Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-741/2025 19.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu Ərizəçi Maraqlı şəxsnə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ******* nömrəli barışıq sazişinə əsasən ödənilməli olan 10490,89 (ƏDV daxil) (on min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borcun məcburi icra edilməsi üçün həmin barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs MMC-dən tutularaq Qranit-Beton MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xüsusi icraat ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, xüsusi icraat ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan mediasiya prosesi nəticəsində bağlanılmış 23 oktyabr 2024-cü il tarixli barışıq sazişin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs Ərizəçinə olan 12490,89 manat borc pul məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın son iş gününə qədər 2000 manat olmaq şərti ilə, 6 ay ərzində, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 2490,89 manat ödəniş etməklə ödəməyi öhdəsinə götürür. Həmin Sazişin 3-cü bəndindən görünür ki, Maraqlı şəxs 12490,89 manat borc pul məbləğini hər ayın son iş gününə qədər ödəmədikdə və bu növbəti ayın 5 iş günündən artıq davam etdikdə, barışıq sazişi üzrə ödənilmiş borc çıxılaraq yerdə qalan borcun birdəfəlik ödənilməsi üçün məhkəmə qaydasında barışıq sazişinin icra edilməsi üçün 1-ci tərəf Ərizəçi Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, tərəflər öz aralarında bağladıqları 23 oktyabr 2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi ilə işin ərazi aidiyyətini dəyişdirdiyindən işə Gəncə Kommersiya Məhkəməsində baxıla bilməz. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanılmış saziş ilə işin ərazi aidiyyəti dəyişdirildiyindən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında vermiş olduğu ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçinə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-741/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-741/2025
19.02.2025 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver