Məhkəmə qərarları › İş №e-2-2(115)-81/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-81/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-81/2023 24.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 manat əsas, 1268,44 manat faiz, cəmi 7018,40 manat borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 manat əsas, 503,36 manat faiz, cəmi 2002,73 manat borcun, ümumilikdə 9021,13 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh6 məxsus, habelə onun və onun ailə üzvləri X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 18000 manat dəyərində müəyyən edilməsi; borc tələbinin ipoteka qoyulmuş Cavabdeh6 məxsus, habelə onun və onun ailə üzvləri X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evinə ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9021,13 manat məbləğin, ödənilmiş 100 manat mediasiya xərcinin və 10,21 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnaməq əbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Qazax rayonu, Aşağı Salahlı kənd sakini Cavabdeh6 arasında bağlanmış 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 Sahibkarlığa Kömək Milli Fondunun üzrə illik 6 %-lə 36 ay müddətində 7000 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə illik 21 %-lə 36 ay müddətinə 3000 manat, cəmi 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyanlar arasında 13 aprel 2018-ci il tarixli 14 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 1800 manat müəyyən edilir. Cavabdeh6 tərəfindən xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 7000 manat əsas borc və ona hesablanmış faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə 3000 manat əsas borc və ona hesablanmış faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh6xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 manat əsas borc, 1268,44 manat faiz borcu olmaqla, cəmi borcu 7018,40 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 manat əsas borc, 503,36 manat faiz borcu olmaqla, cəmi borcu 2002,73 manat, ümumilikdə hər iki layihə üzrə borc 9021,13 manat təşkil edir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərdən Cavabdeh6 isə məhkəməyə teleqram göndərərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin hər hansı bir üzürlü səbəb göstərməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı borcalan- Cavabdeh6 Sahibkarlığa Kömək Milli Fondunun üzrə illik 6 %-lə 36 ay müddətində 7000 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə illik 21 %-lə 36 ay müddətinə 3000 manat, cəmi 10000 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh6 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı 125304 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi -İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh6 xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 manat əsas borc, 1268,44 manat faiz borcu olmaqla, cəmi borcu 7018,40 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 manat əsas borc, 503,36 manat faiz borcu olmaqla, cəmi borcu 2002,73 manat, ümumilikdə hər iki layihə üzrə borc 9021,13 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 00/28/42 nömrəli illkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 100 manat mediasiya xərci ödənilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 03 mart 2023-cü il tarixli 02- 197/22 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 52 000 manat, likvid dəyəri isə 44 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh6 Sahibkarlığa Kömək Milli Fondunun üzrə 7000 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə 3000 manat olmaqla, cəmi 10000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq xx.xx.2018ci il tarixli 14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh6 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96(beş min yeddi yüz qırx doqquz manat doxsan altı qəpik) manat əsas, 1268,44(bir min iki yüz altmış səkkiz manat qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 7018,40(yeddi min on səkkiz manat qırx qəpik) manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37(bir min dörd yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat əsas, 503,36(beş yüz üç manat otuz altı qəpik) manat faiz olmaqla, cəmi 2002,73(iki min iki manat yetmiş üç qəpik) manat, ümumilikdə 9021,13(doqquz min iyirmi bir manat on üç qəpik) manat borc, 100(bir yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 44 000 manat olan Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 91.7 kv.m olan fərdi yaşayış evinə və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh6 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 (beş min yeddi yüz qırx doqquz manat doxsan altı qəpik) manat əsas, 1268,44 (bir min iki yüz altmış səkkiz manat qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 7018,40 (yeddi min on səkkiz manat qırx qəpik) manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 (bir min dörd yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat əsas, 503,36(beş yüz üç manat otuz altı qəpik) manat faiz olmaqla, cəmi 2002,73 (iki min iki manat yetmiş üç qəpik) manat, ümumilikdə 9021,13(doqquz min iyirmi bir manat on üç qəpik) manat borc, 100 (bir yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 44 000 manat olan Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 91.7 kv.m olan fərdi yaşayış evinə və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. Cavabdeh6 110.21(bir yüz on manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh6 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB**********08172 2114 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar