Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-814/2024 20.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1175,82 (bir min bir yüz yetmiş beş ABŞ dolları 82 sent) ABŞ dolları bundan 407,40 (dörd yüz yeddi ABŞ dolları 40 sent) ABŞ dolları əsas, 154,44 (bir yüz əlli dörd ABŞ dolları 44 sent) ABŞ dolları faiz, 552,24 (beş yüz əlli iki ABŞ dolları 24 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 61,74 (altmış bir ABŞ dolları 74 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 39,99 (otuz doqquz manat 99 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32 faiz olmaqla 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 1261,68 (bir min iki yüz altmış bir ABŞ dolları 68 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılır. Daha sonra xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 26 aprel 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1393,91 (bir min üç yüz doxsan üç ABŞ dolları 91 sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 901,9 (doqquz yüz bir ABŞ dolları 9 sent) ABŞ dolları əsas borc, 327,43 (üç yüz iyirmi yeddi ABŞ dolları 43 sent) ABŞ dolları faiz borcu və 164,58 (bir yüz altmış dörd ABŞ dolları 58 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1175,82 (bir min bir yüz yetmiş beş ABŞ dolları 82 sent) ABŞ dolları təşkil edir. Bundan 407,40 (dörd yüz yeddi ABŞ dolları 40 sent) ABŞ dolları əsas, 154,44 (bir yüz əlli dörd ABŞ dolları 44 sent) ABŞ dolları faiz, 552,24 (beş yüz əlli iki ABŞ dolları 24 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 61,74 (altmış bir ABŞ dolları 74 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********703 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 06 aprel 2024-cü il tarixli, e-2-2(115)-814/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədləri araşdıraraq hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32 faiz olmaqla 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə bağlanılmış əlavə sazişdən görünür ki, kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 1261 ABŞ dolları 68 sent təşkil edir və kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Daha sonra, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 26 aprel 2017-ci il tarixdə bağlanılmış 01 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1393 ABŞ dolları 91 sent təşkil edir, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 901 ABŞ dolları 9 sent əsas borc, 327 ABŞ dolları 43 sent faiz borcu və 164 ABŞ dolları 58 sent cərimə borcu təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1900 ABŞ dolları Cavabdeh tərəfindən kassa məxaric orderinə imza çəkilməklə təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********13 maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə banka 407 ABŞ dolları 40 sent əsas borc, 154 ABŞ dolları 44 sent faiz, 552 ABŞ dolları 24 sent cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 61 ABŞ dolları 74 sent faiz borcu olmaqla, ümumilikdə cəmi 1175 ABŞ dolları 82 sent bоrcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı iddia tələbinə uyğun dövlət rüsumun ödədiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilmiş 39 manat 99 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 407 ABŞ dolları 40 sent əsas borc, 154 ABŞ dolları 44 sent faiz borcu, 30 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 61 ABŞ dolları 74 sent faiz borcu olmaqla, cəmi 653 ABŞ dolları 58 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 39 manat 99 qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 30 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 407 ABŞ dolları 40 sent əsas borc, 154 ABŞ dolları 44 sent faiz borcu, 30 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 61 ABŞ dolları 74 sent faiz borcu olmaqla, cəmi 653 ABŞ dolları 58 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 39 manat 99 qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-814/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-814/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver