Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-771/2025 24.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh “Yüzbaşlı-2 Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2011-ci il tarixli 5 saylı kredit müqaviləsinə əsasən verilmiş 40.000,00 (qırx min) manat məbləğində kredit üzrə yaranmış 9.752,99 əsas borc, 248,69 manat hesablanmış faiz borcu, 226,51 manat cərimə - cəmi: 10.228,19 manat kredit borcu və həmçinin 123,0 (yüz iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma kredit borcunun 10.228,19 manat hissəsində xx.xx.2011-ci il tarixli 5/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Ağdam rayonu, Quzanlı kəndində 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 52,0 kv.m. yaşayış, 14,7 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka əmlakı açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına olan 10.228,19 manat borc ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, İpoteka qoyan Cavabdeh2 tərəfindən onunla bağlanmış xx.xx.2011-ci il tarixli 5/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə, Cavabdeh2 məxsus Ağdam rayonu, Quzanlı kəndində 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 52,0 kv.m. yaşayış, 14,7 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra həmin evdən istifadə hüququnun məhdudlaşdırılması və həmin evdə yaşayanların 1 (bir) ay müddətində evdən çıxarılmaları barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
2. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər.
III. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
4. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarı
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.
IV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
6. Belə ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər.
7. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş 123 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
8. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2025-ci il tarixli 9/808 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 120 manat təşkil edir.
9. Odur ki, ekspertizanın keçirilməsi ilə bağlı vəsatət Cavabdeh2 tərəfindən verildiyindən, məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 120 manat xərc ekspertiza xərci Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
10. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh “Yüzbaşlı-2 Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh “Yüzbaşlı-2 Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına tam qaytarılsın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli