Məhkəmə qərarları › İş №e-2-2(115)-802/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-802/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-802/2024 04.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı pul, əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, icarə müqaviləsinə dəyişiklik edilərək icarə müqaviləsinin yenidən bağlanması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 ilə Cavabdeh MMC arasında imzalanmış 25 yanvar 2022-ci il tarixli 3M-101 saylı icarə müqaviləsinin predmetindən kənar qalan 33.6 kv.m ofis sahəsindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində Cavabdeh MMC-nin qanunsuz istifadəsi nəticəsində yaranmış 2856,34 manat məbləğində zərərin Cavabdeh MMC-tutularaq İddiaçı2 Ələs gər oğluna ödənilməsi, tərəflər arasında imzalanmış icarə müqaviləsinin qüvvədə olduğu xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində cavabdeh tərəfindən ödənilən icarə haqqı məbləğinin düzgün hesablanması həyata keçiriləcək yaranmış fərq məbləğinin birdəfəlik ödəmə şəklində Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh MMC tərəfindən 25 yanvar 2022-ci il tarixli 3M-101 saylı icarə müqaviləsinin predmetindən kənar qalan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 33.6 kv.m ofis sahəsindən Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində qanunsuz istifadəsi nəticəsində yaranmış 5193,36 manat məbləğində zərərin Cavabdeh MMC-dən birdəfələlik ödəmə şəkildə tutularaq İddiaçı1 ödənilməsi, xx.xx.2024-cü il tarixindən etibarən isə hazırki mülki iş üzrə məhkəmə qətnaməsi icra olunan tarixədək (yəni qanunsuz istifadə sahəsi boşaldılaraq icarəyəverənə təhvil verilən tarixədək) icarə haqqı məbləğinin özgəsinin əmlakından qanunsuz istifadəsi nəticəsində yaranmış zərər hesab olunaraq hər ay 216,39 manat həcmində hesablanmaqla Cavabdeh MMC tutularaq İddiaçı1 ödənilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 25 yanvar 2022-ci il tarixli 3M-101 saylı icarə müqaviləsinin predmetindən kənar qalan və hazırda Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan 33.6 kv.m ofis sahəsinin dərhal boşaldılaraq İddiaçı1 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində cavabdeh tərəfindən ödənilən icarə haqqı məbləğinin düzgün hesablanması həyata keçiriləcək yaranmış fərq məbləğinin birdəfəlik ödəmə şəklində Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Dədə Qorqud küçəsi,ev 19 ünvanında yerləşən **********34-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cavabdeh MMC ilə bağlanmış 25 yanvar 2022-ci il tarixli 3M-101 saylı icarə müqaviləsinə, müqavilənin preambulasında “İcarəyəverən” qismində İddiaçı1 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti., döngə 8, ev 3 (ş/v:AA*******, xx.xx.2021, ASAN-GƏNCƏ, FİN: xxxxxxx7) qeyd olunsun, müqavilənin 1.1-ci bəndinin redaksiyasını “İcarəyə verən, ƏMDKnin yanında DƏDRX-nin Gəncə şəhəri, Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********34-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 216 kv. m. olan qeyri-yaşayış sahəsini tam olaraq, yəni 216 kv. m. hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür” kimi dəyişdirməyi, müqavilənin 3.1-ci bəndinin redaksiyasını “İcarəçi İcarəyə verənə hər ay 3525 manat (Ö.M.V. daxil) icarə haqqı ödəyəcək” kimi dəyişdirməyi, müqavilənin 3.2-ci bəndinin redaksiyasını “Tərəflər arasında razılaşdırılmış 3525 manat (Ö.M.V. daxil) icarə haqqı xx.xx.2024-cü il tarixindən hesablanacaq” kimi dəyişdirməyi, müqavilənin 5.1.4-cü bəndinin redaksiyasını “İcarəçinin təqsiri olmadan Obyekt və ya onun hər hansı hissəsi və ya avadanlıq təyinatı üzrə istifadə edilməyə yararsız vəziyyətə düşdükdə, onları ağlabatan müddətdə istifadəyə yaralı vəziyyətə gətirmək” kimi dəyişdirməyi, müqavilənin 5.1.5-ci bəndinin redaksiyasını “Obyektə dair İcazə və Sığorta qüvvəsini itirdikdə və ya ləğv edildikdə İcarəyə verən qüvvəsini itirmiş və ya ləğv edilmiş İcazə və Sığortanı bərpa etməlidir kimi dəyişdirməyi, müqavilənin 5.1.7-ci, 5.1.8-ci, 5.1.12-ci, 5.1.13-cü və 5.1.14-cü bəndlərinin ləğv olunması, müqaviləyə 5.2.3-cü bəndi aşağıdakı redaksiyada əlavə etmək: “5.2.3. Dövlət tərəfindən tənzimlənən qiymətlər, tariflər, ödənişlər və ya amortizasiya normaları dəyişdikdə, inflyasiyanın sürəti kəskin artdıqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hallarda icarə məbləğinin həmin artımlara müvafiq surətdə artırılmasını tələb etməyi, müqaviləyə 5.2.4-cü bəndi aşağıdakı redaksiyada əlavə etmək: “5.2.4. İcarəyə verənin razılığı olmadan İcarəçi tərəfindən Obyektdə edilmiş dəyişikliklərin, əlavələrin və əlavə olunmuş qurğuların İcarəçinin vəsaiti hesabına sökülməsini və ya aradan qaldırılmasını İcarəçidən tələb etməyi, müqaviləyə 5.2.5-ci bəndi aşağıdakı redaksiyada əlavə etmək: “5.2.5. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalara müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən mülkiyyət hüququ əldə etmək. müqavilənin 5.4.4-cü bəndinin redaksiyasını “Bu Müqavilədə qeyd edilmiş icarə müddətini keçməmək şərti ilə və İcarəyəverənin yazılı razılığı ilə obyekti tam və ya qismən subicarəyə verməyi, müqavilənin 6.1.10-cu bəndininin ləğv olunmasını, müqavilənin 7.1-ci bəndinin redaksiyasını“İcarəçi özfəaliyyəti ilə əlaqədar olaraq İcarəyəverənin razılığı ilə Obyekti zəruri avadanlıqlarla, elektrik cihazlar, qurğularla və digər daşınar əşyalarla (bundan sonra “Əşya”) təmin və təchiz etmək hüququna malikdir. İcarəyəverənin razılığı olmadan quraşdırılmış əşyalara mülkiyyət hüququ müqaviləyə xitam verildikdən sonra İcarəyəverənə keçir.” kimi dəyişdirməyi, müqavilənin 7.2-ci bəndinin ləğv olunması, müqavilənin 8.2-ci bəndinin redaksiyasını “Bu cür dəyişiklik, təmir və abadlaşdırma işləri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarının razılıq və icazələri tələb olunarsa bu icazələrin alınmasını İcarəçi təmin etməlidir” kimi dəyişdirməyi, müqavilənin 8.3-cü, 9.8-ci və 11.2-ci bəndlərinin ləğv olunması, müqavilənin 12.4-cü bəndinin redaksiyası “İcarəyəverən Müqavilənin 12.2-ci maddəsində göstərilən haldan əlavə, Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərədə tutulmuş qaydada Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.” kimi dəyişdirməyi, müqavilənin 12.5-ci bəndinin redaksiyası“ Tərəflər bu Müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda və digər tərəfin xəbərdarlığına baxmayaraq, həmin pozuntular aradan qaldırılmazsa, tərəf dərhal digər tərəfi xəbərdar etməklə bu müqaviləni birtəfəli qaydada ləğv edə bilər” məzmunlu dəyişikliklər edilməklə tərəflər arasında yeni icarə müqaviləsinin bağlanması, İddiaçı2 tərəfindən ödənilmiş 49 manat məbləğində olan dövlət rüsumunun və İddiaçı1 tərəfindən ödənilmiş 72 manat həcmində dövlət rüsumu məbləğinin Cavabdeh MMC-dən tutularaq mütənasib qaydada birgə iddiaçlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. EMİS-dən çıxarışlardan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyillər. Məhkəmə hesab edir ki, mübahisənin tərəflərdən yalnız birinin (hazırkı halda cavabdehin) sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Hazırkı mübahisənin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyatı üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı pul, əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, icarə müqaviləsinə dəyişiklik edilərək icarə müqaviləsinin yenidən bağlanması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar