Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-747/2021 16.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisə tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 26.07.2019-cu il tarixli 19003-038/743243 nömrəli kredit limiti müqaviləsinin , həmin müqaviləyə dair 29.07.2019-cu il tarixli 1 nömrəli razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə 210536.63 manat əsas kredit borcunun və 34623.41 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 245190.04 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddiaçının iddia tələbinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 26.07.2019cu il tarixli 19003-038/743243 nömrəli kredit limiti müqaviləsinə dair 29.07.2019-cu il tarixli 1 nömrəli razılaşmanın ləğv edilməsi hissəsindən imtina etdiyini, həmçinin tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişi tərəflərin iştirakı ilə imzalandı. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, tərəflərin nümayəndələrinə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunundan göründüyü kimi onlar müqavilədən irəli gələn öhdəlik münasibətlərini davam etdirirlər. Belə olan vəziyyətdə iddia tələbinin 26.07.2019-cu il tarixli 19003-038/743243 nömrəli kredit limiti müqaviləsinin, həmin müqaviləyə dair 29.07.2019-cu il tarixli 1 nömrəli razılaşmanın ləğv edilməsi hissəsi üzrə də işə mahiyyəti üzrə baxılması mümkünsüz olur və icraata iddia tələbinin həmin hissəsi üzrə də xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261- 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iş üzrə tərəflər – İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh3 arasında bağlanmış 09 iyul 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Borcalan Bankla bağladığı 36.07.2019-cu il tarixli 19003-038/743243 №-li kredit limiti müqaviləsinə və həmin müqaviləyə dair 29.07.2019-cu il tarixli 1 №-li razılaşmaya əsasən 01 iyul 2021- ci il tarixə Banka 210536.63 AZN (iki yüz on min beş yüz otuz altı manat 63 qəpik) əsas borcunun və 34623.41 AZN (otuz dörd min altı yüz iyirmi üç manat 41 qəpik) faiz borcunun olduğunu qəbul və təsdiq edir.
2. Borcalan bu Sazişin 1-ci bəndində göstərilən: a) 210536.63 AZN əsas borcunu 05 sentyabr 2021- ci ildən başlayaraq 05 fevral 2024-cü ilə qədər 30 (otuz) ay müddətində, əsas borca illik 16 (on altı) faiz ödəmək şərtilə hissə-hissə (hər təqvim ayının 1-də 8560.86 AZN (səkkiz min beş yüz altmış manat 86 qəpik) olmaqla); b) 01 iyul 2021-ci il tarixə olan 34623.41 AZN faiz borcunu və 01 iyul 2021-ci ildən 01 sentybr 2021-ci ilədək olan dövr üçün ödənilməli olan 2688.59 AZN faiz borcunu, cəmi 37312 AZN (otuz yeddi min üç yüz on iki manat) faiz borcunu 05 fevral 2024-cü ildə Banka ödəməyi öhdəsinə götürür.
3. Zaminlər onların zaminliyi ilə təmin olunan kredit limiti müqaviləsi üzrə öhdəliyin icra müddətinin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduqlarını bəyan edir və həmin öhdəliyi bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə Bank qarşısında Borcalan ilə birgə məsuliyyət daşıyırlar.
4. Bank öhdəsinə götürür ki, Borcalan bu Sazişin 2-ci bəndinin “a” yarımbəndində göstərilən əsas borcunun ona hesablanmış faizi ilə birlikdə aylıq ödənişlərini vaxtında (hər təqvim ayının 5-dən gec olmayaraq) və tam ödədikdə Sazişin 2-ci bəndinin “b” yarımbəndində göstərilən faiz borclarının 20 000 (iyirmi min) AZN hissəsini Borcalana bağışlayacaq.
Qərardad tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev