Məhkəmə qərarları › İş №e-2-2(115)-8/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-8/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-8/2024 18.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli 1633/k saylı kredit müqaviləsi üzrə əsas borc 112387 manat 92 qəpik, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 6533 manat 74 qəpik, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 1170 manat 71 qəpik, cərimə faizi üzrə 8261 manat 46 qəpik olmaqla, cəmi 128353 manat 82 qəpik kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 139 manat 35 qəpik dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin, 18 manat 35 qəpik dövlət rüsumunun və 0.40 qəpik xidmətin haqqının tutulması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdehn xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evinin (0.18 ha torpaq sahəsi ilə birlikdə) və Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Şəmkir rayonu Çinarlı qəsəbəsi S.Vurğun küçəsi 51 A ünavanında yerləşən fərdi yaşayış evindən (0.18 ha torpaq sahəsi ilə birlikdə) və Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh istifadə hüququna xitam verilməklə fərdi yaşayış evindən çıxarılması və torpaq sahələrinin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1633/k saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz olmaqla 12 ay müddətinə 142780 manat 75 qəpik məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kreditin istifadə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 1633/Sİ-3 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus xx.xx.2012 il tarixli **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, MAseriyalı, ******* nömrəli çıxarışa əsasən) Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2021- il tarixli 1633/Sİ -2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus xx.xx.2015-ci il tarixli **********43-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evi (0.18 ha torpaq sahəsi ilə birlikdə), xx.xx.2021- il tarixli 1633/Sİ -1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus xx.xx.2012-ci il tarixli **********7 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İpoteka ilə yüklü edilmişdir və müvafiq olaraq yüklülüklər xx.xx.2021-ci il tarixli **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa, xx.xx.2021-ci il tarixli, **********43- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2021-ci il tarixli **********7 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Bununla yanaşı, cavabdeh, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən, xx.xx.2022-ci il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 112387 manat 92 qəpik, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 6533 manat 74 qəpik, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 1170 manat 71 qəpik, cərimə faizi üzrə 8261 manat 46 qəpik manat olmaqla, cəmi 128353 manat 82 qəpik təşkil edir. Cavabdeh kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə ilkin mediasiya sessiyası təşkil edilmiş, mediasiya sesssiyasında iddiaçının nümayəndəsi iştirak etsə də, tərəflər razılığa gəlmədiklərindən mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirlilə bilinməməsi barədə” 26 noyabr 2021-ci il tarixli arayış verilmiş, ilkin mediasiya ilə bağlı "xxxx" ASC tərəfindən 400manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Nəticədə, Bankın, yaranmış borcu tələb etmək hüququ yaranmış, tutmanın Cavabdeh məxsus məxsus ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli 1633/k saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 112387 manat 92 qəpik, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 6533 manat 74 qəpik, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 11504 manat 15 qəpik, cərimə faizi üzrə 45481 manat 88 qəpik olmaqla, cəmi 175887 manat 69 qəpik kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydə alınması üçün ödənilmiş 139 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasıya xərcinin, 65 manat 89 qəpik dövlət rüsumunun və 1.20 xidmətin haqqının tutulması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdehn xüsusi mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evinin (0.18 ha torpaq sahəsi ilə birlikdə) və Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 112387 manat 92 qəpik, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 6533 manat 74 qəpik, müqavilə müddəti bitdikdən sonragecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 11504 manat 15 qəpik, cərimə faizi üzrə 45461 manat 88 qəpik olmaqla, cəmi 175887 manat 69 qəpik təşkil edir. İddia qiyməti artırılaraq 175887 manat 69 qəpik olduğundan hazırkı iddia üzrə 465 manat 89 qəpik dövlət rüsumu ödənilməlidir ki, həmin məbləğdən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən mediasıya xərci kimi 400 manat, həmçinin iş məhkəməyə göndərilərkən və Bank tərəfindən iddia tələbinin artırılan hissəsinə müvafiq olaraq cəmi 65 manat 89 qəpik dövlət rüsumu ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra borcdan ödəniş olunmamışdır. Cavabdeh istifadə hüququna xitam verilməklə fərdi yaşayış evindən çıxarılması və torpaq sahələrinin boşaldılması hissəsində iddia tələbinin azaldılmasını və cərimə və faiz borcu hissəsində isə iddia tələbinin artırılmasını məhkəmədən xahiş edirlər. Müqavilənin müddəti 12 aylıqdır. İllik 5 faizə və cərimə məbləğində artırmalar olub. İllik 5 faizi müqavilə bitəndən sonrakı dövrdə hesablamışlar. Müqavilə bitəndən sonra heç bir ödəniş edilməyib. İpoteka müqaviləsində göstərilən qiymətlərlə ekspertlərin verdiyi qiymətlər arasında kəskin fərqlər vardır. Şəmkir şəhərində yerləşən 1 hektar torpaq sahəsi 30 min manat likvit, 35 min manat bazar dəyəri, fərdi yaşayış evi 0,18 hektarla birlikdə likvit 65 min, bazar dəyəri 85 min manat, 2,35 hektar kən təsərrüfat torpağının likvid 70000, bazar dəyir 82000 manat müəyyən edilmişdir. Ekspertiza mərəzinin verdiyi rəydə Şəmkir şəhərində yerləşən 1 hektar torpaq sahəsi 54 min manat likvid, 60 min manat bazar dəyəri, fərdi yaşayış evi 0,18 hektarla birlikdə likvid 238000, bazar dəyəri 265000 manat, 2,35 hektar ikən təsərrüfat torpağının likvid 126000, bazar dəyir 142000 manat müəyyən edilmişdir. Qiymətlərdən də görünür ki, qiymətlər kəskin şəkildə fərqlənir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli 1633/k saylı təminatlı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı tərəfindən Cavabdeh illik 18 faiz olmaqla 12 ay müddətinə 142780 manat 75 qəpik məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 sentyabr 2021ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 112387 manat 92 qəpik, müqavilə müddətinə faiz borcu 6533 manat 74 qəpik, gecikdirilmiş vaxt üçün faiz borcu 11504 manat 15 qəpik olmaqla, cərimə borcu 45461 manat 88 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit almış, ayrılmış kredit məbləğini ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli 1633/Sİ -3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus xx.xx.2012 il tarixli **********11 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli şıxarışa əsasən) Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. xx.xx.2021- il tarixli 1633/Sİ -2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus xx.xx.2015-ci il tarixli **********43-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evi (0.18 ha torpaq sahəsi ilə birlikdə) banka ipotekaya qoyulmuşdur. xx.xx.2021- il tarixli 1633/Sİ -1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus xx.xx.2012-ci il tarixli **********7 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən) Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Gəncə Kommersiya Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-140/2023 saylı qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli G-06/23 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, ünvan 1 ünavanında yerləşən fərdi yaşayış evinin (0.18 ha torpaq sahəsi ilə birlikdə) evinin bazar dəyəri 290000 manat, likvid dəyəri 255000 manat təşkil etmişdir. Şəmkir şəhərində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 50000 manat, likvid dəyəri 44000 manat təşkil etmişdir. Şəmkir şəhərində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahəsinin bazar dəyəri 120000 manat, likvid dəyəri 106000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 850 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-8/2024 saylı qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1033-9/1057 nömrəli, 17 sentyabr 2024-cü il tarixli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.18 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 265000 manat, likvid dəyəri 238000 manat təşkil etmişdir. Şəmkir şəhərində yerləşən 100 sot torpaq sahəsinin bazar dəyəri 60000 manat, likvid dəyəri 54000 manat təşkil etmişdir. Şəmkir şəhərində yerləşən 235 sot torpaq sahəsinin sahəsinin bazar dəyəri 141000 manat, likvid dəyəri 126000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan «Azərbaycan Beynəlxalq Bankı” ASC ipoteka ilə yüklü edilmiş torpaq sahələrini və fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. 25 oktyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi “Azərbaycan Beynəlxalq Bankı » Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ilkin mediasiya sessiyasında iştirak etmiş, “Azərbaycan Beynəlxalq Bankı » Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Filialı 400 manat mediasiya xərcini ödəmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət rüsumunun ödənilməsi barədə məlumatlarından görünür ki, 139 manat 35 qəpik rüsum “Azərbaycan Beynəlxalq Bankı »ASC tərəfindən ödənilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 335 manat 53 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Müxtəlif ekspertiza qurumlarından fərqli ekspertiza rəyləri daxil olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi dövlət ekspertiza mərkəzi olmaqla, rəyinin mötəbərliyi şübhə doğurmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1033-9/1057 nömrəli, 17 sentyabr 2024-cü il tarixli nömrəli ekspertiza rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.18 ha torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 265000 manat, likvid dəyəri 238000 manat, Şəmkir şəhərində yerləşən 100 sot torpaq sahəsinin bazar dəyəri 60000 manat, likvid dəyəri 54000 manat təşkil etmişdir. Şəmkir şəhərində yerləşən 235 sot torpaq sahəsinin sahəsinin bazar dəyəri 141000 manat, likvid dəyəri 126000 manat məbləğində müəyyən edilən rəyi əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 112387 manat 92 qəpik əsas borc, 6533 manat 74 qəpik müqavilə müddətinə faiz borcu, 11504 manat 15 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 1000 manat cərimə borcu olmaqla cəmi 131425 manat 81 qəpik məbləğində borc, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 139 manat 35 qəpik və 67 manat 09 qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2 ünvanında 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və Şəmkir şəhərində yerləşən 2.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahələri və fərdi yaşayış evi açıq hərracdan satılmalı, Şəmkir şəhərində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 54000 manat, ünvan 2 ünvanında 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 238000 manat və Şəmkir şəhərində yerləşən 2.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsin ilkin satış qiyməti 126000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, torpaq sahələrinin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh 355 manat 53 qəğik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 850 manat məbləğində qiymətləndirmə haqqı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 112387 manat 92 qəpik əsas borc, 6533 manat 74 qəpik müqavilə müddətinə faiz borcu, 11504 manat 15 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 1000 manat cərimə borcu olmaqla cəmi 131425 manat 81 qəpik məbləğində borc, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 139 manat 35 qəpik və 67 manat 09 qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2 ünvanında 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və Şəmkir şəhərində yerləşən 2.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahələri və fərdi yaşayış evi açıq hərracdan satılsın. Şəmkir şəhərində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 54000 manat, ünvan 2 ünvanında 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti238000 manat və Şəmkir şəhərində yerləşən 2.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsin ilkin satış qiyməti 126000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Torpaq sahələrinin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 355 manat 53 qəğik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 850 manat məbləğində qiymətləndirmə haqqı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar