Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-769/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 016R********** saylı və xx.xx.2022-ci il tarixli 016R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 35505,36 manat krеdit bоrcu, 4671,36 manat faiz bоrcu və 1730,25 manat cərimə borcu, 016R********** saylı krеdit razılaşması üzrə 11068,79 manat krеdit bоrcu, 1321,69 manat faiz bоrcu və 456,05 manat cərimə borcu olmaqla, ümumilikdə 54753,50 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə Cavabdeh4, Cavabdeh1 oğlundan, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 49L000000432 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 49L000000432S saylı sazişlə kredit xəttinin müddəti 168 ay müddətində, kredit xəttinin məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 14494,64 manat ödəmiş, onun 35505,36 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 247 gün üçün hesablanmış faiz borcu 4671,36 manat cərimə 1730,25 manat təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 016R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11900 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 016R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 831,21 manat ödəmiş, onun 11068,79 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 206 gün üçün hesablanmış faiz borcu 1321,69 manat, cərimə 456,05 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 oğlu, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2018-ci il tarixli 049M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanılmışdır İş üzrə İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 016R********** saylı və xx.xx.2022-ci il tarixli 016R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 35505,36 manat krеdit bоrcu, 4671,36 manat faiz bоrcu və 1730,25 manat cərimə borcu, 016R********** saylı krеdit razılaşması üzrə 11068,79 manat krеdit bоrcu, 1321,69 manat faiz bоrcu və 456,05 manat cərimə borcu olmaqla, ümumilikdə 54753,50 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə Cavabdeh4, Cavabdeh1 oğlundan, Cavabdeh2 ümumi qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 02 may 2014-cü il tarixli 49L********** saylı kredit xətti müqaviləsindən görünür ki, 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, borcalana fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, borcalana fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 24 ay müddətinə 11900 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 02 may 2014-cü il tarixli 49S000000745 saylı, 23 yanvar 2019-cu il tarixli 049S**********02S saylı, 49S000000745S saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 20 fevral 2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsi üzrə Cavabdeh4 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 42000 ABŞ dolları (33020 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 aprel 2018-ci il tarixli sazişdən görünür ki, saziş notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir, Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan sazişlərdən görünür ki, 26 aprel 2018-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr, 31 may 2022-ci il tarixli sazişlərlə 18 fevral 2022-ci il tarixli kredit razılaşmasına, ödəniş planına və zaminlik müqavilələrinə dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh4 25 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 35505,36 manat əsas, 4671,36 manat faiz, 1730,25 manat cərimə borcu olmaqla, ümumilikdə 41906,97 manat, 18 fevral 2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 11068,79 manat əsas, 1321,69 manat faiz, 456,05 manat cərimə borcu olmaqla, ümumilikdə 12846,53 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 30 avqust 2023-cü il tarixli 02-110/23 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 72000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 02 may 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 25 fevral 2021-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh4 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 18 fevral 2022-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, 24 ay müddətinə 11900 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin Bankla Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, 25 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə 1730,25 manat məbləğində cərimə azaldılaraq 600 manat məbləğində, 18 fevral 2022-ci il tarixli kredit razılaşması üzrə 456,05 manat məbləğində cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit xətti müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 və Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 25 fevral 2021-ci il tarixli kredit razılaşması üzrə 35505 manat 36 qəpik əsas borc, 4671 manat 36 qəpik faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 40776 manat 72 qəpik kredit borcu, 18 fevral 2022-ci il tarixli kredit razılaşması üzrə 11068 manat 79 qəpik əsas borc, 1321 manat 69 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 12590 manat 48 qəpik kredit borcu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, ilkin satış qiyməti 60000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 250,10 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı və 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşmaları ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 016R********** saylı kredit razılaşması üzrə 35505 manat 36 qəpik əsas borc, 4671 manat 36 qəpik faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 40776 (qırx min yeddi yüz yetmiş altı) manat 72 (yetmiş iki) qəpik kredit borcu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 016R********** saylı kredit razılaşması üzrə 11068 manat 79 qəpik əsas borc, 1321 manat 69 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 12590 (on iki min beş yüz doxsan) manat 48 (qırx səkkiz) qəpik kredit borcu, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 250 (iki yüz əlli) manat 10 (on) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-769/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-769/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver