Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-786/2022 08.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12784.63 (on iki min yeddi yüz səksən dörd manat, 63 qəpik) manat məbləğində əsas borc, 3374.17 (üç min üç yüz yetmiş dörd manat, 17 qəpik) manat məbləğində faiz borcu, 634.94 (altı yüz otuz dörd manat, 94 qəpik) manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1780 (bir min yeddi yüz səksən) manat məbləğində faiz borcu, ümumilikdə isə 18573.74 (on səkkiz min beş yüz yetmiş üç manat, 74 qəpik) manat kredit borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 145.72 (yüz qırx beş manat, 72 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 21 oktyabr 2014-cü il tarixli 150 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 6 (altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 12784.63 (on iki min yeddi yüz səksən dörd manat, 63 qəpik) manat məbləğində əsas borc, 3374.17 (üç min üç yüz yetmiş dörd manat, 17 qəpik) manat məbləğində faiz borcu, 634.94 (altı yüz otuz dörd manat, 94 qəpik) manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1780 (bir min yeddi yüz səksən) manat məbləğində faiz borcu, ümumilikdə isə 18573.74 (on səkkiz min beş yüz yetmiş üç manat, 74 qəpik) manat borcu təşkil edir. Ərizə onunla əsaslandırılmışdır ki, Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 150 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 36 ay müddətinə illik 6 faiz ödənilmək şərtilə 15 000 manat məbləğində kredit verilmişdir. Yəni, müqavilə üzrə öhdəliyin son icra tarixi xx.xx.2017-ci il olmuşdur. Lakin, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış borcun tələbi ilə bağlı iddia ərizəsini qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin 1 il 5 ay ötürülməsi ilə, yəni 22 aprel 2022-ci il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 150 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh 15000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, **********865 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli, **********982 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 150 nömrəli kredit müqaviləsi üzrə 12784.63 (on iki min yeddi yüz səksən dörd manat, 63 qəpik) manat məbləğində əsas borc, 3374.17 (üç min üç yüz yetmiş dörd manat, 17 qəpik) manat məbləğində faiz borcu, 634.94 (altı yüz otuz dörd manat, 94 qəpik) manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1780 (bir min yeddi yüz səksən) manat məbləğində faiz borcu, ümumilikdə isə 18573.74 (on səkkiz min beş yüz yetmiş üç manat, 74 qəpik) manat borcu təşkil etmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 3 il müəyyən edilmişdir. Qeyd edilən 3 illik müddət 21 oktyabr 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə 22 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-786/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-786/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver