Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-816/2021 10.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə və İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiaları üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 340586 manat 70 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan 2-2(115)-816/2021 saylı digər iş üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 994068 manat 60 qəpik borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı nümayəndəsi Samir Xudaquluyev məhkəməyə ərizə göndərərək, hər iki mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, 2-2(115)-786/2021 və 2- 2(115)-816/2021 saylı işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150,169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə 2-2(115)- 816/2021 nömrəli kommersiya işi iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə 2-2(115)-786/2021 saylı kommersiya işinə birləşdirilsin. Birləşmiş işlərə 2-2(115)-786/2021 nömrəsi verilsin. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-816/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-816/2021
10.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver