Məhkəmə qərarları › İş №e-2-2(115)-8/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-8/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-8/2025 25.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı kredit müqaviləsi üzrə yaranmış 121997,44 manat əsas borc, 14100,06 manat faiz borcu, 28671,48 manat cərimə borcu olmaqla, cəmi 164768,98 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrinə tutmaların yönəldilməsi haqda bildirişlərin qeydə alınması üçün ödənilmiş 1350 manat xidmət haqqının, ödənilmiş 400 manat mediasiya xərcinin və 54,77 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********60 reyestr nömrəli 2,3056 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 4,4914 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 5,4246 ha torpaq sahəsi, **********61 reyestr nömrəli 2,7623 ha torpaq sahəsi, **********92 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********81 reyestr nömrəli 1,7292 ha torpaq sahəsi, **********99 reyestr nömrəli 2,8821 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 5,0681 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********64 reyestr nömrəli 3,3387 ha torpaq sahəsi, **********04 reyestr nömrəli 0,6364 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 1,0332 ha torpaq sahəsi, **********42 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi, **********49 reyestr nömrəli, 2,8819-ha torpaq sahəsi, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********92 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi, **********53 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 0,1174 ha torpaq sahəsi, **********97 reyestr nömrəli 0,5764 ha torpaq sahəsi, **********91 reyestr nömrəli 0,7843 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 1,9781 ha torpaq sahəsi, **********41 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********23 reyestr nömrəli 2,1836 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 2,1859 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********20 reyestr nömrəli 2,7644 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 0,2631 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, **********32 reyestr nömrəli 0,05 ha torpaq sahəsi, **********90 reyestr nömrəli 0,15 ha torpaq sahəsi, **********33 reyestr nömrəli 0,47 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 0,2221 ha torpaq sahəsi, **********65 reyestr nömrəli 0,2579 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 0,3121 ha torpaq sahəsi, **********40 reyestr nömrəli 0,4936 ha torpaq sahəsi, **********46 reyestr nömrəli 0,5379 ha torpaq sahəsi, **********08 reyestr nömrəli 1,1148 ha torpaq sahəsi, **********66 reyestr nömrəli 1,1511 ha torpaq sahəsi, **********96 reyestr nömrəli 1,1664 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 1,3795 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 1,5464 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 1,6228 ha torpaq sahəsi, **********45 reyestr nömrəli 2,0 ha torpaq sahəsi, **********75 reyestr nömrəli 2,16 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,1452 ha torpaq sahəsi və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: AGRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaqdıqda əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh4 və Cavabdeh6 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP-015 saylı kredit müqaviləsinə əsasən, kənd təsərrüfatı və emal məqsədilə illik 8,8% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300000 manat məbləğində vəsaiti ona kredit kimi verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh6 arasında xx.xx.2019-cu il tarixli, SHNİAP-015 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2,3056 ha, 4,4914 ha, 5,4246 ha, 2,7623 ha, 2,7624 ha, 1,7292 ha, 2,8821 ha, 5,0681 ha, 1860 ha, 3,3387 ha, 6364 ha, 1,0332 ha, 0,1173 ha, 2,8819 ha, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 0,1074 ha, 0,1173 ha, 0,1174 ha, 0,5764 ha, 0,7843 ha, 1,9781 ha, 2,1860 ha, 2,1836 ha, 2,1859 ha, 2,7624 ha, 2,7644 ha, 0,2631 ha, 0,1074 ha, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,05 ha, 0,15 ha, 0,47 ha, 0,2221 ha, 0,2579 ha, 0,3121 ha, 0,4936 ha, 0,5379 ha, 1,1148 ha, 1,1511 ha, 1,1664 ha, 1,3795 ha, 1,5464 ha, 1,6228 ha, 2,0 ha, 2,16 ha, 2,1452 ha torpaq sahələri və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: AGRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, ipoteka qoyanların ailə üzvləri razılıqlarını vermiş və ipotekalar dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işin məhkəmənin icraatında olduğu müddətdə yəni xx.xx.2024-cü il tarixdə əsas borcdan 45000 manat, faiz borcundan 15000 manat ödəniş edildiyi, buna görə də iddia tələbinin həcminin əsas borc və faiz borcu hissəsində azaldıldığını, hal-hazırda cavabdehin iddiaçıya olan borcunun kredit üzrə 76997,44 manat, faiz üzrə 10046,70 manat, dəbbə üzrə isə 55432,15 manat təşkil etməsi qeyd etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4 və Cavabdeh6 xx.xx.2019-cu il tarixli SHNİAP015 saylı kredit müqaviləsi üzrə kreditə görə 46897,44 manat, faiz borcuna görə 15569,03 manat, cərimə borcuna görə 55432,15 manat, cəmi 117898,62 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR PHŞnin Ərazi İdarələrinə tutmaların yönəldilməsi haqda bildirişlərin qeydə alınması üçün ödənilmiş 1350 manat xidmət haqqı və rüsumu, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 54,77 manat pulun iddiaçının xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********60 reyestr nömrəli 2,3056 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 4,4914 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 5,4246 ha torpaq sahəsi, **********61 reyestr nömrəli 2,7623 ha torpaq sahəsi, **********92 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********81 reyestr nömrəli 1,7292 ha torpaq sahəsi, **********99 reyestr nömrəli 2,8821 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 5,0681 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********64 reyestr nömrəli 3,3387 ha torpaq sahəsi, **********04 reyestr nömrəli 0,6364 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 1,0332 ha torpaq sahəsi, **********42 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi, **********49 reyestr nömrəli, 2,8819-ha torpaq sahəsi, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********92 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi, **********53 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 0,1174 ha torpaq sahəsi, **********97 reyestr nömrəli 0,5764 ha torpaq sahəsi, **********91 reyestr nömrəli 0,7843 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 1,9781 ha torpaq sahəsi, **********41 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********23 reyestr nömrəli 2,1836 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 2,1859 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********20 reyestr nömrəli 2,7644 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 0,2631 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, **********32 reyestr nömrəli 0,05 ha torpaq sahəsi, **********90 reyestr nömrəli 0,15 ha torpaq sahəsi, **********33 reyestr nömrəli 0,47 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 0,2221 ha torpaq sahəsi, **********65 reyestr nömrəli 0,2579 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 0,3121 ha torpaq sahəsi, **********40 reyestr nömrəli 0,4936 ha torpaq sahəsi, **********46 reyestr nömrəli 0,5379 ha torpaq sahəsi, **********08 reyestr nömrəli 1,1148 ha torpaq sahəsi, **********66 reyestr nömrəli 1,1511 ha torpaq sahəsi, **********96 reyestr nömrəli 1,1664 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 1,3795 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 1,5464 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 1,6228 ha torpaq sahəsi, **********45 reyestr nömrəli 2,0 ha torpaq sahəsi, **********75 reyestr nömrəli 2,16 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,1452 ha torpaq sahəsi və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: AGRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaqdıqda təhvil verilməsi, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh4 və Cavabdeh6 tutulması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borclular tərəfindən ödəniş olunduğundan halhazırda cavabdehlərin xx.xx.2025-ci il tarixinə xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 46897,44 manat, kreditdən istifadəyə görə faiz borcu 15569,03 manat, cərimə borcu 55432,15 manat, cəmi borcu 117898,62 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-8/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaqla təhvil verilməsi hissəsinə xitam verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndələri X2 və Nümayəndə3 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cavabdeh məhkəmə icraatı zamanı borcundan xeyli hissəsini ödəmişdir. Borclu tərəfindən ödənilən pulların yenidən faiz borcuna silinməsi əsassızdır, 15000 manatın da əsas borcdan silinməsini məhkəmədən xahiş edir. Qalan borc məbləği isə azdır, borclu qısa müddət ərzində həmin borcu ödəyəcəkdir. Bundan başqa əmlaka tutma ancaq qalan borc məbləği həcmində olmalıdır. Əmlaklar 200000 manat görə yüklü edilmişdir, bu o deməkdir ki, hazırda borc əhəmiyyətli dərəcədə azaldıldığından əmlakların hamısının hərraca çıxarılmasına ehtiyac yoxdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh4 60 ay müddətinə illik 8,8% olmaqla 300000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, bank ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə, Cavabdeh5 ilə xx.xx.2019-cu il tarixdə, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə, Cavabdeh4 ilə xx.xx.2019-cu il tarixdə, Cavabdeh3 ilə xx.xx.2021ci il tarixdə ipoteka müqavilələri bağlanmışdır. İş materiallarında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: AGRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********92 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi, **********53 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 0,1174 ha torpaq sahəsi, **********97 reyestr nömrəli 0,5764 ha torpaq sahəsi, **********91 reyestr nömrəli 0,7843 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 1,9781 ha torpaq sahəsi, **********41 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********23 reyestr nömrəli 2,1836 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 2,1859 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********20 reyestr nömrəli 2,7644 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 0,2631 ha torpaq sahəsi, **********25 reyestr nömrəli 0,1074 ha torpaq sahəsi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, **********32 reyestr nömrəli 0,05 ha torpaq sahəsi, **********90 reyestr nömrəli 0,15 ha torpaq sahəsi, **********33 reyestr nömrəli 0,47 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 0,2221 ha torpaq sahəsi, **********65 reyestr nömrəli 0,2579 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 0,3121 ha torpaq sahəsi, **********40 reyestr nömrəli 0,4936 ha torpaq sahəsi, **********46 reyestr nömrəli 0,5379 ha torpaq sahəsi, **********08 reyestr nömrəli 1,1148 ha torpaq sahəsi, **********66 reyestr nömrəli 1,1511 ha torpaq sahəsi, **********96 reyestr nömrəli 1,1664 ha torpaq sahəsi, **********48 reyestr nömrəli 1,3795 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 1,5464 ha torpaq sahəsi, **********43 reyestr nömrəli 1,6228 ha torpaq sahəsi, **********45 reyestr nömrəli 2,0 ha torpaq sahəsi, **********75 reyestr nömrəli 2,16 ha torpaq sahəsi, **********86 reyestr nömrəli 2,1452 ha torpaq sahəsi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********49 reyestr nömrəli, 2,8819-ha torpaq sahəsi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********60 reyestr nömrəli 2,3056 ha torpaq sahəsi, **********28 reyestr nömrəli 4,4914 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 5,4246 ha torpaq sahəsi, **********61 reyestr nömrəli 2,7623 ha torpaq sahəsi, **********92 reyestr nömrəli 2,7624 ha torpaq sahəsi, **********81 reyestr nömrəli 1,7292 ha torpaq sahəsi, **********99 reyestr nömrəli 2,8821 ha torpaq sahəsi, **********19 reyestr nömrəli 5,0681 ha torpaq sahəsi, **********12 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********64 reyestr nömrəli 3,3387 ha torpaq sahəsi, **********04 reyestr nömrəli 0,6364 ha torpaq sahəsi, **********94 reyestr nömrəli 1,0332 ha torpaq sahəsi, **********42 reyestr nömrəli 0,1173 ha torpaq sahəsi iddiaçının xeyirinə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02-15/25 saylı 10 mart 2025-ci il tarixli rəyindən görünür ki, Şəmkir rayon Qaracəmirli kəndində və Şəmkir rayon Qapanlı kəndində yerləşən siyahıda göstərilmiş müxtəlif ölçülərdə olan, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bazar dəyəri 1 ha üçün 11600 manat, likvid dəyəri isə 1 ha üçün 6960 manat təşkil edir. Tədqiqatın dəyəri isə 1100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/849-9/790-9/798 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 144880 manat, likvid dəyəri 130390 manat məbləğində, Toyota Land-Cruiser minik markalı, 2011ci il buraxılışlı, qara rəngli, Mühərrik: 1GRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 51680 manat, xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı müqavilə üzrə Cavabdeh4 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 121997,44 manat, faiz borcu üzrə 14206,55 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 150 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə banka tarixə əsas borc üzrə 121997,44 manat, faiz borcu üzrə 14206,55 manat borcu olmaqla, cəmi 164768,98 manat məbləğində borcu var. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, məhkəmə icraatı zamanı borclu tərəfindən xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 55000 manat, xx.xx.2024-cü il tarixdə 30000 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixdə ödənilmiş 55000 manat ödənişdən 15000 manatı faiz borcuna, digər ödənişlər isə əsas borcdan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcalana 60 ay müddətinə illik 8,8% olmaqla 300000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. İddiaçı iddia tələbində 121997,44 manat əsas borc, 14100,06 manat faiz borcu, 28671,48 manat cərimə borcu olmaqla, cəmi 164768,98 manat məbləğində borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı zamanı borclu tərəfindən xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 55000 manat, xx.xx.2024-cü il tarixdə 30000 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixdə ödənilmiş 55000 manat ödənişdən 15000 manatı faiz borcuna, digər ödənişlər isə əsas borcdan silinmişdir. İddiaçı iddia tələbinin azaldılması ilə bağlı məhkəməyə ərizə verərək 46897,44 manat əsas borc, 15569,03 manat faiz borcu, 55432,15 manat cərimə borcu olmaqla cəmi 117898,62 manat borcun tutulmasını xahiş etmişdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2023cü il tarixə əsas borcun 121997,44 manat, faiz borcun 14206,55 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 14100,06 manat təşkil etdiyi qeyd edilmişdir. Ekspert rəyi ilə isə həmin tarixə faiz borcunun 14206,55 manat təşkil etməsi müəyyən olunmuşdur. İddiaçı faizlə bağlı iddia tələbini artırdığından məhkəmə hesab edir ki, ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş 14206,55 manat faiz borcunun tutulması qanuni və əsaslıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatı zamanı ödənilən məbləğlərdən 15000 manatını faiz borcundan silmiş, digər ödənilən məbləğləri isə əsas borcdan silməklə tələb etdiyi əsas borc məbləğini azaltmışdır. Halbuki xx.xx.2023-cü il tarixə pretenziyanın tarixinə faiz borcu tutulduğundan 15000 manat ödənilən və faiz borcuna silinən məbləğ də əsas borcdan silinməlidir. Belə ki, ödənişlər nəzərə alınmaqla iddiaçı 46897,44 manat əsas borc tələb edir ki, 15000 manat ödənilən məbləğ də nəzərə alınmaqla 30897,44 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, borcun əhəmiyyətli hissəsinin ödənilməsini, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 55432,15 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh6nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh6 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30897 manat 44 qəpik əsas borc, 14206 manat 55 qəpik faiz borcu, 1500 manat cərimə borcu olmaqla cəmi 46603 manat 99 qəpik məbləğində pul cavabdehlərdən (borcalan və zamindən) müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə, nəqliyyat vasitəsinə və torpaq sahələrinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdehlər Cavabdeh3 məxsus fərdi yaşayış evinə, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 məxsus torpaq sahələrinə, Cavabdeh2 məxsus olan avtomobilə yönəldilməli, həmin fərdi yaşayış evi, torpaq sahələri və nəqliyyat vasitəsi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 130390 manat, torpaq sahəsinin ilkin satış qiyməti 1 ha üçün 6960 manat, avtomobilin ilkin satış qiyməti 51680 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər mülkiyyətçilərə qaytarılmalı, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən (borcalan və zamindən) tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 400 manat mediasiya xərci, bildirişlərin qeydə alınması üçün ümumilikdə 1350 manat rüsum ödəmişdir. Ona görə də 400 manat mediasiya xərci, bildirişlərin qeydə alınması üçün ümumilikdə 1350 manat rüsum cavabdehlərdən (borcalan və zamindən) tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 54,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 54,77 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hisssəsinin ödənilməsindən azad edilmişdir. Ona görə də 175,04 manat dövlət rüsumu cavabdehlərdən (borcalan və zamindən) tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa cavabdehlərdən (borcalan və zamindən) iş üzrə kompleks məhkəmətikinti-texniki, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1100 manat ekspertiza xərci "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli SHNİAP-015 saylı kredit müqaviləsi üzrə yaranmış 30897 manat 44 qəpik əsas borc, 14206 manat 55 qəpik faiz borcu, 1500 manat cərimə borcu olmaqla cəmi 46603 (qırx altı min altı yüz üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci, bildirişlərin qeydə alınması üçün ödənilmiş 1350 (bir min üç yüz əlli) manat rüsum cavabdehlər Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********60 reyestr nömrəli 2,3056 ha torpaq sahəsinə, **********28 reyestr nömrəli 4,4914 ha torpaq sahəsinə, **********94 reyestr nömrəli 5,5246 ha torpaq sahəsinə, **********61 reyestr nömrəli 2,7623 ha torpaq sahəsinə, **********92 reyestr nömrəli 2,7624 ha torpaq sahəsinə, **********81 reyestr nömrəli 1,7292 ha torpaq sahəsinə, **********99 reyestr nömrəli 2,8821 ha torpaq sahəsinə, **********19 reyestr nömrəli 5,0681 ha torpaq sahəsinə, **********12 reyestr nömrəli 2,1860 ha torpaq sahəsinə, **********64 reyestr nömrəli 3,3387 ha torpaq sahəsinə, **********04 reyestr nömrəli 0,6364 ha torpaq sahəsinə, **********94 reyestr nömrəli 1,0332 ha torpaq sahəsinə, **********42 reyestr nömrəli 0,1173 ha torpaq sahəsinə, **********49 reyestr nömrəli, 2,8819-ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********92 reyestr nömrəli 0,1074 ha torpaq sahəsinə, **********53 reyestr nömrəli 0,1173 ha torpaq sahəsinə, **********43 reyestr nömrəli 0,1174 ha torpaq sahəsinə, **********97 reyestr nömrəli 0,5764 ha torpaq sahəsinə, **********91 reyestr nömrəli 0,7843 ha torpaq sahəsinə, **********19 reyestr nömrəli 1,9781 ha torpaq sahəsinə, **********41 reyestr nömrəli 2,1860 ha torpaq sahəsinə, **********23 reyestr nömrəli 2,1836 ha torpaq sahəsinə, **********25 reyestr nömrəli 2,1859 ha torpaq sahəsinə, **********86 reyestr nömrəli 2,7624 ha torpaq sahəsinə, **********20 reyestr nömrəli 2,7644 ha torpaq sahəsinə, **********28 reyestr nömrəli 0,2631 ha torpaq sahəsinə, **********25 reyestr nömrəli 0,1074 ha torpaq sahəsinə, Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən **********32 reyestr nömrəli 0,05 ha torpaq sahəsinə, **********90 reyestr nömrəli 0,15 ha torpaq sahəsinə, **********33 reyestr nömrəli 0,47 ha torpaq sahəsinə, **********12 reyestr nömrəli 0,2221 ha torpaq sahəsinə, **********65 reyestr nömrəli 0,2579 ha torpaq sahəsinə, **********48 reyestr nömrəli 0,3121 ha torpaq sahəsinə, **********40 reyestr nömrəli 0,4936 ha torpaq sahəsinə, **********46 reyestr nömrəli 0,5379 ha torpaq sahəsinə, **********08 reyestr nömrəli 1,1148 ha torpaq sahəsinə, **********66 reyestr nömrəli 1,1511 ha torpaq sahəsinə, **********96 reyestr nömrəli 1,1664 ha torpaq sahəsinə, **********48 reyestr nömrəli 1,3795 ha torpaq sahəsinə, **********86 reyestr nömrəli 1,5464 ha torpaq sahəsinə, **********43 reyestr nömrəli 1,6228 ha torpaq sahəsinə, **********45 reyestr nömrəli 2,0 ha torpaq sahəsinə, **********75 reyestr nömrəli 2,16 ha torpaq sahəsinə, **********86 reyestr nömrəli 2,1452 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: 1GRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin fərdi yaşayış evi, torpaq sahələri və nəqliyyat vasitəsi açıq hərracdan satılsın. Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında, 0,02968 ha torpağın üzərində yerləşən 181,8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 130390 (bir yüz otuz min üç yüz doxsan) manat həddində müəyyən edilsin. Cavabdeh4 mülkiyyətində olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********60 reyestr nömrəli 2,3056 ha torpaq sahəsinin, **********28 reyestr nömrəli 4,4914 ha torpaq sahəsinin, **********94 reyestr nömrəli 5,5246 ha torpaq sahəsinin, **********61 reyestr nömrəli 2,7623 ha torpaq sahəsinin, **********92 reyestr nömrəli 2,7624 ha torpaq sahəsinin, **********81 reyestr nömrəli 1,7292 ha torpaq sahəsinin, **********99 reyestr nömrəli 2,8821 ha torpaq sahəsinin, **********19 reyestr nömrəli 5,0681 ha torpaq sahəsinin, **********12 reyestr nömrəli 2,1860 ha torpaq sahəsinin, **********64 reyestr nömrəli 3,3387 ha torpaq sahəsinin, **********04 reyestr nömrəli 0,6364 ha torpaq sahəsinin, **********94 reyestr nömrəli 1,0332 ha torpaq sahəsinin, **********42 reyestr nömrəli 0,1173 ha torpaq sahəsinin, **********49 reyestr nömrəli, 2,8819 ha torpaq sahəsinin ilkin satış qiyməti 1 ha üçün 6960 (altı min doqquz yzü altmış) manat həddində müəyyən edilsin. Cavabdeh1 məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən, **********92 reyestr nömrəli 0,1074 ha torpaq sahəsinin, **********53 reyestr nömrəli 0,1173 ha torpaq sahəsinin, **********43 reyestr nömrəli 0,1174 ha torpaq sahəsinin, **********97 reyestr nömrəli 0,5764 ha torpaq sahəsinin, **********91 reyestr nömrəli 0,7843 ha torpaq sahəsinin, **********19 reyestr nömrəli 1,9781 ha torpaq sahəsinin, **********41 reyestr nömrəli 2,1860 ha torpaq sahəsi, **********23 reyestr nömrəli 2,1836 ha torpaq sahəsinin, **********25 reyestr nömrəli 2,1859 ha torpaq sahəsinin, **********86 reyestr nömrəli 2,7624 ha torpaq sahəsinin, **********20 reyestr nömrəli 2,7644 ha torpaq sahəsinin, **********28 reyestr nömrəli 0,2631 ha torpaq sahəsinin, **********25 reyestr nömrəli 0,1074 ha torpaq sahəsinin ilkin satış qiyməti 1 ha üçün 6960 (altı min doqquz yzü altmış) manat həddində müəyyən edilsin. Cavabdeh5 məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən **********32 reyestr nömrəli 0,05 ha torpaq sahəsinin, **********90 reyestr nömrəli 0,15 ha torpaq sahəsinin, **********33 reyestr nömrəli 0,47 ha torpaq sahəsinin, **********12 reyestr nömrəli 0,2221 ha torpaq sahəsinin, **********65 reyestr nömrəli 0,2579 ha torpaq sahəsinin, **********48 reyestr nömrəli 0,3121 ha torpaq sahəsinin, **********40 reyestr nömrəli 0,4936 ha torpaq sahəsinin, **********46 reyestr nömrəli 0,5379 ha torpaq sahəsinin, **********08 reyestr nömrəli 1,1148 ha torpaq sahəsinin, **********66 reyestr nömrəli 1,1511 ha torpaq sahəsinin, **********96 reyestr nömrəli 1,1664 ha torpaq sahəsinin, **********48 reyestr nömrəli 1,3795 ha torpaq sahəsinin, **********86 reyestr nömrəli 1,5464 ha torpaq sahəsinin, **********43 reyestr nömrəli 1,6228 ha torpaq sahəsinin, **********45 reyestr nömrəli 2,0 ha torpaq sahəsinin, **********75 reyestr nömrəli 2,16 ha torpaq sahəsinin, **********86 reyestr nömrəli 2,1452 ha torpaq sahəsinin ilkin satış qiyməti 1 ha üçün 6960 (altı min doqquz yzü altmış) manat həddində müəyyən edilsin. Cavabdeh2 məxsus olan Toyota Land-Cruiser minik markalı, 2011-ci il buraxılışlı, qara rəngli, Mühərrik: 1GRA317328, BAN: JTMDU09J2B4041615, 99RE998 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 51680 (əlli bir min altı yüz səksən) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qaytarılsın. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh4 və Cavabdeh6 tutularaq iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə kompleks məhkəmə-tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsi ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4 və Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1100 (bir min yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4 və Cavabdeh6 tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh6 175 (bir yüz yetmiş beş) manat 04 (dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar