Məhkəmə qərarları › İş №e-2-2(115)-81/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-81/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-81/2024 06.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh4 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı ASC-nin Gəncə kart mərkəzi filialı ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022ci il tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinə əsasən 20 oktyabr 2023-cü il tarixə 259283,1 manat əsas borc, 14936,79 faiz borcu, 316,27 manat cərimə borcu, ümumilikdə 274536,16 manat kredit borcu Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 və həmin müqavilənin maksimal boclanma limitinin xüsusi şərtlərinə 10 may 2023-cü il tarixli 399/206 saylı əlavəsinin kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsinə əsasən 20 oktyabr 2023-cü il tarixə 155713,06 manat əsas borc, 8858,34 manat faiz borcu, ümumilikdə 164571,40 manat borcu Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASCnin xeyrinə tutulması, borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Riza oğlu arasında 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli 7E- 2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, borc tələbi qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və qeyd edilən kredit müqavilələri üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 410 manat dövlət rüsumunun (mediasiya xərci olaraq), 319,11 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş torpaq sahəsi görə 68 manat, qeyri-yaşayış sahəsi görə isə 152 manat dövlət rüsumunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli, 2370/206 saylı Əlavəsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 15% olmaqla 350000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə "xxxx" MMC arasında 30 iyun 2022-ci il tarixli 4082/206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 28 iyun 2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında Ümumi müqaviləvə həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli, 04/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli, 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14 avqust 2022-ci il tarixli, **********04-06301-083002 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh3 arasında 09 avqust 2022-ci il tarixli, 03/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli, 7E-2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 426.4 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 13 avqust 2022-ci il tarixli, **********55-11301 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Beləliklə 20 oktyabr 2023-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsi üzrə cavabdehlərin 259283.10 manat əsas borc, 14936.79 manat faiz borcu, 316.27 manat cərimə borcu ümumilikdə 274536.16 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və Həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 10 may 2023-cü il tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair7854/206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 Riza oğluna 48 ay müddətinə illik 16% olmaqla 200000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə"xxxx" MMC arasında 10 may 2023-cü il tarixli 430/206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında Ümumi Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Maksimal borclanma limitinin Xüsusi Şərtlərinə dair 10 may 2023-cü il tarixli 399/206 saylı Əlavəsiüzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh3 Riza oğlu və "xxxx" MMChər ay ödəniş etməli olduqları halda, o bu öhdəliyi normal yerinə yetirməmişlər. Beləliklə 20 oktyabr 2023-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və Həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 10 may 2023-cü il tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsiüzrə cavabdehlərin 155713.06 manat əsas borc, 8858.34 manat faiz borcu, ümumilikdə 164571.40 manat borcu qalmışdır. Cavabdehlər kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 və həmin müqavilənin maksimal borclanma limitinin xüsusi şərtlərinə 10 may 2023-cü il tarixli 399/206 saylı əlavəsinin kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsi üzrə 155713,06 manat, əsas borc, 8858,34 manat faiz borcu olmaqla, cəmi 164571,40 manat borcun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsi üzrə 259283,10 manat əsas borc, 14936,79 manat faiz borcu, 316,27 manat cərimə borcu olmaqla, cəmi 274536,16 manat kredit borcunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli 7E-2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsaitin hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, borc tələbinin kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və qeyd edilən kredit müqavilələri üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 410 manat dövlət rüsumunun (mediasiya xərci olaraq), 319,11 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş torpaq sahəsinə görə 68 manat, qeyri-yaşayış sahəsi görə isə 152 manat dövlət rüsumunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli e-2-2(115)-81/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən, X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsinə xitam verilmiş. iddiaçıya əmlaklar satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması ilə bağlı icra qurumuna müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, tutmanın yönəldilməsi nəzərdə tutulan əmlaka məhkəmə qərarı ilə Cavabdeh4 2/1 pay hüququ tanınmışdır. Qanunverciliyə əsasən ipoteka saxlayan bu barədə məlumat toplamalı idi. Belə ki, nikah xarici ölkədə bağlansa da həmin nikah ölkədə tanınır. Bank ipoteka müqaviləsi bağlayarkən yalnız ipoteka qoyanın məlumatları ilə kifayətlənmişdir. Şəxsin subay və ya evli olması ilə bağlı rəsmi sənədləri əldə etməmişdir. Cavabdeh4 payının müəyyən edilməsi barədə qətnamədən iddiaçı kassasiya instansiyasınadək şikayət vermişdir. Bununla onlar ipoteka müqaviləsi bağlayarkən səhvə yol verdiklərini etiraf edirlər. Odur ki, iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsinin Cavabdeh4 münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və ona qoşma 1-dən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 müqavilədə nəzərdə tutulmuş şərtlər barəsində razılaşmışlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavədən görünür ki, borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 maksimal borclanma limitinin xüsusi şərtlərinə dair 399/206 saylı müqavilədən görünür ki, borcalana illik faiz dərəcəsi 25%, olmaqla ******* manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı əlavədən görünür ki, ona illik faiz dərəcəsi 16%, olmaqla 48 ay müddətinə 200000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 4082/206 nömrəli 30 iyun 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə borcalana verilmiş 350000 manat kredit üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 430/206 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və maksimal borclanma limitinin xüsusi şərtlərinə dair 399/206 saylı əlavəsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli 04/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə borcalanın iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2022-ci il tarixə 165000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli 03/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2022-ci il tarixə 172000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evi Akkurt Kiyasın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin və Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2024-cü il tarixli UNİ/Yxx-xx/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 128000 manat, likvid dəyəri isə 115000 manat təşkil etməsi, həmiçinin Cavabdeh3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin bazar dəyəri 128000 manat, likvid dəyəri isə 109000 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsi ilə Cavabdeh4 iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 28 iyun 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və ona qoşma 1-bağlanmış, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlər barəsində razılaşmışlar. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəyə əsasən borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 7854/206 saylı əlavəyə əsasən ona illik faiz dərəcəsi 16%, olmaqla 48 ay müddətinə 200000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materialları, eləcə də borcalnın bank hesabından çıxarışdan görünür ki, iddiaçı hər iki əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh3 Riza oğlunun 7854/206 saylı əlavə üzrə iddiaçıya 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu, 2370/206 saylı əlavə üzrə isə iddiaçıya 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini, ona hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o 2370/206 saylı və 7854/206 saylı əlavələr üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 Riza oğlu əlavələr üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 Riza oğlu zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən "xxxx" MMC onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, 7854/206 saylı əlavə üzrə yaranmış 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu olmaqla, cəmi 164571 manat 40 qəpik məbləğində pul, 2370/206 saylı əlavə üzrə yaranmış 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 manat 16 qəpik məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehləri kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə və bağ evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 Riza oğlunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılmalı və bağ evinin ilkin satış qiyməti 109000 manat həddində müəyyən edilməli, borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 115000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlakla satıldıqdan sonra əldə edilən vəsait hesabına 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 manat 16 qəpik məbləğində pul iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh4 nümayəndəsi Vəkil iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsinin Cavabdeh4 münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsi ilə Cavabdeh4 iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə Moskva VVAQ idarəsinin Babuşkino VVAQ şöbəsində 2165 akt qeydi ilə nikah qeydə alınmış və onlara Vİ-MЮ seriyalı 528777 saylı nikah haqqında şəhadətnamə verilmişdir Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi tam olaraq Cavabdeh1 mülkiyyətində olmuş, 01 avqust 2022-ci il tarixdə İddiaçı ASC-nin xeyrinə 2370/206 saylı əlavə üzrə verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka qoyan ipoteka predmeti üzərində digər şəxslərin ona məlum olan bütün hüquqları barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etmək vəzifəsi daşımışdır. Belə ki, tərəflər arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 04/206 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, ipoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxsin onlara məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisləri mövcud deyil. Bu bənddə qeyd edilmiş məlumatın düzgün verilməməsi ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Lakin ipoteka qoyan ipoteka saxlayana ipoteka predmeti barəsində ölkə hüdudlarından kənarda bağlanmış nikah, nikaha əsasən arvadın ərə məxsus qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları ola biləcəyi ilə bağlı yazılı hər hansı məlumat verməmiş, ipoteka predmetinə dair üçüncü şəxsin hüquqlarının olmamasını bəyan etmişdir. Bundan başqa ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4 payının müəyyən edilməsi məhkəmə qətnaməsi ilə 31 yanvar 2024-cü il tarixdə qət edilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra ipoteka predmetinin ½ hissəsinə Cavabdeh4 payı müəyyən edilsə belə ipoteka qüvvəsini itirmir. Belə ki, iporeka müqaviləsinin 2.7-ci bəndində tərəflər razılaşmışlar ki, bu müqaviləyə əsasən ipoteka predmeti hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik qaydasında başqa şəxsə keçdikdə, habelə ipoteka qoyan öldükdə ipoteka qüvvədə olur. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmeti tam və ya hissəvi başqa şəxsə keçsə belə ipoteka qüvvədə qalır və tutmanın tam deyil, hissəvi ipoteka predmetinə yönəldilməsi üçün hər hansı bir əsas yoxdur. Odur ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə tam olaraq tutma yönəldilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat mediasiya xərci və 10 manat poçt xərci olmaqla, cəmi 410 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 68 manat və 152 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 319 manat 11 qəpik dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 410 manat mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 68 manat və 152 manat dövlət rüsumu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 319 manat 11 qəpik dövlət rüsumu da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 700 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı əlavə üzrə yaranmış 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu olmaqla, cəmi 164571 (bir yüz altmış dörd min beş yüz yetmiş bir) manat 40 (qırx) qəpik məbləğində pul cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə yaranmış 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 (iki yüz yetmiş dörd min beş yüz otuz altı) manat 16 (on altı) qəpik məbləğində pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci, 319 (üç yüz on doqquz) manat 11 (on bir) qəpik dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 68 (altmış səkkiz) manat və 152 (bir yüz əlli iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 Riza oğlunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilsin. Həmin bağ evi açıq hərracdan satılsın və bağ evinin ilkin satış qiyməti 109000 (bir yüz doqquz min) manat həddində müəyyən edilsin. Borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 115000 (bir yüz on beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlakla satıldıqdan sonra əldə edilən vəsait hesabına 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 (iki yüz yetmiş dörd min beş yüz otuz altı) manat 16 (on alrtı) qəpik məbləğində pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci, 319 (üç yüz on doqquz) manat 11 (on bir) qəpik dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 68 (altmış səkkiz) manat və 152 (bir yüz əlli iki) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab №AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 700 (yeddi yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar