Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-817/2021 21.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X2 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 385000 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Azər Şükürov məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən hasilat işləri aparılan qazıntı ərazilərinin doldurulduğu və hamarlandığını nəzərə alaraq, iddianın baxılmamış saxlanması və iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında işin mahiyyəti üzrə həll edilməsini tələb etməyərək, ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X1 cavabdeh X7 qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-817/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-817/2021
21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver