Məhkəmə qərarları › İş №e-2-2(115)-763/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-763/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-763/2024 29.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 3000 manat pulun və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli e-2(125)-1928/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh məhkəməyə barışıq sazişini təqdim edərək, sazişin təsdiq olunmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş 29 may 2024-cü il tarixli öhdəliyin icra edilməsi haqqında barışıq sazişindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı və Cavabdeh ümumilikdə 3000 manat təşkil edən pul tələbinə dair iş üzrə öhdəliyin tam şəkildə ica edilməsinə dair razılığa gəldilər. Tərəflər arasında əldə edilən razılığa əsasən Cavabdeh aşağıda göstərilən tarixlərdə qeyd edilən məbləğləri İddiaçı ödəyəcək:

1. 01 sentyabr 2024-cü il tarixdə 600 manat,

2. 01 oktyabr 2024-cü il tarixdə 400 manat,

3. 01 noyabr 2024-cü il tarixdə 400 manat,

4. 01 dekabr 2024-cü il tarixdə 400 manat,

5. 01 yanvar 2025-ci il tarixdə 400 manat,

6. 01 fevral 2025-ci il tarixdə 400 manat,

7. 01 mart 2025-ci il tarixdə 400 manat. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh 01 sentyabr 2024-cü il tarixdə 600 manat, 01 oktyabr 2024-cü il tarixdə 400 manat, 01 noyabr 2024-cü il tarixdə 400 manat, 01 dekabr 2024-cü il tarixdə 400 manat, 01 yanvar 2025-ci il tarixdə 400 manat, 01 fevral 2025-ci il tarixdə 400 manat, 01 mart 2025-ci il tarixdə 400 manat məbləğləri İddiaçı ödəyəcək. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar