Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-780/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının 16974 manat borcununun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər İcra İdarəsinin ev satılanda olan hərracın xərci, yəni 2418 manat pulun hər iki cavabdehdən alınıb iddiaçıya qaytarmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, oğlu ilə birlikdə 6 mart 2012-ci ildə, “Azər-Türk” Bankının Gəncə filialından evlərini girov qoyub, ipoteka müqaviləsi ilə 30000 Azərbaycan yeni manatla, "xxxx" MMC-in kiçik müəssəsini işlətmək üçün vəsait götürmüşlər. Onun yaşı çox olduğuna görə, müqaviləni oğlu imzalayıb. Bankın müdiri onlara demədən müaviləyə 30000 (otuz min) dollara qol çəkdirib. Dolların o zaman kı, kursu edir 38100 dollar üstünədə gəlir 20% edibdir. 47797 dollar faizlə birlikdə, bu vəsaiti götürüb işimizə dəvam etmişik. Bankın müqaviləyə dollara qol çəkdirməyini biz 6 may 2014-cü ildə Bank işi məhkəməyə verəndə bilmişlər. Oğlu 1-ci ödənişi verməyə gedəndə, Bankın xəzinadarı oğlundan pulu manatla götürmür, deyir siz gərək ödənişi dollarla edəsiniz. Oğlu bu barədə zəng edib ona deyəndə ata deyir ödəniş etmə, özü gəlib aydınlaşdıraram. O, gəlib gedir müdirin yanına. O müdirdən soruşanda ki, nəyə görə onlar dollarla ödəniş etməliyik, müdir deyir ki, ağsaqqal nəyə görə narahatsan, bu onların banka lazımdır çünki biz hesabatı dollarla veririk, əgər manatla vermək istəyirsənsə get ödənişin elə, xəzinadara deyərəm manatla götürər. Bundan sonra onlar işlərini davam etdirirlə və bütün ödənişləri manatla ödəmişlər. Artıq xx.xx.2013-cü ilə 20840 manat ödəniş edirlər. Bu dolların kursu ilə edir 20840:0.786=26547$;xx.xx.2012 -ci ildə, 2575$ olan ödəniş, 1535$ Məhkəmənin qərarından sonra olan ödəniş. Cəmi 26547$+2575$1535$-30657$ bu məbləğ Bankın onlara verdiyi kreditdən çıxarıc sənədi ilə eynidir. İndi banka olan ümumi borcdan çıxaq banka olan ödənişi yəni 47797$-30657$-17140$ banka olan faizlə birlikdə borclarıdır. Bank bunun üstunə 20% 3635$ artıq hesabladığı faizlə birlikdə olan məbləğ bank bu vaxtlar işi ödənişin vaxtına 1 il qalmış, oğlunu çağırıb ona 20000 manat verməsini təklif edir. Oğlu nə məqsədlə bankın bu vəsaitini verilməsini bilmir. Məhkəmə vəstəsilə etdiyi cinayətləri qanunlaşdırmaq istəyir, oğlu bankla razılaşır 6 Aprel 2013-cü ildə 20.000 (iyirmi min) manata girovsuz, zaminsiz özüdə 30000 manata 20% olan krediti verməyə çətinlik çəkən insana 26% 20000 manata imza atırlar. Vəsait bankdan götürülür işlərini dəvam etdirirlər. Bu ərəfədə qaz idarəsi 7-8 ay tədbir aparır şəhərin qaz xətdində dəyişikliklər edirlər bundan sonra 3-4 ay işıq xətdini dəyişirlər 1 ilə kimi işləyə bilmirlər. Əlində olan vəsait tam qurtarır işlər dayanır. Bank işi 6 may 2014- cü ildə işi verir məhkəməyə. Bank məhkəmədə iddia qaldırır. Banka olan borclarının 18100 dollar əsas və 3635$ faizi borcu, cəmi 21735$ və 20000 manat əsas və 3769 manat faiz borcu, cəmi 23769 manat, məhkəmədə işə baxarkən onlardan heç bir sənəd və borc barədə soruşmadan, ekspert çağırıb rəyini bilmədən, borcunu bankın qondarma məbləğ iddiada olduğu kimi ödənilməsinə qərar verir. Qətnamə evin hərrac vasitəsilə satılıb, banka olan borcun ödənilməsinə və ev satılandan sonra bir ay müddətində evdə yaşayan on iki nəfər insanın 85 yaşlı atası, 2 nəfər 60 yaşında, 3 nəfər 25-40 yaşlı övladları və 6 nəfər az yaşlı nəvələri evi tərk etmələrini tələb edir. Bundan sonra qətnamənin icrası üçün gedir İcra İdarəsinə, iş uzanır 17-di dəfə məhkəmə olur İcra İdarəsi evi qiymətləndirmək üçün 2015ci ildə mütəxəssis çağırır. Mütəxəssis evə baxmamış, gecə gəlib evin şəklini çəkir. Evin dam örtüyünün bir küncü düşmüş şəkillə 75000 manatla bir il qüvvədə olan qiymətləndirmə sənədi ilə, sənəd verir. 2018-ci ildə bir il qüvvədə olan sənədlə ev gedir hərraca 75000 manat qiymətlə. Ev guya satılmır. xx.xx.2021-ci ildə hərrac evin qiymətini salır 47812 manatla təklif edir banka. Bank, bunula razılaşır. Hərrac evi bu qiymətlə satır banka, 6 il vaxtı keçmiş qiymətləndirmə sənədi ilə bank bundan sonra evə çıxarış alır. Bundan sonra bank başlayır onlara təzyiq etməyə. Qeyri qanuni yolu ilə mənimsədiyi vəsaiti onlardan tələb etməyə, baş bankın problemli kredit şöbəsinin müdiri Habil müəllim oğluna zəng vurub deyir ki, tez bir vaxta 34363 manat banka olan borc və 4769 manat ev satılan vaxtı, hərracın, bankın, İcranın xərclədiyi məbləğicəmi 39359 manat, məbləği ödəməsə evi satacaqdır başqa adama. O, evin satılması barədə qanunsuz keçirilmiş hərracın alqı-satqı protokolunun ləğv edilməsi barədə məhkəməyə, iddia vermişdir. Baş bankın kredit şöbəsinin müdiri yenə oğluna zəng vurub deyir ki, əgər borcu ödəməsə nümayəndəsi məhkəmyə gəlib razılıq verməyə qoymayacadır. Odur ki, o, məcburiyyət qarşısında qalıb 100000 manat-a satmadığı obyektini 40000 manata satıb 10000 manatda borc edib xx.xx.2021-ci il tarixdə 20000$, xx.xx.2021-ci ildə 214 $ və xx.xx.2022-ci il tarixdə 4796 manat dolların kursu ilə cəmi 39359 manat ödəmişdir banka. Məhkəmə olan günü bankın nümayəndəsi məhkəməyə gəldi. Məhkəməyə Bankın borcunu tam ödənilməsi barədə məlumat verdi. Məhkəmə 17 may 2022-ci il tarixli 2(044)-433/2022-ci il tarixli qərarı ilə hərracın 77/02 saylı 19 noyabr 2022-ci il tarixə tərtib edilmiş protokolun etibarsız salınması barədə qətnamə verir. Bundan sonra Bankın evə aldığı çıxarış ləğv olur. O, Əmlak Komitəsinin Gəncə filialındakı daşınar və daşınmaz əmlakın reystr xidmətindən evinin çıxarışını alır. O, bu gün Bankın borcunu tam ödəmişdir. Bu gün onun problemi bankın ona olan borcudur. Bankın bu gün ona olan borcu barədə açıqlama verir. Birinci müqavilə ilə olan borcu 47797$ olub, fazilə birlikdə. Onlar bu məbləğdə məhkəməyə qədər olan ödəniş 29100$ bu məbləğ bankın onlara verdiyi kredit hesabından çıxarış sənədi ilə eynidir. İndi onların faizlə birlikdə olan borcundan onların 29100$ olan ödənişi 47796$-29100S-18100$ fazilə bilikdə Bank 18100 dolların üstünə yenidən 3635$ vuraq 1.70-6180 manat, artıq hesablanan məbləğdir. 10 dekabr 2019-cu il tarixdə 3-cü krediti verənədə 2-ci kreditindən qalan qalıq onların manatla olan ümumi ödəniş olub 42090 manat, bundan 20840 manat, dolların borcuna hesablanan məbləğ indi 42090 manat olan ödənişdən 20840 dolların borcuna olan məbləğ çıxanda qalır 21250 manat. Bu məbləğ onların manatdan qalan ödənişidir. İndi məhkəmənin qərar ilə olan manat borcundan 23769 manatdan faktiki olan ödəniş 21250 manat çıxanda qalır 2520 manat, banka olan borclarıdır. Bank onların borclarını 5100 manat hesablayıb, 5100 manata 3-cü müqavilə bağlayıb və 5100 manatın hamsını saxlayıb bankda. İndi 3-cü müqavilə ilə hesablanan 5100 manat kredit məbləğindən çıxaraq faktiki borcu 2520 manatı qalır 2580 manat onlardan artıq tutulan məbləğ və ev satılanda olan xərclərin onlardan bankın tələbi ilə aldıqları 4780 manat bundan 2380 manatı bank tərəfindən qaytarılıb qalan məbləğ 2400 manatdır Bundan başqa Bank Məhkəmənin 24 may 2014-cü ildə olan qərarından sonra qanunsuz vaxtı keçmiş, kredit borcu kimi, onlardan xx.xx.2015-ci ildə 400 manat 5.11.2015-ci ildə 400manat, xx.xx.2016-ci il tarixdə 200 manat cəmi 1000 (min) manat faiz borcu tutmuşdur. İndi hərrac evi aksıonda satış kecirəndə orada iştirak etmək üçün iddiaçı evin dəyərinin 5%-ni ödəniş etməlidir. Buda 75000x5%-3750 manat edir. Məhkəmə Daşınar-Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-nin xx.xx.2021-ci il tarixli 77/02 yazılı hərracın yekunları barədə pratokolun etibarsiz hesab edilməsi barədə qərar qəbul edib. Bunula bağlı iddiaçının 3750 manat yeni manatla məbləğin mövcudu əsasında geri qayıtmasını qeyd edib. Bu Bank onlardan hərrac evi satanda olan xərcləri 4796 manat onlardan tələb edir. Onlar bu məbləği ödəyirik banka bu vaxt yuxarıda qeyd etdiyim kimi iş artıq məhkəmədə idi, bank deyir ki, əgər məhkəmədə, hərracı udsanız bank pulunuzu qaytarar. xx.xx.2022- ci ildə onlardan 4796 manatı girov kimi alıb saxlayıb özüdə bu pul onların şəxsi pullarıdır. Bank onların bankın hesabında olan vəsaitdən 4796 manat hərracın kecirilməsi üçün keçirdib hərrac mərkəzinə bu gün hərrac məhkəməni uduzub 4796 manat qanun çərçivəsində prosesi uduzduğuna görə vəsaiti qaytarmalıdır banka. Bank onların vəsaiti qaytarmalıdır onlara. Bank bunun 4796 manat-2378 manat qaytarır 2418 manatı qaytarmır. O yuxarıda göstərmişdir. 2418 manatın hərraca heç bir adiyəti yoxdur, bu onun şəxsi puludur. Bu vəsaiti hərrac bankın hərracın onlardan aldığı vəsaitləri məhkəmənin qərarına əsasən qaytarmaq borcudur. İndi diqqətlə qulaq asın. Onun banka etdiyi ödənişlə, bankın ona verdiyi kredit hesabından çıxarış sənədində olan məbləğ arasında heç bir fərq yoxdur. Çünki onun bankda iki hesabı var, biri manatla hesabı AZ22AZRT********************04 (20) bir də xarici valyuta hesabı AZ23AZRT******************** (20) onun banka olan faktiki borcu silinib. Onun bu, yuxarıda qeyd etdiyim 2 hesabına mənimsənmiş məbləğlər isə keçib oğlunun adına (Hüseynov Vahid M.) keçib fiziki şəxsin yəni **********00(13) hesabına və **********000(13) manat hesabına (pulların keçirdikləri hesabları əlavə sizə təqdim edəcək) dəfələrcə banka məktubla müraciət edib qalan borcunun qalığını vermələrini xahiş etmişdir, onlar qalığın verilməsindən imtina ediblər. O, bu barədə xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankına, 2 dəfə 29 sentyabr 2022-ci ildə "Azər-Türk" bankına, xx.xx.2022-ci il tarixdə X2 müdiriyyətinə və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məktub göndərmişdir. O, bunlardan xahiş etmişdir ki, onun məktubunu "Azər-Türk" bankına göndərməsinlər. Onun xahiş etməyimə baxmayaraq, məktubları "Azər-Türk" bankına göndəriblər. "AzərTürk" bankı isə bu məlumatı verməkdən imtina edir. O, bankın Malliyə Nazirinə, Azərbaycan Respublikası İnvestisiya Holding şirkətinə göndərdiyi məktublara "Azər-Türk" bankının göndərdiyi cavab məktublarını bizə göndərir. Bank onlarla 10 il müddətində onlara 3 müqavilə imzaladığına, dəfələrlə məhkəmələrdə görüşdüklərinə baxmayaraq, evlərinə 6 il vaxtı keçmiş müqavilə ilə evi alıb, çıxarış almasına baxmayaraq, çıxarışın ləğv olmasına, onlardan artıq məbləğ tələb etməsinə baxmayaraq, nəyin ki onların qalıqlarını verməkdən imtina etməkdən üstəlik yazır ki, onlarda belə müqavilə mövcud deyil, o, X8 tanımırlar. Odur ki, 17 Avqust 2020-ci il tarixə olan ödənişdən sonra olan borc barədə cavab vermək imkanına malik deyillər. Əgər bank bu qalığı dəqiqliyi ilə verərsə onda etdiyi cinayətlərin üstü məhkəməsiz məlum olardı. 1) 01 yanvardan 2020-ci idən 30 dekabr 2020-ci ilə qədər olan 12 ödənişin hamısında xəzinənin rəsmi möhrü var. Və 506683 koduna qəbul olan qəbz verilib. 2) xxxx-2021-ci ildən xx-xx-2021-ci ilə qədər olan 12 ödənişdən Bankın terminal (aparatda olan ödənişlərdə heçnə görsənmir. 3) xx-xx-2022-ci ildən xx-xx-2022 ci ilə qədər olan 12 ödənişdən, avqust 2022-ci ilə qədər olan ödənişlərdə dəyimi Möhür var və 506883 koduna keçən qəbz verilib. 4) Avqust ayının 1-dən 2022-ci ildən 30 dekabr 2022-ci ilə qədər olan beş ödənişdə xəzinənin möhrü yoxdur və 507699 koduna keçən qəbz verilib. Ödəniş qəbzinin aşağı hissəsində 8 sətirdən ibarət "Asan-Financ" şirkəti ilə xx-xx-2005-ci ildən xxxx-2010-cu ilə qədər 5-il qüvvədə olan müqavilə yoxdur. Qəbzdə olan kodda 506883 başqadır. Hamsında xəzinənin dəyirmi Möhür var. İİ-ci yazısında təmiz başqa cürədir, yəni qəbzdə olan kod 507699 və heç birində dəyirmi Möhür yoxdur 5) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər olan 3 ödənişdə ödənişlər 507699 koduna və heç birində dəyimi möhür yoxdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər olan 05 ödəniş qəbzində kod dəyirmi 506883 olur möhürlər 05-nə də vurulur. Müqavilə Sil qüvvədədir. Yerdə qalan altında müqavilə 15-il qüvvədədir. İndi bunlara aydınlıq gətirməlidir. Əvvəla bu kodların 505883 Gəncə filialın kodudur: 507699 kodu isə Baş bankın xəzinəsinin kodudur, internetə baxsanız görərsiniz. İndi maraqlısı onun Gəncə filialına verdiyi vəsaitin qəbzini baş bankın sənədi ilə nəyə görə verirlər. Çünki bu vəsaitlər bank tərəfindən mənimsənmiş vəsaitdir. O, bu ödənişini ödəməyə gedəndə işciyə yaxınlaşdı və ödəniş etməyini buna dedi bu işçinin təzə işə götürüblər onu tanımadı.Kimliyini aldı aparta diqqətlə baxdı, və dedi ki, ağsaqqal sizin burada nə adınız nə hesabınız nə də borcunuz var. O, dedi bəs mən 4 ilə yaxındır ödənişi necə edirəm deyəndə işçi getdi müdriyyətin yanına mən yarım saata kimi gözlədim işci gəldi və dedi ki, ağsaqqal müdriyyətə dedim ona dedilər ki, qoy getsin sabah gəlsin. O, bu işçiləri dəqiqliyi ilə bilir sadəcə o bankdan krediti olanda onlar onun 11-ci kreditdən olan borcunun qalığını düz hesablamayıblar. Onlara 2520 manat borcun əvvəzinə 5100 manata oğlunla müqavilə imzalayıblar. O, ödəniş edir artıq borc bağlanıb. Onun kompüterdə hesabı bağlanıb. Odur ki, vəsaiti Gəncə filialı göndərirlər Bakıya. O, bu gün 3 dəfə X1 vətəndaşları qəbul mərkəzində olmuşdur.Onlar onu, göndərib Ali Məhkəməyə Ali Məhkəmə onu göndərib Respublika Prokurorluğuna onlar onu qəbul edib və deyiblər ki, işi hazırla ver Prokurorluğa o, işi hazırlayıb vermisdir Respublika Prokuroluğuna onlar isi göndərib Gəncə şəhər prokuroluğuna. Prokurorluğa onu çağırıb məktub verib və işi məhkəməyə verməyi məsləhət görüblər. O, bu günlərdə işi verir məhkəməyə. O, bu yaxınlarda Baş Banka gedib, Müdiriyətdən bir nəfərlə görüşüb problemlər barədə danışmaq istəmişdir, onu nə müavinlər, nə şöbə müdürləri, hüquqşunas onu qəbul etmədi. Zəng vurub soruşanda, ona dedilər ki, ağsaqqal incimə cənab Habil səninlə görüşməyə qoymur. Ona görədə onun məktubunun cavabına, yalançı məktuba X14 imza atdırıb, Respublikanın 4-5 Nazirliyinə yalançı məktubu göndərir. Guya 3 ədəd müqavilənin heç biri mövcud deyil 10-il Bankla ünsiyətdə olan insanları tanımır. Onu da deyir ki, bu insanın onun vəsaitlərinin mənsimsənməsindən xəbəri var. Sübüt üçün Bankın ona verdiyi kreditdən çıxarış sənədlərinin bir neçəsini və ödəniş qəbizlərinin bir neçəsini bizə göndərir onlara diqqətlə baxın hər şeyi aydın olar. Diqqətlə qulaq asın Bank onlardan hərracın ev satılanda olan 4796-manat olan xərçlərin onun hesabından xx-xx-2022-ci ildə 4796 manat ödüyüb hərraca. Hərrac Məhkəmənin qərarından sonra xx-xx-2022-ci ildə geri qaytarıb. Bank o vəsaiti onlara qaytarmır. Bankın onlara verdiyi kredit ödənişindən cıxarış sənədlərində (çıxarışları bizə göndərir) hər sey aydın görünür. Bankın verdiyi bir nömrəli ödəniş çıxarışına baxılsın 4796 manat 2 dəfə mədaxil olub bir dəfə məxaric yəni 4796 manat çıxax bankın onlara verdiyi 2378 manat bərabərdi 2418 manat vəsaiti bank onlara qaytarıb. Çıxarışlardan görünür ki, onun hesabından həracca ödənən vəsaiti də, onun nəğd ödədiyi 4796 manat da öz əksini tapir. Çıxarışda ödənişdən sonra olan qalığa baxın. Qalıq bir dəfə ödənilib ama qalıq yoxdur. Şüpəli yerləri qırmızı rəngli qələmlə dairəyə almışdır. Azər-TÜRK Bankın Gəncə filialının onlara olan borcu: 1) 6180 manat-Faizin üstə faiz gələn məbləğ 2) 1000 manat-Məhkəmənin qərarından sonra xx-xx-2015 ildə 400 Azn; xx.xx.2015-ci ildə 400 Azn; xx.xx.2016-ci ildə 200 Azn vatdı keçmiş kredit kimi faiz borcu tutulub. 3) 2580 man 3 cü kredit zamanı artıq hesablanan məbləğ 4) 4796 manat onların hesabdan keçən məbləğ 5) Bank onlardan 4796 manat hərracın ev satılanda olan xərcini alıb onlara məhkəmənin qərarından sonra 2378 manat qaytarıb ama qaytarmalıdı, hərracın alqı-satqı protokolunda göstərdiyi 75000 manat x 5%=3750 manat. İndi 3750 manat-2378 manat=1372 manat əksik qaytarıb. Gəncə İcra İdarəsinin ona olan borcu 2418 manatdır. Beləliklə, Bakın onlara ümumi borcu 6180 manat + 1000 manat + 2580 manat + 1372 manat + 4796 manat = 15928 manat. İcranın ev satılanda olan xərci 2418 manat olub. Məhkəmənin hərracın alqı satqı protokolunun etbarsız olmağı ilə əlaqədar İcranın borcu onlara 2418 manatdır ama qaytarmır. Onlar bu vəsaiti onlara qaytarmaq istəmir olan borcu bu gün 600000$ cənab keçmiş Baş Nazir Surət Hüseynova satmadığı evi 48000 manata satılıb ev sahibinə 8000 manat təklif olunur. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2014-cü ildə məhkəmə onların dediklərini və təqdim etdikləri sübutları nəzərə almadan onların ziyanına qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə tam qanunsuzdur. Birbaşa bankın mənafeyinə uyğun qəbul olunmuşdur. Hər iki müqavilə üzrə ondan artıq ödəmə almışlar. Eyni zamanda birinci kreditin ödənişini edən zaman bilmişdir ki, bank onlara krediti dollarla verib. Buna görə o, narazılıq etsə də, daha sonra bildirdilər ki, sən ödənişi manatla et onlar onu özləri dolların kursu ilə hesablayacaqlar. O, bir müddət ödəniş etdikdən sonra işləri yaxşı getmədiyindən kredit borcunu ödəyə bilmədilər. Nəticədə bank onları məhkəməyə verdi. Məhkəmədən sonra da ödənişlər etdi. Daha sonra ona məlum oldu ki, bank əsassız olaraq ondan əlavə ödənişlər alıb. Eyni zamanda ipoteka predmeti olan evi hərraca çıxarılan zaman ondan ödəniş alınıb. Həmin ödənişin bir hissəsi ona qaytarılıb. Qalan 2418 manat məbləğində pul ona qaytarılmamışdır. Xahiş edir ki, Cavabdeh2 ASC-nin Gəncə filialının 16974 manat borcunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər İcra İdarəsinin ev satılanda olan hərracın xərci, yəni 2418 manat pulun hər iki cavabdehdən alınıb ona qaytarılmasına dair qərar qəbul edilsin. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddanın səlahiyyəti və hüququ olmayan şəxs tərəfindən qaldırıldığı, bankla İddiaçı arasında hər hansı kredit və ya ipoteka müqaviləsi bağlanmadığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit və ipoteka müqaviləsi, hesabdan çıxarış, qəbzlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki mübahisənin predmetini təşkil edən mübahisənin həlli məqsədi ilə Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli sərəncamı əsasında ləğv edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(044)-975/2014 saylı və 2(044)-433/2022 saylı işlərin alınması ilə bağlı sorğu verilmiş və həmin işlər əldə olunmuşdur. Həmin işlərin iddiaçının təqdim etdiyi sənədlərlə birlikdə araşdırılması zamanı məlum olmuşdur ki: İş materiallarında olan Cavabdeh2 - Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014 cü il tarixli hesabatından görünür ki, "xxxx" MMC-nin tarixə iddiaçıya ödənilməmiş 18.100 (on səkkiz min yüz) ABŞ dolları əsas borcu, 3635.28 (üç min altı yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 21735.28 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli hesabatından görünür ki, X7 həmin tarixə banka ödənilməmiş 20.000 manat əsas borcu, 3769.97 manat faiz borcu, cəmi 23769.97 manat borcu vardır. İş materiallarında olan 06 mart 2012-ci il tarixli 01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC-nin direktoru X12 arasında 24 ay müddətinə 38100 (otuz səkkiz min yüz) ABŞ dolları məbləğinə kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 30 aprel 2013-cü il tarixli 449 saylı kredit müqaviləsindən müəyyən edilir ki, «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında 24 ay müddətinə 20000 manat məbləğə dair kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, X12 həmin tarixli kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilənədək zamin durmuş və borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 mart 2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, «Azər-Turk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanılmış 06 mart 2012-ci i il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evi İpoteka (girov) ilə yüklü edilmişdir. İş materiallarında olan 30 aprel 2013-cü il tarixli 449 saylı sonrakı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında 30 aprel 2013-cü il tarixli 449 saylı kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evinə dair sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İşə materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrin RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5- ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 54 saylı reyestr kitabının 34 saylı vərəqində qeydiyyata alınmış və həmin ev «Azər-Türk Bank” ASC-nin Gəncə filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evinin sahibi X9r və sahibi olduğu ev xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2-ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli 2(044)-975/2014 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X4 Cavabdeh2 ASC -nin xeyrinə 18.100 (on səkkiz min yüz) ABŞ dolları əsas borc, 3635.28 (üç min altı yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, ümumilikdə isə 21 735.28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc, qətnamə icra edilən günə manata məzənnəsi üzrə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydiyyatı üzrə 32 manat, həmçinin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3769.97 manat faiz borcu, ümumilikdə 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32 (otuz iki) manat tutulması, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X10 məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 5-ci dalan ev 9A-a yönəldilsin, həmin ev açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21 735,28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 32 manat qeydiyyatla bağlı ödəniş, həmçinin 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32(otuz iki) manat məbləğində pulun ödənilməsi təmin edilsin, qalan vəsait isə X10 qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra X12, İddiaçı, X3 və X5 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(044)-433/2022 nömrəli qətnaməsindən görünür ki, iddanın qismən təmin edilməsi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 77/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir hüququna istinad etməlidir. Subyektiv hüquqlara, xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Hazırkı halda isə iddiaçı nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ aktlarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmır. Mülki prosessual qanunvericiliyə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İş materiallarından göründüyü kimi kredit və ipoteka müqavilələri iş üzrə tərəflər arasında yox, Cavabdeh2 ASC ilə iddiaçının oğlu X12 arasında bağlanılmış, iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud olmamışdır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçı cavabdeh Bankdan artıq ödədiyi pulu tələb edir. Halbuki iş materiallarından məlum olur ki, o cavabdeh Bankla heç bir müqavilə bağlamamış və tərəflər arasında hər hansı bir müqavilə münasibətləri yaranmamışdır. İddiaçı oğlu X12 ilə Bank arasında bağlanmış müqavilələr əsasında artıq ödənilmiş pulu tələb edir. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-yə qarşı hazırkı iddianı qaldırmaq üçün İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, İddiaçı Cavabdeh2 ASC-yə qarşı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı da iddianı qaldırmaq üçün hər hansı subyektiv hüququ yoxdur. İddiaçı öz iddia ərizəsində Cavabdeh1 hansı hərəkəti nəticəsində hüquqlarının pozulması ilə bağlı heç bir əsas göstərməmişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, Cavabdeh1 tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-780/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-780/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver