Məhkəmə qərarları › İş №e-2-2(115)-753/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-753/2025

17.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-753/2025 17.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 65300 manat pulun və ödənilmiş 295 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehndən 81000 manat əsas borcun, 9549 manat faiz borcunun və 333.50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəmədən kənar saziş imzalamaqla ona borcun hissə-hissə qaytaracağını bildirmişdir və məhkəmədən iddianı geri çəkmişdir. 15 avqust 2024-cü ildə onunla Cavabdeh arasında borcun hissə hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə Cavabdeh MMC-nin 11 aprel 2022-ci il tarixli müqavilə üzrə qalıq borcu ümumilikdə 70300 manat təşkil etmişdir. Məhkəmədə xx.xx.2024-cü il tarixli qərardadla ərizələri baxılmamış saxlanılmışdır. Saziş imzalandıqdan sonra bir müddət sonra cavabdeh tərəfindən 70300 manat borcdan 5000 manat pul ödənilmişdir. Cavabdeh bu günədək razılaşmada olan öhdəliyi icra etmir. Belə olan halda məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Aralarında borcun etirafı ilə bağlı saziş var. Ümumilikdə ona 65300 manat pulun və ödənilmiş 295 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: borcun hissə-hissə ödənilməsi barədə saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.[521] 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, e-2-2(115)-907/2024 nömrəli iş üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X3 Zavodu" MMC 81000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsinə əsasən hesablanmış 9549 manat faiz məbləğinin və ödənilmiş 333,50 manat dövlət rüsumunun, ümumilikdə 90882,50 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 avqust 2024-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında razılıq olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Murat Çağlayan məhkəməyə ərizə göndərərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. Gəncə Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2-2(115)-907/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qаrşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, dövlət büdcəsinə ödənilmiş 363 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə sazişdən görünür ki, tərəflər təsdiq etmişdir ki, sazişin imzalandığı tarixə sifarişçinin icraçıya QSZX 37/0422 saylı, 11 aprel 2022-ci il tarixli xidmət müqaviləsi üzrə qalıq borcu ümumlikdə 70300 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və borcun hissə-hissə ödənilməsi barədə sazişlə borcunu etiraf etmişdir. Həmin borcdan isə cəmi 5000 manat ödəniş etmişdir. Nəticədə cavabdehin 65300 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması borcun hissə-hissə ödənilməsi barədə saziş ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 65300 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 295 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 295 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 65300 manat məbləğində pul və ödənilmiş 295 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar