borcun əsaslı olması digər sübutlarla təsdiqini tapmalıdır. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 65 174,60 manat borcun borc əsaslı və qanuni hesablanması təsdiqni tapmadığından istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “İstehsalat Birliyi tərəfindən hesablanmış 65.174,60 manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar